Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Atlantizmin böhranı, yoxsa Tramp daha bir seçkini udmaq istəyir?

Düşünürük ki, birinci soyuq müharibə dövründə NATO daxilində ən kiçik ziddiyyət belə kommunist blokunun təbliğat maşınının sayəsində azı on dəfə şişirdilərək dünyaya çatdırılardı. Ona görə də belə hallara olduqca az təsadüf olunurdu

Əlbəttə, bu, o demək deyil ki, o dövrlərdə Blokun hər hansı problemi yox idi. Məsələn, 1974-80-ci illərdə Yunanıstan Türkiyə ilə yaşadığı ziddiyyətlərə görə NATO-nun hərbi strukturunda fəaliyyət göstərmirdi.

Eləcə də 1966-cı ildə Fransa da təşkilatın hərbi strukturunu tərk edərək düz 2009-cu ildə siyasi strukturda qalmaqla kifayətlənmişdi. Amma gəl, ümumi tendensiya bu idi ki, NATO sistemli şəkildə güclənir, dünyanın birinci hərbi blokuna çevrilirdi. Təkcə bircə fakt, üzvlərin sayının 12-dən 29 çatması bunun ən bariz nümunəsi və təsdiqidir.

Sonrakı dövrlərdə ciddi blokdaxili ixtilaflar xatırlamırıq. Yalnız D.Tramp hakimiyyətə gələndən qəribə bəyanatlar və hətta ABŞ-ın Bloku tərk edəcəyi haqda sərsəm çağırışlar səslənməyə başladı.

Düzdür, prezident B.Obamanın vaxtında da Blok üzvlərinin müdafiə xərclərini artırması məsələsi gündəmdə idi, amma bu, indiki kimi dava-dalaş səviyyəsinə çatmamışdı.

Sonuncu NATO sammiti də bu mənada diqqətdən kənarda qalmadı. D.Tramp orada nələr demədi? Ən yadda qalanı budur ki, ABŞ prezidenti Almaniyanı “Rusiyanın nəzarətində olan ölkə”, Ukraynanı isə korrupsiya içində boğulan dövlət adlandırdı və Krımın Rusiyaya məxsus olduğunu bildirdi və bunu belə “izah” etdi ki, krımlıların hamısı rusca danışır! Yalnız Makedoniyanın Blokla danışıqlara dəvət alması ümumi gülünclük fonunu bir azacıq ört-basdır etdi...

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Bunları nədən xatırladıq? Məsələ bundadır ki, indiyədək ABŞ və Türkiyə deyəndə dərhal NATO yada düşürdü və nə qədər ziddiyyətli durum olsa da, hər halda, bunun bir çərçivəsi vardı: bir neçə il öncə kimsə ABŞ-la Türkiyənin biri-birinə qarşı sanksiya tətbiq edəcəyini, Türkiyənin ABŞ-ı özünə qarşı iqtisadi müharibə açmaqda ittiham edəcəyini təsəvvür belə etməzdi. Əksinə, Türkiyə deyəndə ABŞ-ın və yaxud NATO-nun bölgədə ən yaxın müttəfiqi və üzvü başa düşülürdü.

Amma budur, münasibətlər ən gərgin səviyyədədir: Vaşinqton Türkiyədə çevriliş etməyə cəhd etmiş bir adamı ərazisində himayə edir, üstəlik, Türkiyədə casusluq etdiyinə görə həbs olunmuş vətəndaşı, pastor E.Bronsonu qeyd-şərtsiz azadlığa buraxmağı tələb edir!..

Biz hələ onu demirik ki, nə ABŞ, nə də ki, digər NATO ölkələri Ankaraya hava hücumundan müdafiə silahları satmadılar və Türkiyə bunu Rusiyadan almaq fikrinə düşəndə böyük bir qalmaqal yaratdılar ki, guya Ankara Moskvaya NATO-nun hərbi sisteminə giriş əldə etmək imkanı yaradır! Digər bir tərəfdən də, ABŞ-ın daim kürd yaraqlılarını silahlandırması! Düşünmürük ki, dünyanın hansısa bölgəsində nəinki iki yaxın, ümumiyyətlə, iki müttəfiq arasında bu qədər ziddiyyət və yaxud da anlaşılmazlıq olsun.

Vəziyyəti izah etmək üçün ən müxtəlif səbəblər və arqumentlər göstərilir. Məsələn, qeyd olunur ki, D.Tramp Konqresə seçkilər zamanı ABŞ yevangelistlərinin səsini itirmək istəmir. Bəzi mənbələrə görə, Trampın özünün seçkiləri zamanı yevangelistlərin (E.Bronson da bu dini icmaya aiddir) 81 faizi Trampa səs vermişdi. Bu ilin noyabr ayında isə Konqresə seçkilər olacaq - aşağı palata tamamilə yenidən formalaşacaq, 100 senatordan 35-i, eləcə də 39 qubernator təzədən seçiləcək. Ona görə də Bronsonun məsələsi respublikaçılar üçün seçki öncəsi piar məsələsidir.

Amma düşünürük ki, məsələ təkcə seçki ilə və ya mövcud siyasi konyunktura ilə bağlı deyil, burada atlantizm ideyasının böhranı da var, digər məsələlər də. Məsələn, ABŞ-ın öz müttəfiqlərinə, hətta ən yaxın müttəfiqlərinə “etibarı” ayrıca bir söhbətin mövzusu olmağa layiqdir.

Bir neçə, hətta dəfələrlə oxumuşuq ki, ABŞ nəinki Avropadakı müttəfiqlərinin, eləcə də ABŞ-ın “əllinci ştat”ı adlandırılan İsrailin belə baş nazirinin danışıqların dinləyir. Görünür, eyni münasibəti Ankaraya da şamil etmək istəyirlər.

Burada başqa bir məsələ də var və onu digər yazılarda artıq qeyd etmişik. Ağ Ev Türkiyəni zəiflətməkdə və onun regionda oynadığı rolu digər dövlətə - İsrailə həvalə etməkdə maraqlı görünür. Bununla bağlı da müxtəlif fikirlər mövcuddur. Amma bir qədər kobud və hətta yöndəmsiz səslənsə də, məşhur məsəl var: atları döngələrdə dəyişməzlər...

Hüseynbala Səlimov(musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Qazaxıstan hadisələri haqda üç ehtimal, bir nəticə...

Niyə hamının gözünə yalnız media görünür?..

Elə ölkə varmı ki, özümüzü onunla müqayisə edək?

Paşinyan siyasi səhnəni nə vaxt tərk edəcək...

Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..

Ən çox oxunanalar