Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Reytinq rekordlu serialların pərdəarxası – aktyorları niyə qovurlar?

Bu günlərdə Türkiyənin sevilən seriallarından olan “Eşkiya Dünyaya Hökmdar Olmaz”da baş rollardan birini ifa edən Dəniz Çakır (Məryəm) serialdan uzaqlaşdırılıb

Buna onun özəl həyatına diqqət etməməsi, sərxoş vəziyyətdə gecə barlarında gəzib dava salması, üstəlik evli bir kişi ilə münasibət yaşaması onun serialdan ayrılmasına səbəb olub. Serialın yapımçıları bunu “serialın imicinə mənfi təsir göstərdiyi” əsası ilə ediblər.

Özünü pis aparan aktrisanı ya “öldürür”, ya da qürbətə göndərirlər

Əslində bu, Türkiyə serial sektorunda baş verən ilk belə ayrılma deyil. Bu günə qədər Azərbaycan tamaşaçılarının da sevərək izlədiyi seriallarda aktyor və aktrisalar müəyyən səbəblərə görə ya özləri serialdan ayrılıblar, ya da serialı hazırlayan prodakşn şirkəti onların heyətdən çıxarılmasını istəyib. Hər iki halda aktyor (aktrisa) ssenariyə əsasən “öldürülüb”, ya da bir daha geri dönməmək üzrə qürbətə göndərilib.

Musavat.com bu nümunələrdən bəzilərini oxucular üçün xatırladır.

Öncə “Qurdlar Vadisi” serialının 2005-2006-cı illərdə fırtına qopardığı dönəmi yada salaq. Həmin vaxt Çakır (Oktay Kaynarca) qəfil formada, ssenariyə əsasən öldürülmüş və heyətdən çıxarılmışdı. Buna səbəb onun ifa etdiyi rolun baş rol Polat Alemdarı üstələməsi, kölgədə qoyması idi. Xatırladaq ki, həmin vaxt Çakırın rol gərəyi “ölümü” də ölkədə ciddi ajiotaj doğurmuş, yas çadırları qurulmuş, ehsanlar verilmişdi.

“Möhtəşəm Yüzil” serialında baş rollardan birini ifa edən Məryəm Üzərlinin “tükənmişlik sindromu” xəstəliyinə tutulduğunu deyərək, serialdan ayrılmaq istəməsi də bu nümunələrdən biridir. Onu da öz istəyinə uyğun olaraq, serialdan çıxarmış, təbii ki, ifa etdiyi obrazı “öldürmüşdülər”.

Keçək digər seriallara. Bir müddət 'Gözəl Kəndli” serialının heyətində yer alan Su Kutlu adlı aktrisa serialdan ayrılmışdı. Buna səbəb serialın çəkilişlərinin aparıldığı Muğlada getdiyi bir barda dava çıxarması idi. Daha sonra serialın rejissoru Su Kutlunun davranışları ucbatından həm getdiyi məkana, həm də serialın markasına zərər verdiyi arqumenti ilə onun heyətdən çıxarıldığını açıqlamışdı.


Rejissor açıqlamasında “Bu, bizə qan itkisi olaraq qayıtsa da, reytinqlərə mənfi təsir etsə də, yüz insanın və buna bağlı olaraq bir kəndin ətrafında bu işdən pul qazanan insanların boğazından keçən halal pulu belə itirmək adına bu riski gözə alaraq mən bu qızı serialdan çıxarıram. Mənimçün Muğlanın rahatlığı bir insanın rahatlığından daha vacibdir”.

Narkotik aludəçisi və ya intizamsızlar da serialdan çıxırlar

Bir müddət çox izlənən 'Sakarya-Fırat' serialında baş rol ifaçısı Ceren Hindistanın çəkiliş qrafikinə uyğunlaşmaması problem yaratdı və nəticədə aktrisa serialdan çıxarıldı. Serialda isə ssenariyə əsasən, onu “öldürdülər”. C.Hindistan isə vəkili vasitəsilə iddiaları təkzib edib və deyib ki, “iş yoldaşları çəkiliş meydançasında olmadığı vaxt gediş-gəliş saatları ilə bağlı qeyd apardığı üçün” öz istəyi ilə serialdan çıxıb.

Serial dünyasında ən çox müzakirəyə səbəb olan “qovulmalardan” birinin qəhrəmanı da izlənmə rekorduna imza atan “Yarpaq Dökümü” serialının baş rol ifaçılarından olan Caner Kurtaran (Şevket) oldu. Dəfələrlə narkotik maddə istifadəsinə görə saxlanılan C.Jurtaran sonunda serialdan çıxarılıb. Buna səbəb olaraq da “çəkiliş saatlarını axsatması, məsuliyyətsiz davranışları” göstərildi.


Ekranların izlənmə redkordu qıran seriallarından olan 'Kavak Yelleri'nin Efesi - Dağhan Külegeçin serialdan çıxması da uzun müddət müzakirə olunub. D. Külegeçin canlandırdığı Efe' xarakteri bir nəqliyyat qəzasında öldü.

İddialara görə, D.Külegeçlə resjissor Jalə İncəqol arasında yaşanan mübahisə bu ayrılığa səbəb olub. Külegeç mübahisə zamanı İncekolun arxasından plastik stul atıb və atmosfer daha da gərginləşib. Daha sonra bu iddiaları rədd edən Külegeç, Efe rolu ilə seriala geri qayıdıb. Amma yenə də bu dönüş uzunömürlü olmayıb. Sağlamlıq problemlərini əsas gətirən aktyor serialdan ayrılıb və onun canlandırdığı xarakter də “ölərək” seriala vida edib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?


Türkiyənin məşhur gözəllərindən olan Hande Subaşı bir müddət izlənmə rekordları qıran 'Elveda Rumeli' serialının heyətində idi. Amma Handenin 'Vahide' rolu çox qısa sürdü və Hande serialdan çıxarıldı. Buna səbəb olaraq serialın rejissoru aktrisanın anasının onun yanından ayrılmamasını, hətta zaman-zaman səhnələrə müdaxilə etməsini də əsas gətirdi.

Amma aktrisa bu iddiaları rədd edərək bildirib ki, serialdan ayrılmasının səbəbi sözləçmə maddələri ilə bağlı ATV kanalı ilə razılığa gələ bilməməsidir.

Aktrisa Selen Seyvenin oynadığı “Ərimin ailəsi” serialından çıxması da qalmaqallı olub. Sosial media hesabından bir gözü göyərmiş şəklini paylaşan S.Seyven aşağıdakıları yazmışdı: “İş əxlaqı belə bir şeydir. Gözün çıxıb əlinə düşsə də, səhnələri çəkməlisən. Səni səndən başqa heç kim bu nankor peşədə düşünməz”. Bundan iki ay sonra yenə sosial media hesabından "Gün aydınlandı, hələ də çalışırıq” qeydini yazdı.

Bu hadisələrin üzərindən çox keçmədən S.Seyven serialdan ayrıldı. Buna səbəb onun iş atmosferi ilə bağlı yazdığı statuslar oldu.

Daim kabab, suşi və pizza istədiyi üçün adamı serialdan qovarlar?

Ekranların sevilən serialı olan 'Adanalı'dan Selin Demiratarın çıxması da ciddi müzakirələrə səbəb olmuşdu. S. Demiratar öz istəyi ilə serialdan çıxacağını açıqlayıb. Amma serialın təsisçiləri vəziyyətin belə olmadığını, S. Demiratarın qəribə istəkləri ucbatından heyətdən çıxarıldığını dedi.


Aktrisa ilə bağlı iddialar aşağıdakı kimi idi: Demiratar, çəkiliş meydançasından daim kapriz etməyə başladı. Səhər-axşam suşi və kabab istəyən, 03.00-də bir pizza şəbəkəsindən pizza tələb edən, çəkiliş məkanlarını bəyənməyən, gözlənilən performansı da göstərməyən Selin Demiratar, heyətin əsəblərini tarıma çəkincə məsələ serialın təsisçisi Ali və İnci Gündoğdulara çatdırılıb. S.Demiratara iki dəfə xəbərdarlıq edən cütlük heç bir nəticə ala bilməyib. Bir gün Demiratara “Gələn həftə səni sertialda öldürürük” deyə xəbər göndərib. Təsisçilərdən üzr istəyən və bənzər hadisələrin bir daha təkrarlanmayacağını deyən Demiratarın istəyi qəbul edilməyib və serialla sağollaşıb.

“Göç Zamanı” adlı serialda rol alan azərbaycanlı aktrisa Nurana Bagiyeva, iki kişi ilə birlikdə kamera qarşısına keçəcəyi sevişmə səhnəsində rol almaq istəmədiyi üçün heyətdən çıxarılıb. Bagiyeva, ssenari əsasında özündən yaşca çox böyük olan iki kişi ilə yatağa girməsinin vacibliyini deyiblər. Aktrisa baş verən olayı belə təsvir edib: "Öncə aktyorlardan biri mənim narahat olduğumu görüncə səhnəni yumşaltdı. Amma nəticə dəyişmədi. Bu səhnədə oynamağı rədd etdim”.

Məşhur “Avropa Yakası” serialının baş rol ifaçısı Ata Demirer (Volkan) da serialda anası İffet rolunun ifaçısı, müğənni-aktrisa Hümeyra ilə çəkiliş meydançasında tez-tez dalaşdığı üçün serialdan uzaqlaşdırılıb. Ssenariyə əsasən, onu əsgərliyə göndəriblər.


Aradan bir neçə il keçəndən sonra A.Demirer yenidən seriala qayıdıb, əvəzində isə Hümeyra serialdan gedib. Buna səbəb bu iki sənətçinin bir-birilə yola getməməsi, tez-tez dalaşıb, iş aurasını korlaması idi.

Sonda... Bizim dünyamızın bir parçasına çevrilən serialların arxa bağçası ekranlardan gördüyümüz qədər əyləncəli deyilmiş. Kaprizlər, dava-dalaşlar, intriqalar... Sonunda isə olan tamaşaçıya olur. Sevdiyi rol ölür, qəzaya düşür, əsgərliyə gedir və sair...

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar