Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Amerika Türkiyəni Ermənistanla səhv salır” – Adil Əliyev

Qara qüvvələr yenə qardaş Türkiyənin başı üstünü kəsdirib”

BakuPost xəbər verir ki, bunu Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev özünün feysbuk səhifəsində yazıb.

Deputat bildirib ki, Türkiyə və ABŞ uzun illər müttəfiq olublar: “Türkiyə Cümhurbaşqanı Rəcəb Təyyub Ərdoğan haqlı olaraq narazılığını bu şəkildə bildirir ki, uzun onilliklər ərzində Türkiyə Amerikanın bir çox xahişini yerinə yetirib. Türkiyə Amerikanın xahişi ilə 1950-ci illərdə hərbçilərini Koreya yarımadasına göndərdi, halbuki bu bölgədəki müharibənin Türkiyəyə az dəxli var idi və nə qədər hərbçisini itirdi. 1960-cı illərdə Amerika ilə SSRİ arasında yaranan dərin Karib böhranında yenə Türkiyə yada düşdü, SSRİ öz raketlərini Kubadan, Amerika isə Türkiyədən geri çəkdi və nəticədə dünya növbəti və dəhşətli müharibə risqindən qurtuldu. Terrorçular 2001-ci ildə Amerikaya hücum etdikdə Türkiyə yenə Amerikaya dəstək verdi və Vaşinqtonun istəyi ilə hərbçilərini NATO çərçivəsində Əfqanıstana göndərdi.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

İndi bu qədər yaxşılığın qarşılığında ABŞ bir rahibə görə keçmiş müttəfiqinə qarşı sanksiyalar tətbiq edir, Türkiyə lirəsini və iqtisadiyyatını çökdürməyə çalışır. Əlbəttə, rahib məsələsi bəhanədir. Türkiyənin müstəqil xarici siyasəti və Avrasiya bölgəsində artan çəkisi Qərbdə bir sıra dairələrin xoşuna gəlmir. Ona görə bəlli qüvvələr Birinci Dünya Savaşı sonrası olduğu kimi Türkiyəni zəiflətməyə və parçalamağa çalışırlar. Ancaq necə ki, bu o illərdə alınmadı, indi də alınmayacaq. Terrorçu Gülən və PKK şəbəkəsi ilə bağlı Türkiyədə ev həbsində olan rahib Endryü Bransonun Amerikaya geri qaytarılmaması sadəcə bəhanədir. Bunu təsdiq edən odur ki, Amerika yenicə Türkiyəyə 8 maddəlik ağır şərtlər siyahısı göndərib. Həmin şərtləri oxuduqda ağlıma bircə cümlə gəldi. Bu şərtlərin yerinə yetirilməsi Türkiyənin müstəqil siyasətindən imtina edib, ancaq Amerikanın dediklərini etməsi demək olar”.

Adil Əliyev Amerikada, Türkiyəni Ermənistanla səhv saldıqlarını vurğulayıb: “Ermənistan başqa dövlətin vassalıdır və ağasına asi olmaq ixtiyarında deyil. Türkiyə bu illərdə möhkəm istisadiyyat qurub və heç bir dövlətdən siyasi və hərbi asılılığı yoxdur. Bəli, son günlər türk lirəsi dəyərdən düşür, ancaq bu, dünyanın sonu deyil. Keçmiş illərdə Türkiyədə inflyasiya da olub, lirənin dəyərini itirdiyi illər də az olmayıb, ancaq qardaş ölkə hər dəfəsində zəhmətkeş insanlarının əməyi və təri ilə bu vəziyyətdən çıxıb. İndi də çıxacaq! Cümhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın “onların dolları varsa, bizim də xalqımız və Allahımız var” sözlərini məsxərəyə qoyanlar var. Bu, yalnız hörmətli Ərdoğanın sözləri və yanaşması deyil. Ağlı başında olan hər vətənpərvər türk anlayır ki, bu gün Amerikanın istəyi qarşısında güzəştə gedilsə, sabah başqa 8-9-10 və sayı artan şərtlər gələcək”.

“Bu arada, Azərbaycanda özünü müxalif adlandıran bir neçə ekspertin “Azərbaycan Türkiyədən sərmayəsini geri çəksin” fikirlərini oxudum. Azərbaycan bu “ekspertlərin” dediyi kimi etsə, Türkiyəyə arxa çevirmiş olar, bu isə nə qardaşlığa, nə də strateji müttəfiqliyə uyğundur! Azərbaycanın Türkiyədən sərmayəsini geri çəkməsi nə siyasi, nə də iqtisadi maraqlarımıza uyğundur. Dövlət Neft Şirkəti Türkiyədəki neft və kimya sənayesinə milyardla dollar yatırım qoyub. Bir neçə aydan sonra Star zavodunun möhtəşəm açılışı olacaq. Bu zavoda Dövlət Neft Şirkəti 6 milyard dollardan çox yatırım qoyub. Görəsən həmin o “ekspertlər” Azərbaycanın həmin zavoddan imtinasını necə təsəvvür edirlər? Star hər iki ölkəyə gələcək illərdə milyardlarla dolar gəlir gətirəcək. “Sərmayəmizi geri çəkək” təklifləri düşmənlərimizin xeyrinədir. Düşmənlərimiz çox arzu edir ki, Türkiyə-Azərbaycan ittifaqı sarsılsın. Sərmayəmizin geri çəkilməsi məhz ittifaqın zəifləməsinə hesablanıb. Bir neçə il əvvəl Azərbaycan manatı da devalvasiyaya uğramışdı. Məgər onda Türkiyə Azərbaycandakı milyardlarla dolar sərmayəsini gerimi çəkdi? Biz də çəkməməliyik. Atalarımız yaxşı deyib, dost və qardaş dar gündə daha yaxşı tanınar! Biz dostumuzu və qardaşımızı darda qoyan xalqlardan deyilik! Türkiyə Allahın və xalqının zəhməti ilə bu çətinliyi də adlayacaq!”- deyə o qeyd edib.

 

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar