Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müdafiə Sənayesi Nazirliyində daxili çəkişmələr

Nazir səlahiyyətlərini icra edən Yəhya Musayev rəqiblərini cəzalandırıb

Müdafiə Sənayesi Nazirliyində (MSN) daxili çəkişmələr davam edir. İddia olunur ki, hazırda müdafiə sənayesi nazirinin vəzifələrini icra edən Yəhya Musayev rəqiblərinə qarşı “amansız” davranır və onları sıradan çıxarmağa çalışır.

MSN daxilindəki mənbələrin Reyting.az saytına verdikləri məlumata görə, mərhum nazir Yavər Camalovun 40 mərasimi çıxar-çıxmaz Y. Musayev Nazirlikdəki bütün rəqiblərinə, o cümlədən Y. Camalovun kadrlarına qarşı fəaliyyətə keçib. Nazir olmaq istiqamətində ona maneə sayılan bütün kadrları “vurmağa başlayan” Y. Musayevə yaxın dairələr nazirlikdə “təmizləmə əməliyyatı” həyata keçiriləcəyinə dair fikirlər səsləndirirlər.

Belə ki, Y. Musayev bu çərçivədə müəyyən addımlar atmağa başlayıb. Ötən həftənin əvvəlində Y. Musayev MSN-nin bir sıra müəssisələrinin rəhbərlərinə töhmət və şiddətli töhmətlər verib və xəbərdarlıqlar edib. Y. Musayevin imzaladığı əmrlə töhmət alanlar arasında MSN-in aparıcı istehsal müəssisələrinin rəhbərləri, xüsusilə də fəaliyyətləri ilə fərqlənən “Şərq” İstehsalat Birliyinin direktoru İlqar Nəzərov, “Üfiq” İstehsalat Birliyinin direktoru Çingiz Əliyev, “Optika-Mexanika” İstehsalat Birliyinin direktoru Xəqani İsayev, eləcə də bir sıra zavodların direktorları da var. Adları çəkilən birinci iki şəxs mərhum nazir Y. Camalovun və ailəsinin etibar etdiyi, dəstəklədiyi rəhbər işçilərdən sayılır. Fevral ayında “Optika-Mexanika” İstehsalat Birliyinə direktor təyin edilmiş Xəqani İsayev isə hazırda adı nazir postuna hallanan “Cihaz” İstehsalat Birliyinin direktoru Fəllah Quliyevin kadrıdır. O, bu vəzifəyə F. Quliyevin təqdimatı ilə mərhum nazir Y. Camalov tərəfindən təyin edilib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Əslən Tovuz rayonundan olan Fəllah Quliyev MSN-də nazir postuna ən layiqli namizədlərdən sayılır. Hazırda nazirliyin xaricə ixracatının demək olar ki, hamısı məhz F. Quliyevin çalışmaları sayəsində reallaşır. F. Quliyev özünün kanalları vasitəsi ilə rəhbərlik etdiyi birliklə yanaşı digər istehsalat birliklərinin də məhsullarının ixracını təmin edərək, müəssisələri “ayaqda saxlayır”. Eləcə də Müdafiə Nazirliyi tərəfindən bir çox məsələlərdə F. Quliyevə “yaşıl işıq” yandırılmaqdadır. Yəhya Musayevin kadrları buna görə, F. Quliyevlə münasibətləri birbaşa pisləşdirməkdən qaçırlar.

Reyting.az saytı nazirlikdən məsələyə münasibət öyrənə bilməyib. Y. Musayevin və adıçəkilən digər şəxslərin fikirlərinə yer ayırmağa hazırıq.

Orjinal

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar