Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Konvensiyanın imzalanması beynəlxalq arenada Xəzəryanı ölkələrin mövqelərini möhkəmləndirəcək"

Xəzərin hüquqi statusu üzrə Konvensiyanın imzalanması Xəzəryanı dövlətlərin qarşılıqlı etimad səviyyəsini artırır və birgə layihələrin həyata keçirilməsi üçün stimul verir

Rusiya Dövlət Dumasının saytına istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Komitəsinin üzvü Sergey Jeleznyak Aktauda keçirilmiş V Xəzər sammitinin nəticələrini şərh edərkən bildirib.

“Bəyannamədə göstərilən hərbi-siyasi sahədə qarşılıqlı əməkdaşlığa hazırlıq regionda və beynəlxalq səviyyədə Rusiya, Qazaxıstan, İran, Azərbaycan və Türkmənistanın mövqeyini gücləndirəcək”, – S.Jeleznyak deyib.

Parlamentari həmçinin region ölkələri ilə tərəfdaşlığın daha dinamik olacağına, o cümlədən Xəzəryanı ölkələrin OPEC və digər beynəlxalq təşkilatlar çərçivəsində neft-qaz sahəsində səylərini daha fəal koordinasiya edəcəklərinə, eləcə də dəniz nəqliyyatı və limanların inkişafı sahəsində əməkdaşlığı inkişaf etdirəcəklərinə əminliyini ifadə edib.

Xəzər dənizinin hüquqi statusu haqqında sazişin əldə olunması regionun investisiya cəlbediciliyini artıracaq, iqtisadi aktivliyə yardım edəcək, humanitar sferada, təhsil, mədəniyyət və ölkəmizin regionları arasında əlaqələrin genişləndirilməsi sahəsində əməkdaşlığı təşviq edəcək”, – rusiyalı deputat fikrini yekunlaşdırıb.(report)


pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar