Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dollarını milli pula dəyişənə müftə masaj

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çağırışından sonra ölkənin bir sıra iş adamları, sahibkarları “yastıq altındakı” dollarların lirəyə dəyişdirilməsini stimullaşdırmaq üçün ən müxtəlif xidmətləri pulsuz təklif edirlər

Hətta bədən masajını və saçkəsdirməni belə.

Virtualaz.org “Sözcü” nəşrinə istinadən xəbər verir ki, Ankarada tikinti şirkətlərindən biri dollarlarını türk lirəsinə dəyişən podratçılara pulsuz kran xidməti təklif edir. Min dollar və daha çox valyutanı mübadilə edərək dekontunu şirkətə təqdim edən şəxslər 500 manat dəyərində inşaat materialları yükqaldırıcı vasitəsilə pulsuz lazımi mərtəbəyə qaldıra bilərlər.

Adıyaman vilayətində kababçı Erkan Türkoğlu Altınşəhər məhəlləsindəki iş yerində dollarını dəyişərək qəbzini təqdim edən şəxsə limitsiz yemək və içki (əlbətdə, alkaqollu içkidən söhbət gedə bilməz) təklif edir.

Çorumun Sungurlu qəsəbəsində isə bərbər Hüsnü Güngör kampaniyaya qoşulub. O da dollarlarını türk lirəsinə dəyişərək qəbzini təqdim edən şəxslərə bayram günü pulsuz bərbər xidməti göstərəcək.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Malatyada iş adamı Levent Enginol da “Ölkəni dəyişmə, dollarını dəyiş” sloqanı ilə kampaniyaya dəstək olub. Biznesmen hər 100 dollar dəyişən şəxsə 100 lirəlik hədiyyə çeki verəcəyi ilə bağlı vəd verib. Bu bölgədə həmçinin mobil telefon satışı ilə məşğul olan digər bir şəxs də dollar və ya avronu türk lirəsinə dəyişərək qəbzini gətirən şəxsə telefon aksesuarları hədiyyə edir.

Batmanda yerləşən gözəllik salonlarından biri isə valyuta və qızıllarını türk lirəsinə dəyişən şəxslər üçün kampaniya başladıb. Salona dollar və qızıl dəyişməsinə bağlı sənəd təqdim edən şəxslər burada pulsuz bədən prosedurlarından yararlana biləcəklər.

Muş vilayətində isə R.T. Ərdoğana dəstək olaraq kampaniyaya başlayan iş adamları dollarını lirəyə dəyişən müştərilərinin avtomobillərini pulsuz yuyur, telefonlarına qırılmaz şüşə bağışlayırlar.

pia.az


Etiket: Türkiyə dollar

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar