Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin və adamlarını cəzalandırmaq üçün Trampa konkret vaxt verilir  

ABŞ Konqresi Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə dair qanun layihəsini ictimailəşdirib. Qanun layihəsi bu gün Konqresin rəsmi saytında dərc olunub

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, layihə Konqresə senator Lindsi Qremin rəhbərliyi ilə Respublikaçılar və Demokrat partiyalarından olan bir qrup senator tərəfindən təqdim edilmişdi.

“Amerikanın təhlükəsizliyinin Kremlin aqressiyasından müdafiəsi qanunu” adlı sənəd ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin iyulun 16-dakı Helsinki görüşündən sonra hazırlanıb.

Siyasi bəyanat xarakteri daşıyan qanun layihəsi Rusiyanın addımlarına qarşı cavab tədbirlərinin görülməsini nəzərdə tutur.

Sənəddə deyilir ki, Birləşmiş Ştatlar Rusiyanın Krımı ilhaq etməsini tanımır.

Qanun layihəsində həmçinin ABŞ administrasiyasına ölkənin NATO-dan çıxmasına yönələn addımlar atmaq qadağan olunur.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Sənəddə məşhur “Skripal işi”ndən də bəhs olunur və Sergey və Yuliya Skripala qarşı kimyəvi silahdan istifadə olunmasının məsuliyyəti Rusiyanın üzərinə qoyulur.

Rəsmi Moskva həmçinin kiberhücumlarda və ABŞ-dakı 2016-cı il seçkilərinə müdaxilədə ittiham olunur.

Sənəddə Rusiyanın Suriyada hərbi cinayətlərə yol verə biləcəyi də qeyd olunur.

Sənədin qəbulundan sonra 180 gündən gec olmayaraq ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin maraqlarına uyğun qeyri-leqal və korrupsiya fəaliyyətində olan siyasilərə, oliqarxlara və digər şəxslərə sanksiya tətbiq etməlidir. Sanksiyalar bu şəxslərin ailələrinə də şamil olunmalıdır.

Sənəd eyni zamanda Rusiya ərazisindən kənarda energetika sahəsindəki 250 milyondan baha olan sərmayələrə (dövlətlə əlaqələri olan rus şirkətlərinin iştirak etdiyi) qadağanı nəzərdə tutur.

Rusiyada neft istehsalı ilə bağlı sərmayələr də qadağan edilir.

Sənəd həmçinin Rusiyanın suveren borcu ilə bağlı əməliyyatlara ciddi məhdudiyyətlər qoyur. İnvestorlara 14 gündən çox müddətli Rusiya dövlət istiqrazlarının satın alınması qadağan edilir.

Layihə Sberbank, VTB, Vneşeconombank və Qazprombank kimi, Rusiyanın ən böyük banklarının ABŞ-da fəaliyyətinə qadağa qoyulmasını nəzərdə tutur.

Sənədə əsasən, ABŞ milli kəşfiyyatı 180 gün ərzində Konqresə Vladimir Putin və ailə üzvlərinin varidatı, aktivləri barədə əhatəli hesabat verməlidir.

Qanunun qəbulundan sonra 90 gün ərzində isə ABŞ dövlət katibi Konqresə Rusiyanın terrorizmə dəstək verən dövlət kriteriyasına uyğun olub-olmadığı barədə məlumat təqdim etməlidir.

Layihəyə nə vaxt baxılacağı hələ ki məlum deyil. Rusiyaya qarşı sanksiyalarla bağlı bundan əvvəlki qanun layihəsi ötən il Konqresin hər iki palatasında səs çoxluğu ilə qəbul edilmişdi.

pia.az


Etiket: ABŞ Rusiya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar