Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

5 Xəzəryanı ölkənin XİN başçıları müavinlərinin növbəti görüşü payızda Bakıda keçiriləcək

Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri bu ilin payızında Azərbaycanda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya üzrə məsləhətləşmələr aparmağı planlaşdırırlar

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov bildirib.

Onun sözlərinə görə, 5 Xəzəryanı ölkənin (Azərbaycan, Qazaxıstan, Rusiya, İran və Türkmənistan) dövlət başçılarının tapşırıqlarına və qəbul edilən sənədlərdə müəyyən olunan müddəalara əsasən, bu görüş altı aydan gec olmayaraq keçirilməlidir: “Bundan əlavə, bu ilin payızında qrupun bir araya gələcəyi və işə başlayacağı ilə bağlı razılıq əldə olunub. İlkin olaraq, görüş Azərbaycanda keçirilməlidir”.

Qeyd edək ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısı keçirilib. Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov iştirak edib.

Toplantıda 5 prezident Xəzərin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Xəzəryanı dövlətlərin müvafiq qurumlarının rəhbərləri tərəfindən bu Konvensiyadan irəli gələn digər mühüm sənədlər – Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol, Xəzəryanı dövlətlərin hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında Saziş, Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Saziş və sərhəd xidməti idarələrinin əməkdaşlığı və qarşılıqlı əlaqələri haqqında Protokol imzalanıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar