Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın hərbi donanması müharibəyə hazırlaşır

Rusiya və Çin öz Hərbi Dəniz Donanmasını təkmilləşdirməyə davam etdiyi bir dövrdə ABŞ hərbçiləri həyəcan təbili çalmağa başlayıb

Bu həyəcana həmçinin hər iki ölkənin gəmilərinin bir zamanlar ABŞ-ın hökmranlıq etdiyi Atlantik okeanında aktiv fəaliyyəti də səbəb olub.

Rusiyanın son beş ildə, Çininsə son 10 ildə donanmasını yenidən qurması, yəni onu yeni texnologiya ilə təmin etməsi Pentaqonu öz güclərinə yenidən baxmağa məcbur edib.

Xarici KİV-lər bildirir ki, ABŞ Atlantik okeanında ikinci donanmanı hərəkətə gətirərək cavab tədbirləri görməyə çalışır.

Rusiya və Çinin ABŞ-ın əsas fəaliyyət sektoru olan Atlantik okeanında aktivlik göstərməsi təbii ki, Pentaqon və NATO-nu narahat etməyə bilməzdi. Bu bölgənin NATO ölkələri ilə həm əlaqələr, həm ticarət, həm də təhlükəsizlik amilləri baxımından güclü təsirini nəzərə alsaq bunun nə dərəcədə əhəmiyyətli olduğunu anlamaq çətin olmaz.

“Söhbət son 25 ildə görünməmiş yüksək aktivlikdən gedir”, - dəniz komandanlığının rəhbəri admiral Con Riçardson “Amerikanın səsi” radiosunda çıxışı zamanı qeyd edib.

ABŞ-ın və NATO-nun dənizaltı donanmasının yeni rəhbəri vitse-admiral Çarlz Riçard isə avqustun 3-də bunu daha qatı formada ifadə edib.

“Müharibəyə hazırlaşın” – Çarlz Riçard bəyan edib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

“Yalnız müharibəyə hazır olmaqla biz ondan yan keçə bilərik. Millətimiz bizdən qələbə gözləyir və biz bu ümidləri aldada bilmərik”, – vitse-admiral bildirib.

Nəzərə almaq lazımdır ki bu tipli çağırışlar ABŞ-ın 2018-ci il üçün Milli Təhlükəsizlik Strategiyasını təşkil edir.

Hərbi Dəniz Qüvvələrinin əməkdaşları bu müharibəni ideoloi səviyyəyə qaldırıblar. Buna səbəb Rusiya hərbçilərinin göstərdikləri ruh yüksəkliyi olub.

“Bu gün ixtisaslı kadrlara sahib, ən yeni texnologiyaya malik rus donanması bizə meydan oxuyur. Rus sualtı gəmiləri Atlantik okeanında gəzişir, bizim müdafiəmizi yoxlayır, bizim ağalığımıza meydan oxuyur və bununla öz döyüşçülərinə təlim keçirlər”, – bunu isə admiral Ceyms Foqqo söyləyib.

Eyni zamanda rəqiblərin texnoloji yeniliklərə daha çox müraciət etməsi ABŞ-ı narahat etməyə bilməz.

Əsasən də Rusiyanın yeni texnikalardan istifadəsi və Çinin heyətini artırması ciddi narahatlıqlara səbəb olub. Belə ki, Rusiyanın yeni dağıdıcı gücə malik pilotsuz aparatları düşməndə qorxu yaratmaya bilməz. Admiral Con Riçardson bunu “mürəkkəb sualtı döyüş məkanı” adlandırıb.

“Bu cür dağıdıcı texnologiyalar gələcək döyüşlərdə həlledici olacaq. Biz əmin olmalıyıq ki, biz də bu işə öz qatqımızı veririk”, – admiral bildirib.

Bütün hərbçilər həyəcan təbili çaldığı bir zamanda ABŞ-ın müdafiə naziri Ceyms Mettis bu hadisələrə soyuqqanlı yanaşıb.

Riçardsonun “Amerikanın Səsi” radiosuna söylədikərinə şərh verməyən nazir:

“Biz istənilən sualtı aktivliyə nəzarət edirik. Bu məndə narahatlıq yaratmır”, – deyə Mettis soyuqqanlılıqla bildirib.

Bütün bu bəyanatların təbii ki, rəqibin güclərini bir az da şişirtməyə hesablandığını da söyləmək olar.

Çünki, bu cür siyasət hər mənada ABŞ-a sərf edir. Buna ən azı iki səbəb göstərmək olar. Belə ki, birinci halda rəqibin güclərini şişirtməklə öz hərbçilərinin gözündə döyüş hazırlığını yüksək səviyyədə saxlamaq əsas prioritet olur. İkinci halda isə rəqibin gücünü şişirtməklə onun daha asan məğlubiyyətini belə mətbuatda lazımi reklama çevirmək mümkündür. Həmçinin burada müttəfiqlərin rəqibə qarşı sərt mövqe göstərməsinə də nail olmaq olar.

Amma yenə də Rusiyanın sonsuz aktiv zona və dağıdıcı gücə malik pilotsuz kiçik gəmiləri kimi yeni əldə etdiyi texnoloji üstünlükləri də unutmaq olmaz. Bu texnologiyaların dənizlərdə Rusiyaya ciddi üstünlüklər vəd etdiyi aydındır. Belə ki, birinci ona öz donanmasını hər zaman fasiləsiz olaraq döyüşə hazır saxlamağa imkan verir.

İkincisi, döyüşlərdə insan faktorunu aradan qaldırmaq üçün böyük potensialı var. Həmçinin Rusiyanın arxivlərdə gizli saxlanılan SSRİ-nin dağıdıcı silahlarına yeni can vermək cəhdi də diqqətdən kənarda qala bilməz.

Bundan əlavə, ABŞ əgər Rusiyaya qarşı 2-ci donanma ilə kifayətlənməyibsə bu zaman Atlantik okeanında ciddi mövqe mübarizəsinin getdiyini söyləmək olar. Çünki Atlantik okeanına nəzarət bir anda 4 qitəyə nəzarət etməyə böyük imkanlar yaradır.

Bütün bunları nəzər alaraq hazırda ABŞ və rəqibləri arasında bu regionda həm texnoloji, həm də ideoloji müharibə getdiyi göz qabağındadır. Ekspertlərin fikrincə, rəqiblər arasndakı güc nisbəti heç də birincinin xeyrinə deyil. Belə ki, 2020-ci ildə yalnız Çinin öz sualtı gəmilərinin sayını 70-ə çatdıracağı proqnoz olunur. Həmçinin nəzərə alsaq ki, Çin hazırda açıq şəkildə Rusiya ilə düşmənçilik əvəzinə demək olar ki, qarşılıqlı maraqlardan çıxış edir, bu zaman ABŞ-ın həyəcan təbili çalmasının oyun olmadığı aydınlaşır.(Modern.az)

pia.az


Etiket: ABŞ Müharibə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar