Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın ali lideri  “İkinci Türkmənçay müqaviləsi”ni təsdiqləyəcəkmi?

Xəzərdəki payından qafil qalmış Tehran üçün iki ssenari

Fəramərz Davar

İranwire”

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində İran prezidenti Həsən Ruhani Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıb. Bəzi İran rəsmilərinin “dəniz Konstitusiyası” adlandırdığı bu sazişin altına digər dörd Xəzəryanı ölkənin – Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistanın rəhbərləri də imza atıb.

Təxminən 20 illik danışıqlardan sonra imzalanmış Konvensiya, hökumətin milli maraqları təmin etməsinə şübhə edən siyasətçilər və İran ictimaiyyəti arasında dərin etibarsızlıqla qarşılanıb. Məclis üzvü Mahmud Sadiqi Konvensiya şərtlərinin birmənalı olmadığını söyləyərək, sənədi “Twitter”-də tənqid edib. O, həmçinin sosial şəbəkədəki təqibçilərinə 1828-ci ildə Qafqazı Moskvaya güzəştə gedən İranla Rusiya arasında nifrətamiz Türkmənçay müqaviləsinin xatırladıb. “Başqa bir Türkmənçayla üz-üzəyik? İnsanlar bilin, Məclis üzvləri bu pərdəarxası sövdələşmədən tam qafildirlər”.

Xəzər dənizinin Əsas Qanunu

Xəzər dənizinin hüquqi statusu haqqında yeni Konvensiya 26 illik danışıqların nəticəsidir. İran rəsmiləri deyirlər ki, minlərlə saat danışıqlar “dəniz Konstitusiyası” ilə bağlı bütün gələcək qərar və müqavilələrin əsasını təşkil edəcək.

Ancaq Konvensiyanın imzalanması Xəzər dənizinə dair danışıqlar və hüquqi müzakirələrə son qoymur. İki məsələ həll olunmamış qalır: dəniz dibi üzrə yenisərhədlərin müəyyən edilməsi və təməl bazanın yaradılması. Baza səviyyəsi, İranın da daxil olmaqla, sahilyanı ölkələrin 15 millik ərazi sularını və dəniz dibinin Xəzəryanı ölkələr arasında necə bölüşdürüləcəyini, eləcə də İranın gələcək coğrafi sərhədləri və xəritəsinin formasını müəyyənləşdirəcək.

İranın keçmiş xarici işlər naziri müavini və Xəzər üzrə danışıqlar qrupunun keçmiş üzvü Məhəmməd İbrahim Rəhimpur avqustun 10-da bildirib ki, İranın payı nə olursa-olsun, bunu qəbul və ya rədd etmə qərarı verəcək şəxs Ali Rəhbərdir.

Gizlilik və ya laqeydlik?

Prezident Ruhaninin ofisi onu imzaladıqdan dərhal sonra sənədin tam mətnini dərc etdirib. Ancaq Rusiya prezidenti Vladimir Putin əslində, sənədi iki ay əvvəl imzalayıb və onun mətni həmin vaxt Kremlin saytında, hüquqi sənədlər bölməsində yerləşdirilib.

Mahmud Sadiqinin Məclis üzvlərinin “tamamilə qafil” saxlanıldığı iddiaları doğru deyil. Ötən illərdə İran parlamentariləri Xəzər dənizi üzrə danışıqlara qatılıb və digər sahilyanı ölkələrin başçıları ilə görüşlərdə prezidenti müşayiət ediblər.

Başqa sözlə, parlament üzvləri danışıqların təfərrüatından bixəbər olsa da, onlar ümumi xülasə barədə məlumatlı idilər.

Lakin 2017-ci ilin dekabrında Xəzəryanı dövlət başçılarının Moskvada keçirilmiş sonuncu görüşündə Rusiyanın xarici işlər naziri Sergey Lavrov gözlənilmədən beş Xəzəryanı dövlətin “bütün əsas məsələlər”i razılaşdırdığını açıqlayıb. O, Konvensiya mətni layihəsinin imzalanmasının “praktik olaraq hazır” olduğunu söyləyib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif “bütün əsas məsələlər”in həlli barədə heç bir izahat verməyib və İranın dənizdəki payına dair susqunluğu ilə iranlıları qayğılandırıb.

Bir neçə aydan sonra gözlənilmədən prezident Putinin Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsini təsdiqləyən sərəncam imzaladığı və bununla yanaşı, beş dövlət arasında bunu etmiş ilk dövlət başçısı olduğu bildirilib. Kreml layihə mətnini rus dilində nəşr edib, lakin ingilis və ya farsdilli mətnlər olmadan.

Zaman baxımından iki məsələ üst-üstə düşüb: İranın Xəzər dənizindəki payına dair Rusiya ilə gizli razılıq barədə İran ictimaiyyətinin şübhələnməsi və Ali Liderin beynəlxalq məsələlər üzrə məsləhətçisi Əli Əkbər Vilayətinin Moskvaya səfəri.

Lakin dövlət rəhbərlərinin sənədi imzalamasından bir neçə dəqiqə sonra Konvensiyanın fars mətninin yayımlanması ilə İranın və digər ölkələrin payı məsələsində qərarsızlıq aşkarlanıb. Bu qərarlar qonşu ölkələr arasında gələcək ikitərəfli danışıqlar zamanı müəyyən olunacaq.

Sovet İttifaqından sonra

Fars körfəzi və Oman dənizindən fərqli olaraq, Xəzər ümumi mənada “açıq” dəniz deyil və beynəlxalq qanunlar və ya Birləşmiş Millətlər Təşkilatının konvensiyalarında onun ölkələr arasında bölüşdürülməsi üçün heç bir qaydalar və ya presedentlər əks olunmayıb. Buna görə də, öz hüquqi çərçivəsi və qanunları üçün o, 26 illik bir prosesə şahid olub, hətta bundan sonra belə sahilyanı ölkələr arasında Xəzərin necə bölüşdürüləcəyi ilə bağlı həll edilməmiş məsələlər qalır.

Sovet İttifaqının dağılmasının ardınca üç yeni sahilyanı dövlət müstəqilliyini elan edib. Nəticədə, Sovet İttifaqı ilə İran arasında paylaşılmış olan Xəzər dənizinin suverenliyi yenidən müzakirə olunmalıdır.

İranın payı barədə razılığa gəlmək çox çətin olacaq. Xəzər dənizinin uzunsov forması ucbatından İran sərhəd dövlətləri arasında ən kiçik paya sahib ola bilər. Türkmənistan və Azərbaycan Respublikasının təklif etdiyi formula əsasən, İran ən yaxşı halda dənizin 13 faizini alacaq. Amma İran bununla razılaşmır və səlahiyyətlilər öz düsturlarına əsasən, Xəzərin 20 faizinə iddia edirlər.

Türkmənistan və Azərbaycan artıq öz şimal qonşuları, Qazaxıstan və Rusiya ilə paylar barədə razılığa gəlib, lakin İran Xəzərin cənub hissəsinə dair fərqli mövqedədir. Nəticədə, yeni imzalanan Konvensiyada səhmlər haqqında heç bir məlumat yoxdur.

İndi İran öz iki qonşusu – Türkmənistan və Azərbaycanla paylara dair ikitərəfli razılaşmalara çatmalıdır. İranın istədiyi 20 faizlik payı içində, Azərbaycanın iddiaçısı olduğu böyük neft yatağı var; hətta bu sahədən neft çıxarmaq üçün neft şirkətlərinə də qapı açıb, bu da İranın bölgəyə döyüş təyyarələri göndərməsinə gətirib çıxarmışdı. Bu mübahisəli məsələdir, amma İran mübahisəli mülkiyyəti tələb edə bilməyənədək, onun yerləşdiyi sahəyə dair Azərbaycanla razılığa gəlməlidir.

Hərbi rəsmilər iddia edir ki, İran donanması Xəzərin 20 faizini nəzarətdə saxlayır, lakin ötən il Xəzərdəki ən böyük freqat olan “Camaran” Nouşəhr sahilində qəzaya uğrayıb və elə zərər görüb ki, istismardan çıxarılıb.

Konvensiya nə zaman səmərəli olacaq?

Konvensiya, ilk növbədə, bütün beş sahilyanı dövlətin parlamentlərində təsdiq olunmalıdır.

İranda Konvensiyaya qoşulmaq üçün hökumət sənədi parlamentə təqdim etməlidir. Konstitusiyanın 77-ci maddəsinə görə, “beynəlxalq müqavilələr, protokollar, kontraktlar və sazişlər İslam Məsləhət Şurası tərəfindən təsdiq edilməlidir”. Parlamentdən sonra Nəzarətçilər Şurası da qanun layihəsini təsdiqləməlidir. Bundan sonra İran hökuməti sənədin saxlanılmasına cavabdeh olan Qazaxıstanı xəbərdar etməli və İslam Respublikasının Konvensiyaya rəsmi olaraq qoşulduğunu bildirməlidir.

Konvensiya son sahilyanı dövlətin rəsmi olaraq Konvensiyaya qoşulduğunu elan etdiyi andan etibarən qüvvəyə minəcək. Xəzərin hüquqi statusu haqqında Konvensiya, həmçinin Birləşmiş Millətlər Təşkilatında qeydiyyata alınmalıdır.

Konvensiya qüvvəyə mindikdə, yeni sənədə zidd olan bütün əvvəlki razılaşmalar artıq qüvvədən düşəcək. 19-cu əsrin əvvəllərində, 1828-ci ildə İranın şimal qonşusuna qarşı müharibədə məğlubiyyətindən sonra Xəzər dənizinə dair İran və çar Rusiyası arasında Türkmənçay müqaviləsi və sərhəd məsələlərini həlli üzrə Sovet İttifaqı ilə iki “dostluq” müqaviləsi imzalanıb.

Türkmənçay müqaviləsi İranı Xəzər dənizinin sularında hərəkət hüququndan məhrum edib, lakin Rusiyada bolşevik inqilabı və kommunistlərin iqtidarı ələ keçirməsindən sonra yeni hökumət İrana bu haqqı qaytarıb. 1921-ci ildə Rusiya-Fars Ölkəsi dostluq müqaviləsi Xəzərin İran və Sovet İttifaqı tərəfindən “paylaşılan” bir dəniz olduğunu açıqlayıb. İranda bəzi şəxslər “paylaşılan” sözünü, “bölüşdürmə” kimi yozurlar, guya İran Xəzər dənizinin 50 faizlik payına sahib imiş, lakin bu təfsir hüquqi baxımdan etibarsızdır və ya onun əsası yoxdur.

Yeni hüquqi çərçivə barədə danışıqlar Sovet İttifaqının parçalanmasından və Xəzərin sahillərində üç yeni qonşunun yaranmasından dərhal sonra başlayıb. İran danışıqlara ev sahibliyi edib və o zaman prezident Əkbər Haşimi Rəfsəncani “Xəzər dənizi ölkələrinin Əməkdaşlıq Şurası”nın yaradılması təklifini irəli sürüb. Bu ideya bəyənilməyib, lakin İran Xəzərin ətraf mühitinin qorunması ilə əlaqədar razılıq əldə edib. “Tehran Konvensiyası” kimi tanınan bu razılaşma beş sahilyanı ölkənin imzaladığı ilk vacib sənəddir.

İndi, Sovet İttifaqının dağılmasından dörddə bir əsr sonra bu dövlətlər Xəzər üçün yeni Konvensiya və ya “Əsas Qanun”a malikdirlər. Ancaq İran üçün çətin dövr başlayıb: Türkmənistan və Azərbaycan Respublikası ilə danışıqlar yolu ilə dənizdən pay almaq. Onun payı ən pis ssenaridə – 13 faiz, ən yaxşı halda – 20 faiz təşkil edəcək.

Sual belədir: əgər keçmiş iranlı danışıqçının təbirincə, bu barədə qərarverici Ayətullah Xamnəidirsə, o, nəyi qəbul edəcək, nəyi qəbul etməyəcək və İranın xəritəsi onun rəhbərliyi altında necə görünəcək?

Tərcümə: Strateq.az

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

Ən çox oxunanalar