Xalq artisati Həmidə Ömərovanın oğlu Rəhim anasından danışıb
Axşam.az-ın məlumatına görə, Rəhim “Xəzər maqazin”ə açıqlamasında anasını az-az görməsindən gileylənib:
“Bütün günü çəkilişlərdə olur. Evdə görəndə sevinirəm. Evdə o qədər bir-birimizi az görürük ki, incitməyə vaxt tapmırıq. Ancaq bir-birimizə "salam-sağ ol" deyirik.
İncəsənət mənlik deyil, ürəyim bu sahədə olmaq istəmir. Anamın beş-altı filminə baxmışam.
18 yaşım olandan deyir evlən. Başımı götürüb qaçmaq istəyirəm. Tələsən təndirə düşər. Mən də tələsmirəm”.
H.Ömərova övladını tək böyütdüyünü, onu tezliklə evləndirmək istədiyini söyləyib:
“Onun dilindən tərif eşitmək qəhrəmanlıqdır. Tək uşağa baxmaq əziyyətdir. Onun hər şeyinə dözürsən, nə istəyir alırsan. Nənə olmaq istəyirəm. Deyirəm, oğlum, evlən, qoy nəvələrimə baxım”.
pia.az