Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İraq və Suriyada on minlərlə İŞİD-çi var – BMT hesabat açıqladı

İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının İraqda və Suriyanın böyük hissəsində hərbi məğlubiyyətinə baxmayaraq, hər iki ölkədə 20 mindən 30 minədək yaraqlı var

Bunu BMT-nin hesabatına əsasən demək olar.

Avqustun 13-də açıqlanmış hesabatda bu rəqəmin hökumətlərdən gəldiyi bildirilir, amma hansı hökumətlərdən söhbət getdiyi açıqlanmır.

Hesabata görə, yaraqlılar İraqla Suriya arasında bərabər paylanıblar. Təhlükəsizlik Şurasına təqdim olunmuş hesabatı İŞİD-ə və Əl-Kaida qruplaşmasına sanksiyaların monitorinqini aparan ekspertlər hazırlayıb.

Ekspertlər bildirir ki, İŞİD-in əsas əməliyyatçıların çoxu Əfqanıstana göndərilir və bu ölkədə qruplaşmanın 3 min 500 – 4 min döyüşçüsü var.

Əbu Bəkr əl-Bağdadinin rəhbərlik etdiyi qruplaşmanın Liviya, Cənubşərqi Asiya və Qərbi Afrikada da tərəfdarlarının olduğu bildirilir.

İŞİD 2014-cü ildə İraqda və Suriyada böyük ərazilər ələ keçirib. Amma 2018-ci ilin yanvarınadək artıq Suriyada tutduğu yerlər xeyli daralmışdı. (azadlıq.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar