Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnsan bədəni ilə bağlı 20 heyrətamiz fakt

Toyuqlar kimi bizim də həyatımızın başlanğıcı yumurtadır. Xarici qabıqla örtülü olmasa da, o da yumurtadır.

İnsanların korbağırsaqlarına qarşı münasibətləri heç də yaxşi deyil və ona milyon illər əvvəl öz funksiyasını itirmiş, insan bədəni üzərində heç bir effekti olmayan bədən üzvü kimi yanaşırlar. Onun işinin yalnız təsadüfən infeksiyaya yoluxmaq ve appendisitə səbəb olmaq olduğunu düşünürlər. Lakin son zamanlar edilmiş araşdırmalara görə korbağırsağın həzm fuksiyasını yerinə yetirməyə kömək edən bakteriyalar üçün əlverişli olduğu aşkar edilmişdir. Bakteriyalar korbağırsaqdan bağırsaqların şiddətli fəaliyyətinə fasilə vermək, çoxalmaq ve bağırsaqlarda yaşayan bakteriyalarin sayının azalmasının qarşısını almaq məqsədilə istifadə edirlər. Ona görə də korbağırsağınıza hörmətlə yanaşın.

Böyük ölçülü molekullar

Ətrafımızdakı hər şey molekullardan təşkil olunub. Bunların hamısı oksigen molekulu kimi sadə atom cütlərindən tutmuş mürəkkəb üzvi strukturlara qədər ölçülərinə görə fərqlənirlər. Təbiətdəki ən böyük molekul isə insan bədənindədir və bu 1-ci xromosomdur. Normal insan hüceyrəsi hər birinin nüvəsində çox uzun DNT molekulu olan, 23 cüt xromosoma sahibdir. 1-ci xromosom kodlaşdırılan informasiyanı saxlamaq üçün təxminən 10 milyarda yaxın atomdan təşkil olunmuş ən böyük molekuldur.

Atomların sayı

İnsan bədənini əmələ gətirən atomların sayına nəzər yetirmədən onların nə qədər balaca olduğunu qavramaq çətindir. Orta yaşlı bir insanın bədənində 7 000 000 000 000 000 000 000 000 000 atom var.

Bədəndəki tüklərin azalması

İnanmaq çətin olsa da insan bədənindəki tüklərin sayı bir şimpanzenin bədənindəki tüklərin sayı ilə eynidir. Fərq ondadır ki, insan bədənindəki tüklərin faydası yoxdur və gözə çarpmayacaq dərəcədə nazikdirlər. Qoruyucu tüklərimizi nəyə görə itirdiyimiz hələ də dəqiq bəlli deyil. Belə ehtimal olunur ki, onlar ibtidai insanların daha rahat qızınmasına və ya bit və gənə kimi parazitlərlə mübarizə aparmağa kömək edirdi. Hətta əcdadlarımızın həyat şəraitinin qismən su ilə əlaqəli olması da bunun səbəbi ola bilər. Buna baxmayaraq ən məntiqli fikir insanların cəngəlliklərdən savannalara köç etdiyi zaman daha çox birgə əməyə ehtiyaclarının olması hesab olunur.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Heyvanlar birgə fəaliyyət üçün nəsil artırdıqları zaman onlar getdikcə öz balalarına bənzəyirlər. 1950-ci illərdə başlamış və 40 il davam etmiş maraqlı eksperimentdə əhliləşdirilmək məqsədi ilə tülkülərin nəsli artırılıb. Bu period ərzində tülkülərin yetkin fərdləri vaxtlarını oynamaqla keçirən, ev heyvanlarına bənzər, aşağı əyilmiş qulaqları, dik quyruqları və xallı dəriləri olan bala tülkülərə bənzəməyə başlayırlar. Insanlarda da eynilə bala meymunlarin bəzi xüsusiyyətləri mövcuddur: böyük baş, balaca ağız və nəzərə çarpmayacaq dərəcədə nazik tüklər.

"Biz-biz tüklər"

Dərinin ürpəşməsi bizə əcdadlarımızdan qalma xüsusiyyətdir. Bu hadisə tük follekulundakı xırda əzələlərin yığılması və tüklərin qabarması ilə baş verir. Xəzdərililərdə bu hadisə tüklərin qabararaq dərinin daha rahat nəfəs almasına kömək etsə də nazik tüklü insan bədənində dərinin qəribə görünməsinə səbəb olur.

Qorxduğumuz və ya emosional bir şey xatırladığımız zaman tüklərimizin biz-biz olduğunu hiss edirik. Əksər məməlilər təhlükə hiss etdikləri zaman daha böyük və təhlükəli görünmək üçün tüklərini qabardırlar. İnsanların da heyvanlar kimi müdafiə xarakterli tüklərini qabartmaq xüsusiyyətinə sahib olub, lakin daha öncə də dediyimiz kimi bu xüsusiyyət artıq insan bədəni üzərində öz effektini itirmişdir. Biz hələdə tüklərin biz-biz olmasını hiss etsək də vizual nəticə əldə etmirik.

Kosmik travma

Əgər elmi fantastik filmlərə inansaq, kosmik gəmidən xüsusi geyimsiz açıq kosmosa düşən insanın başına dəhşətli şeylər gəlir. Lakin bu absurd bir fikirdir. Mümkündür ki, bədəninizin daxilindəki havanın genişlənməsi ilə diskomfort hiss edəsiniz, amma bunun hollivud filmlərindəki kimi bədən hissələrinin parçalanması ilə heç bir əlaqəsi yoxdur. Vakuum mühitində maye halinda olan maddələr qaynamasına baxmayaraq sizin qanınız qan-damar sisteminin təzyiqi altında olduğu üçün heç bir problem ortaya çıxmayacaq. Həmçinin, kosmosda temperaturun çox soyuq olmasına baxmayaraq, bədən temperaturunuz sürətlə aşağı düşməz. Termosların quruluşundan da bildiyimiz kimi vakuum güclü izolyatordur.

Praktiki olaraq açıq kosmosda sizin ölümünüzə səbəb ola biləcək yeganə şey havanın olmamasıdır. 1965-ci ildə NASA-nın vakuum kamerasında təlim keçərkən skafandrda sızıntı meydana gəlmişdir. Həyatda qalmağı bacaran qurban 14 saniyə ərzində huşunu itirməmişdir. Sağ qalma müddətinin nə qədər olduğu dəqiq bilinməsə də, bunun 1 və ya 2 dəqiqə olduğu ehtimal edilir.

Atomların çökməsi

Bədənimizi təşkil edən atomlar boşluqlardan ibarətdit. Bu qədər çox sayda olmalarına baxmayaraq boşluqlar olmasa bədənimizin həcmi olduqca kiçilər. Atomun əsas hissəsini təşkil edən nüvə o qədər kiçik ölçülüdür ki, onun ölçüsünü sarayın içindəki milçəyin ölçüsü ilə müqayisə etmək olar. Əgər atomlarda olan boşluqlar yox edilsə, insan bədəni tərəfi 0.002 santimetr olan kubun içinə sığar. Neytron ulduzlar bu cür sıxılmaya məruz qalmış maddədən təşkil olunmuşdur. Neytron ulduzların 1 kub santimetri 100 milyon ton ağırlığındadır. Bir neytron ulduzu günəşdən daha ağır olmaqla bərabər, təxminən 384 km2 sahəni əhatə edir.

İtələmə qüvvəsi

Maddəni təşkil edən atomlar heç vaxt bir-birinə toxunmur. Atomlar nə qədər yaxınlaşsa, elektrik yükləri arasındakı itələmə qüvvəsi o qədər çoxalır. Bu 2 güclü maqnitin eyni qütblərini yaxınlaşdırmağa çalışmaq kimi bir şeydir. Bunu hətta əşyaların bir-biri ilə əlaqəsinə də aid etmək olar. Stula oturduğunuz zaman ona toxunmursunuz, atomların itələmə qüvvəsinə görə çox cüzi ölçüdə yuxarıda qalırsınız. Elektomaqnit qüvvəsi qravitasiya qüvvəsindən milyard dəfələrlə güclüdür. Bu qüvvəni gücünü müşahidə etmək üçün soyuducu üçün olan maqnit götürün və onu soyuducuya yaxınlaşdıraraq əlinizdən buraxın. Bu zaman balaca maqnitdəki elektromaqnit qüvvəsinin yerin cazibə qüvvəsini üstələdiyini müşahidə edəcəksiniz.

İnsan bədəni: ulduz tozu

Bədənimizdəki atomların milyardlarla yaşı var. Bədənimizin əsas komponenti və kainatda ən çox yayılmış element olan hidrogen 13.7 milyard il əvvəl baş verən böyük partlayış zamanı meydana çıxmışdır. Karbon və oksigen kimi daha ağır atomlar isə 7-12 milyard il əvvəl ulduzların tərkibində olmuş, ulduzlar partladığı zaman kosmosa yayılmışdır. Bu partlayışların bəziləri o qədər güclü olmuşdur ki, hətta dəmirdən daha ağır olan atomların yaranmasına səbəb olmuşdur. Bu o deməkdir ki, bədəninizi təşkil edən komponentlər həqiqətən də qədimdir: siz ulduz tozusunuz.

Kvant hissəcikləri

Elmin sirlərindən biri də bədənimizin nə qədər bütöv və vahid halda görünməsinə baxmayaraq qəribə hərəkət edən atom və onun hissələri kimi elementar zərrəciklərdən təşkil olunmasıdır. Əgər insanlardan bədənlərindəki atomlardan birinin şəklini çəkməsini istəsəniz, əksər insanlar balaca günəş sisteminə bənzər bir şey çəkəcək; nüvəni günəş kimi, elektronları isə günəşin ətrafında dövr edən planetlər kimi təsvir edəcəklər. Bu əslində erkən atom modelidir, lakin sonralar məlum oldu ki, belə atomlar tez bir zamanda parçalanır. Bunun səbəbi elektronların yüklü zərrəciklər olmasıdır. Yüklü zərrəciklər sürətləndikləri zaman işıq formasında enerji yayırlar və bu şərtlər daxilində nüvəyə düşməlidirlər.

Həqiqətdə isə elektronlar dəmiryolunda hərəkət edən qatarlar kimi spesifik orbitlərlə sahibdir. Onlar bu orbitlərin arasındakı sahələrdə mövcud ola bilməzlər, lakin birindən digərinə sıçrayış edirlər. Bundan əlavə, kvant hissəcikləri kimi elektronlar müəyyən yerlərdə deyil, ehtimalların toplusu olaraq mövcud olurlar, belə ki, atomu təsvir edən ən yaxşı şəkil elektronları nüvənin ətrafında qeyri-şəffaf sahə kimi göstərən şəkil olardı.

Qırmızı qan

Kəsilən barmağınızdan axan qanı görən zaman qırmızı rəngdə olmasının səbəbinin tərkibindəki dəmir olduğunu düşünə bilərsiniz, çünki dəmir paslandığı zaman qırmızımtıl çalar alır. Lakin bu sadəcə bir təsadüfdür. Qanın qırmızı rəngdə olması dəmirin hemoqlobinin tərkibindəki porfirin adlanan atomlar zəncirinin içərisində yerləşməsindən qaynaqlanır. Ona bu rəngi verən həmin strukturun quruluşudur. Hemoqlobinin nə qədər qırmızı olmağı tərkibində oksigenin olub-olmamasından asılıdır. Oksigen porfinirin quruluşunu dəyişir və qırmızı qan hüceyrələrinə daha canlı çalar verir.

Viruslaşma

Qəribədir ki, xromosomlarımızdakı faydalı DNT-lərin hamısı bizə təkamül nəticəsində əcdadlarımızdan miras qalmayıb, bəziləri başqa yerlərdən alınıb. İnsan DNT-ində ən az 8 retrovirus geni vardır. Bunlar, DNT-ni kodlaşdırmaq üçün hüceyrə mexanizmindən istifadə edən bir virus növüdür. Bəşər tarixinin inkişaf dövründə bu viruslar insan DNT-nə qarışmışdır. Hal-hazırda bu viral genlər insan repruduksiyasında mühüm funksiyaları yerinə yetirir, lakin bunlar genetik əcdadlarımıza tamamilə yaddır.

Digər canlılar

İnssan bədənində milyonlarla hüceyrə və bundan dəfələrlə çox bakteriyalar var. Bədənimizdə 10 trilyon hüceyrə varsa, bunun 10 qatı qədər bakteria mövcuddur. Bu bakteriyaların əksəriyyəti zərərsizdir, bəziləri isə hətta faydalıdır. 1920-ci ildə amerikalı bir mühəndis bakteriyasız həyatın daha sağlam olacağını düşünərək heyvanların bakteriyasız yaşaya bilib-bilməyəcəyini araşdırdı. Ceyms Reyner heyvanları yetişdirə biləcəyi bakteriyasız mühit yaratmağı həyatının əsas işinə çevirmişdi. Alınan nəticəyə görə bu mümkün idi, lakin heyvanların bəziləri öldü və sağ qalanlar da xüsusi qidalar ilə qidalanmağa məcbur idi. Bu ona görədir ki, bağırsaqdakı bakteriyalar həzmə kömək edir. Bakteriyasız yaşamaq mümkündür, lakin bağırsaqlarınızda bakteriyaların ifraz etdiyi fermentlərin köməyi olmadan siz adi qida rasionunu tərk edərək daha çox qida dəyəri olan, zəngin qidalar qəbul etməli olarsınız.

Kirpiklərimizdə məskunlaşanlar

Yaşımızdan asılı olaraq kirpiklərimizdə gənə olma ehtimalı var. Bu balaca varlıqlar ölü dəri hüceyrələrində və tük follekulunun ifraz etdiyi yağ qatında yaşayır. Onlar əsasən, zərərsizdir, lakin çox az insanda allergiyaya səbəb ola bilir. Kirpik gənələri millimetrin üçdə birinə qədər böyüyür, demək olar ki şəffafdır və onları çılpaq gözlə görmək mümküm deyil. Kirpiyinizdən və ya qaşınızdan tük qopardaraq mikroskop altında baxın, bu zaman onları görə biləcəksiniz, çünki onlar əsasən tükün kökündə olurlar. İnsanların 50%-i bu gənələrə sahibdir və biz yaşlandıqca bu say artır.

Foton detektoru

Gözlərimiz çox həssasdır və bir neçə fotondan ibarət işığı belə sezməyə qadirdir. Əgər aydın bir gecədə Andromedanın bürclərinə nəzər salsaq, çılpaq gözlə bulanıq bir işıq görə biləcəyik. Əgər bu kiçik ləkəni seçə bilirsinizsə, texnika olmadan insan gözü ilə mümkün qədər uzağı görürsünüz. Andromeda bizim Süd yolu qalaktikamıza ən yaxın qalaktikadır. Lakin "yaxın" sözü qalaktikalararası boşluq üçün nisbi anlayışdır, çünki Andromeda qalaktikası bizdən 2.5 milyon işıq ili uzaqlıqdadır. Gözünüzə görünən işıq yola çıxdığı zaman hələ insanlar mövcud deyildi. Bu o deməkdir ki, siz ağlasığmaz dərəcədə uzağı və 2.5 milyon il əvvəli görürsünüz.

Duyğu orqanları

İndiyə kimi deyilənin əksinə bizim 5-dən çox hissiyyatımız var. Məsələn: əlinizi qızmar dəmirdən bir neçə santimetr məsafədə saxlayın. Beş duyğunuzun heç biri sizə dəmirin sizi yandıracağını deyə bilməz. Lakin siz yenədə aradakı məsafədən belə dəmirin isti olduğunu hiss edir və ona toxunmursunuz. Bunun səbəbi əlavə duyğumuzun, yəni dəridəki istilik reseptorlarının olmasıdır. Buna bənzər şəkildə ağrını və ya başıaşağı olub olmadığımızı hiss edə bilirik. Digər bir test: gözlərinizi yumun və burnunuza toxunun. Bunun üçün siz "böyük beşlik"dən deyil propriosepsiyadan istifadə edəcəksiniz. Propriosepsiya (kinesteziya və ya əzələ-hərəkət duyğuları) bədənimizin müxtəlif hissələrinin bir-birinə nəzərən mövqeyindən və hərəkətindən xəbərdar olmağımızı təmin edən hissiyyatdır. Əslində isə bu, sadə görünən proses beynimizlə əlimiz arasındakı qeyri-adi dərəcədə kompleks ikiyönlü siqnal alış-verişi nəticəsində təmin edilir. Yəni ki, 5 hissinizdən istifadə etmədən yenə də əlinizi burnunuza toxundura bilərsiniz.

Həqiqi yaşımız

Toyuqlar kimi bizim də həyatımızın başlanğıcı yumurtadır. Xarici qabıqla örtülü olmasa da, o da yumurtadır. Yaşımıza heyrətləndirici təsiri olan insan yumurtası və toyuq yumurtası arasında çox böyük fərq var. İnsan yumurtası birhüceyrəlidir və təxminən 0.2 mm ölçüdədir, yəni nöqtə boydadır. İnsan yumurtası ananın orqanizmində formalaşır, lakin təəccüblü olan odur ki, yumurta hələ ana döl halında olarkən formalaşır. Yumurtanızın və anadan gələn DNT-nin formalaşma dövrü sizin mövcudluğunuzun ilk anı ola bilər. Bu proses ananın doğulmasından öncə baş verir. Fərz edək ki, siz doğularkən ananızın 30 yaşı olmuşdur və sizin indi 18 yaşınız tamam olur. Bu o deməkdir ki, sizin 48 yaşınız var.

Epigenetik təsir

Biz əvvəllər genlərin fiziki quruluşumuzu müəyyənləşdirən əsas faktorlar olduğunu düşünürdük, lakin əsas genlər bizim DNT-mizin cüzi bir hissəsini təşkil edir. Qalan 97 faizinin son zamanlaradək lazımsız plduğunu düşünürdük, lakin indi başa düşürük ki, epigenetikanın (genlərin xaricində baş verən proseslər) da bizim inkişafımıza çox böyük təsiri var. Bəzi hissələr genləri açıb bağlayan açarları idarə etmək və ya digər əsas birləşmələrin istehsalını proqramlaşdırmaq üçün fəaliyyət göstərir. Uzun müddət əvvəl təxminən 20 minə yaxın genin bizim görünüşümüzü spesifikləşdirməsi üçün nə dərəcədə yetərli olması sual altında olsa da, hal-hazırda deyə bilərik ki, DNT-nin qalan 97 faizi də görünüşümüzün formalaşmasında eyni dərəcədə vacibdir.

Şüurlu fəaliyyət

Siz də əksər insanlar kimi şüurunuzun tam gözlərinizin arxasında yerləşdiyini və sanki orda balaca bir insan oturub sizi idarə etdiyini düşünəcəksiniz. Əslində orada heç də balaca bir insan olmadığını bilirik. Şüurumuz bədənimizi yönləndirən müstəqil bir varlıqdır. Əslinə qalsa, hərəkətlərimizin əksəriyyətini şüuraltımız idarə edir. Bəzi hərəkətlər vərdiş halı aldığı üçün avtomatik baş verir, beləcə sadə hərəkətləri etmək üçün çox düşünməyə ehtiyac duymuruq. Bu zaman prosesi beynin ən primitiv hissələri idarə edir. Həmçinin, əşyanı qaldırmaq kimi şüurlu bir hərəkət belə şüursuz mexanimzlərə sahibdir, siz hərəkətə keçmədən beyin onları hərəkətə gətirir. Şüurumuzun nə zaman fəaliyyətdə olduğu barədə fikirlər ziddiyyətlidir, lakin şübhəsiz ki, biz şüuraltımıza düşündüyümüzdən daha çox şey borcluyuq.

Optik yanılma

Bizim "gördüyümüz" dünyanın təsviri sünidir. Beynimiz video kamera kimi görüntü ortaya qoymur. Əksinə, beynimiz işıq və kölgə, künclər və qıvrımları ölçən vahidlərin verdiyi informasiya vasitəsilə dünyanın modelini qurur. Bu, optik sinirlərin birləşdiyi retinanın bir hissəsi olan və işığı qəbul etmə bacarığından məhrum olan kor nöqtəni boyamaqda beynə kömək edir. O, həmçinin, gözlərimizin sakkad adlandırılan qəfil hərəkətlərini tarazlaşdıraraq yanlış, sabit görüntü ortaya çıxarır.

Bu prosesin mənfi tərəfi odur ki, gözlərimizin daha çox yanılmasına imkan yaradır. Tv, film və optik illuziyalar gözümüzlə gördüyümüzü beyinə fərqli şəkildə ötürür və yanıldır. Buna görə də ay olduğundan böyük görünür və gözlə görünən ölçülərindən fərqlər olur. (milli.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar