Rusiya 2023-cü ilə planlaşdırılmış üçüncü Avropa Oyunlarını qəbul edə bilər
Bu barədə məlumatı Rusiya KİV yayıb.
“Bizim Avropa Olimpiya Oyunlarını keçirmək imkanımız var. Əgər Rusiyaya etibar edilsə, o zaman 2023-cü ildə keçirmək olar”, - deyə yüksək vəzifəli mənbə Rusiyanın MATÇ.TV idman kanalına bildirib.
Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilib, ikinci oyunlar isə 2019-cu ildə Belarusun paytaxtı Minskdə baş tutacaq.(oxu.az)
pia.az