Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“ABŞ-ın müdafiə qabiliyyətinin gücləndirilməsi haqqında Con Makkeyn Qanunu”nu…

AВŞ Prezidenti Donald Tramp Nyu-York ştatındakı Fort Dramda 2019-cu maliyyə ili üçün milli müdafiə büdcəsinə dair qanunu imzalayacaq

Azərtac xəbər verir ki, ABŞ Senatında təsdiq edilmiş qanun layihəsi Arizona ştatından respublikaçıları təmsil edən, Vyetnam müharibəsinin keçmiş hərbi əsiri, hazırda Senatın silahlı qüvvələr komitəsinin sədri və beyin xərçəngindən müalicə olunan senator Con Makkeynin adını daşıyır.

Məlum olduğu kimi, hələ seçkiqabağı kampaniyası dövründə D.Tramp C.Makkeyni tənqid edirdi. İyun ayında C.Makkeynin adını daşıyan daha bir qanun layihəsinin – “Veteranların işi üzrə nazirliyin 2018-ci ildə missiyası haqqında Qanun”un imzalanma mərasimində ABŞ Prezidenti senatorun adını çəkməmişdi. Bunun əvəzinə o, Ağ Evdə olan bir neçə konqresmeni tərifləmişdi.

2019-cu maliyyə ili üçün “ABŞ-ın müdafiə qabiliyyətinin gücləndirilməsi haqqında Con Makkeyn Qanunu” müdafiə büdcəsinin 717 milyard dollara qədər artırılmasını nəzərdə tutur. Büdcə layihəsində ABŞ-ın NATO-nun “açıq qapı” siyasətinə sadiq olduğu və ölkənin bu hərbi bloka üzvlüyünün davam edəcəyi göstərilir.


pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar