Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qanuni oğru"ya xəbərdarlıq edildi

"Taro" ləqəbi ilə tanınan "qanuni oğru" Tariyel Onianini həbsxanadan azad olunduqdan sonra Rusiya ərazisini tərk etməyə məcbur edirlər

Bu barədə Rusiya KİV-i məlumat yayıb. Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsevin göstərişinə əsasən, cəzasının 10 ilini "Qara delfin"də çəkən "qanuni oğru" bu haqda avqustun 6-da məlumatlandırılıb. "Taro" ölkəni tərk etməyəcəyi təqdirdə isə deportasiya olunacaq.

Bu xəbər "Taro"nun bütün planlarını alt-üst edib. Onun reaksiyası videogörüntülərdə də öz əksini tapıb. Belə ki, o, hüquq mühafizə orqanlarının əməkdaşlarına etirazını bildirib. Amma "qanuni oğru"ya izah edilib ki, bu, şəxsən daxili işlər nazirinin göstərişidir və vəkilləri vasitəsilə qanuni qaydada şikayət verə bilər.

Nazirliyin nümayəndələri ilə "qanuni oğru"nun görüşü isə ötən həftə baş tutub. Güc strukturlarından verilən məlumata görə, ən təhlükəli cinayətkarların saxlanıldığı xüsusi rejimli cəzaçəkmə müəssisəsi "Taro"ya o qədər də güclü təsir etməyib. O, söhbət əsnasında özünü olduqca sakit və təmkinli aparıb.(virtualaz.org)

pia.az


Etiket: Qanuni oğru

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar