Bu gün Salyan rayonunun Yenikənd kənd sakini olan qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılarkən dünyasını dəyişib
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, 1982-ci ildə anadan olmuş 3 azyaşlı uşaq anası Gülnarə Əli qızı Məmmədova 3 gün əvvəl yediyi pomidordan zəhərlənibmiş. Lakin ailə həkimə müraciət etməyərək qadının müalicəsini evdə apardığından səhhəti bu gün qəfildən pisləşib və dünyasını dəyişib. Gülnarə Məmmədovanın ölümünün əsl səbəbi məhkəmə tibbi-ekspertizanın rəsmi rəyindən sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.
pia.az