Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Məclis siyasi partiyalarla bağlı qanuna dəyişiklik edə bilər

Bir müddət əvvəl “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi gündəmə gəlmişdi

Belə ki, siyasi partiyanın maliyyələşməsi, fəaliyyətinə xitamla bağlı maddələrdə düzəlişlər ediləcəkdi.

Yaxın zamanlarda “Siyasi partiyalar haqqında” qanuna əlavə də dəyişikliklərin edilməsi gözlənilirmi?

Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a açıqlama verib.

Deputat parlament partiyalarının hamısının hər il maliyyə hesabatlarını verdiyini bildirib.

“Düzdür, bəzi partiyalar var ki, onlar da hesabat verir. Amma açığını desək, çoxu sıfırlayıb verirlər. Milli Məclisdə maliyyə hesabatlarını düzgün verməyən, gizlədilən siyasi partiyaların fəaliyyətinə xitamla bağlı maddələrdə düzəlişlər təklif olunmuşdu”.

T.Kərimli bildirib ki, Milli Məclisin payız sessiyasında” Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi müzakirəyə çıxarıla bilər.

“Ancaq mənə elə gəlir ki, siyasi partiyaların fəaliyyətinə xitamla bağlı məsələ bir az qanunvericilikdən kənar məsələdir. Çünki siyasi partiyalar hər il hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim edir. Ədliyyə Nazirliyi isə onların fəaliyyətinə nəzarət edir. Ona görə də siyasi partiyaların fəaliyyətinə xitam verilməsi ilə bağlı məsələləri Ədliyyə Nazirliyi üzə çıxarmalıdır və məhkəmə qaydasında bu məsələlər həll olunmalıdır”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar