Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyalı "Vampir" Bakıda: “Məni söyüş, seks, narkotik olmayan nağıl gözləyir”

Sergey Çirkov Bakı haqqında: “Məndə elə bir hiss var ki, sanki burada doğulmuşam, indicə orduda xidmətdən qayıtmışam...”

Rusiya kinosunun ulduzu, "Oyunda" filmində canlandırdığı "Vampir" rolundan sonra məşhurluq qazanmış Sergey Çirkov iyulun əvvəllərində Bakıda olub. Aktyor Team Films kino şirkətinin çəkdiyi, Emin Ağalarovla Timur Cəfərovun prodüserləri olduğu "Bakıda İsti" (Jara v Baku) bədii filminin aparıcı personajlarından biridir.

Sputnik Azərbaycan çəkiliş prosesində Sergeylə görüşüb Bakı təəssüratlarını öyrənmək fürsətini fövtə verməyib.

— Sergey, siz demək olar ki, yarım aydır Bakıdasız. Xəzər dənizinin sahilindəki şəhərin atmosferinə alışa bilmisiz?

Ulduz qonaqlar, yaxşı nömrələr və "Jara-2017"dəki çatışmazlıqlar


— Şərq atmosferi artıq mənim içimdə yaşayır (gülümsünür). Məndə elə bir hiss var ki, sanki burada doğulmuşam, indicə orduda xidmətdən qayıtmışam və sonra da "Jara"da özüm üçün əylənmişəm. Yaxşı əylənmək isə o deməkdir ki, yaxşı işləri zövqlə birləşdirməliyik. Festival çərçivəsində "Bakıda İsti" filmi çəkilir və mən də orada iştirak edirəm. Çəkilişlər hələ iyul ayında, musiqi festivalına start verilməmişdən əvvəl başlayıb və avqustun ortalarında başa çatmalıdır. Festival zamanı kino çəkmək ekstremal bir işdir (gülür).

Bakıda hərarət hər gün artır, yoxsa, əksinə…?

— Mən hər şeydən çox bu fəaliyyət dövründə təşkilatçı və yaradıcı insan olaraq Emin Ağalarovla yaxınlaşdım. "Jara"ya gəlincə isə bəli, havanın hərarəti artıb. Adam bilmir nə desin. Sadəcə Bakıda olmaq və buradakı atmosferi hiss etmək lazımdır.

Filmin kreativ komandasına quruluşçu-rejissor Dina Şturmanov ("İnterna" və "Barmen" seriallarından), ssenari müəllifi Dmitri Litvinenko ("Yeni yolkalar" filmindən), Artyom Sizı və Maksim Tkaçenko ("Saqqallı adam" və "XB" serialları) daxildir. Çəkilişlərdə məşhurlardan Qriqori Leps, Filip Kirkorov, Nikolay Baskov, Valeriya, İqor Priqojin, Lolita, Ani Lorak, Mot, Aleksandr Panayotov, Yana Çurikova, Artik və Asti, Sergey Zverev və digərləri iştirak edir. Filmin istehsalının bu ilin sonunadək başa çatdırılması planlaşdırlır. Premyera tarixi təqribən 2019-cu ilin yazına planlaşdırılıb.

— Sizin “Instagram”-dakı postlarınız arasında Qız Qalasındakı şəklinizə rast gəldim. Siz orada belə yazmışdız: “Öz improvizasiyaları olan tarixi abidə”. Siz o qaladan təsirlənmişdiz?

— Başqa necə ola bilər? Öz ləyaqət hissi olan qadın başa düşəndə ki, onu kim dünyaya gətirib, ata-anası kimdir, öz namusunun ləkələnməsinə imkan verməyib. Mənə elə gəlir ki, bu, yalnız hörmətə layiqdir. Qız Qalası özünün bütün çalarları ilə gözəldir, İçərişəhər isə ümumiyyətlə Bakının rəmzidir.

Bakıya uçarkən sizin təyyarədə Azərbaycan yeməyi olan dolmanın dadına baxmaq imkanınız olub və onun dadı xoşunuza gəlib. Milli yeməklərdən başqa nə xoşunuza gəldi?

— Dolma (gülür). Bəli, məni təyyarədə möhtəşəm dolmaya qonaq elədilər. Ondan sonra dolmanın dadına baxmaq imkanım olmayıb. Mənim yaxın dostum, aktyor Pavel Priluçnı (Bakıya tez-tez gəlir) mənə bakılıların ənənəvi səhər yeməyi olan isti təndir çörəyi ilə pomidor-yumurtanın (bəlkə də adını düzgün tələffüz edə bilmirəm) dadına baxmağı tövsiyə edib. Özü də bal və çayla. Mən onun dadına baxmaq və qastronomik bir partlayışı hiss etmək ümidimi itirmirəm.

Mənə elə gəlir ki, Bakıya mütləq yenə gəlmək lazımdır. Özü də təkcə yox. Özünlə ananı, bacını, qardaşını, sevdiyin qızı da gətirmək lazımdır ki, onlar bütün bunları öz gözləri ilə görsünlər. Öz gözəl təəssüratlarımı doğma insanlarla bölüşməyi çox istəyirəm.

— Sergey bu gün nə üzərində işləyirsiz? Bildiyim qədər "Bakıda İsti" filmi üzərində…

— Hazırda yalnız "Jara" haqqında düşünürəm. Amma təfərrüatları açıqlamayacağam, çünki bu barədə razılaşmamız var. Moskvada isə məni sevgi, seks, narkotik kimi anlayışların olmadığı diqqətəlayiq "Damdabaca" nağılı gözləyir. Mən əminəm ki, bu, yaxşı uşaq filmi olacaq. Bundan başqa, mənim balaca tərəfdaşım, aktrisa Saşa Politikdən danışmasam olmaz. Mən hətta bilmirəm bu möcüzəvi qızı sizə necə təsvir edim. Sizə deyim ki, əgər mənim nə vaxtsa uşaqlarım olsa, istəyərdim ki, qızım məhz ona oxşasın. Bundan əlavə payızda aktyor Vladimir Zaysevin yubileyi və əsl polisdən bəhs edən "Xışıltı" (Şelest) kult serialının davamı olacaq.

— Nəhayət, yəqin ki, bakılılardan hansısa şikayətiniz olacaq…

Bakılılardan? Heç nədən şikayət etmək lazım deyil. Biz indi qarşılıqlı etimadın elə bir mərhələdəyik ki, xalqlarımız heç vaxt bir-birinin gözündən düşməyəcək və birmənalı şəkildə dost olacaq. Bizə ümumiyyətlə, hər kəslə dost olmaq lazımdır, əgər mümkünsə. Və inanın mənə, mümkün olmayan heç nə yoxdur (gülümsəyir).(teref.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar