Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan tərəfi 40 dəqiqəyə Ohanyan xəttini darmadağın etdi”  

“Azərbaycanın ikinci dərsi daha ağır olacaq”

Son aylarda Ermənistanda baş verən inqilabi proseslərdən sonra Azərbaycan tərəfin bundan istifadə etməyinin vacibliyi barədə çağırışlar durmadan artır. Bu və ya digər mövzularla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emil Həsənli ilə söhbət etdik.

- Emil bəy, düşmən ölkədə inqilab baş verdi və bundan sonra Azərbaycan tərəfi üçün bir şans yarandığı barədə fikirlər durmadan artır. Eyni zamanda, nə üçün bu şansı dəyərləndirmədiyimiz suallar doğurur...

- Ermənistan çox ağır durumdadır. Bu təcavüzkar ölkəni də bütün mənalarda ağır duruma Azərbaycan salıb. Bunun da səbəbləri var. Ermənistan torpaqlarımızı işğal edib. Köçəryan, Sərkisyan, Ohanyanın əlləri Xocalıda azərbaycanlıların qanına batıb. Ermənistanda belə bir qaniçən, quldur dəstə hakimiyyətə gəldi. Qarabağ mövzusunun üzərindən özlərini qəhrəman kimi göstərərək hakimiyyəti illərlə işğal etdilər. Azərbaycan dövlətinin apardığı uğurlu siyasətlə Ermənistan bütün layihələrdən kənarda qaldı.

- Ermənistanda yenicə iqtidar olan Nikol Paşinyan hakimiyyətinin əvvəlkilərdən müsbət tərəfləri varmı?

- Xeyr, o da əvvəlki hakimiyyətlərin davamıdır. Amma bütün təzyiqlərə baxmayaraq, Azərbaycan təcavüzkar ölkəni nokauta salaraq, bütün layihələrdən kənarda qoymağı bacardı. Bu səbəbdən də Ermənistanda yaranan iqtisadi böhran davam edir. Əhali oranı tərk edir. Pafosla hakimiyyətə gələnlər heç bir müsbət dəyişiklik etmədilər. Nəticədə Ermənistanın nəyi varsa, Rusiyaya satmağa məcbur oldu. Kreml düşmən ölkəni idarə etməyə davam edir. Hazırda Ermənistanda problemlər durmadan artır. Dönüş nöqtəsi isə 2016-ci ilin aprel müharibəsi oldu. Onların bir şüarı var idi ki, Qarabağı almışıq, böyük Ermənistan yaradacağıq. Əhalini də bununla sakitləşdirməyə çalışırdılar ki, hər bir çətinliyə dözün, biz ərazilərimizi böyüdəcəyik. Amma aprel döyüşlərində Azərbaycan tərəfi 40 dəqiqəyə Ohanyan xəttini darmadağın etdi. Erməni tərəfi 500-dən artıq canlı qüvvə itkisi verdi. İki gün içərisində bütün Ermənistan şok yaşadı. Düşmən ölkənin əhalisi gördü ki, əslində onları müdafiə edəcək ordu yox kimidir. Hər şeyin yalan olduğu ortaya çıxdı. Xarici siyasətdə Ermənistanın müqavilə tərəfdaşı olan Belarus və Qazaxıstan KTMT-də ölkəmizi dəstəklədilər. Rusiya da açıq şəkildə onlara dəstək verə bilmədi. Nəticədə Ermənistanda qarışıqlıq başladı. Orada indi baş verən dəyişikliklərin əsasını Azərbaycan tərəfi qoydu. Düşmən ölkədə hakimiyyətdə kimin olmasının önəmi yoxdur; onlar anlamalıdırlar ki, Azərbaycanın torpaqlarını azad etmək, beynəlxalq hüququn tələblərini yerinə yetirmək lazımdır. Əks halda Ermənistanda daxili gərginlik ard-arda gələcək və daha da artacaq. Qonşu ölkələrlə isə problemlər durmadan çoxalacaq. Nəticədə qarışıqlıq hər an olacaq. Belə halda, Ermənistanda əhalini iqtidar tərəfindən yenə də aldatmağa cəhdlər olacaq. Amma bunun artıq faydası olmayacaq. Ordu biləcək ki, qarşıdakı Azərbaycan ordusu daha güclüdür. Artıq orada dilə gətirirlər ki, Azərbaycanın ikinci dərsi daha ağır olacaq. Yaxşı bilirlər ki, erməni ordusu bizim qarşımızda bir gün belə duruş gətirə bilməz. Önümüzdəki zamanda böhran orada daha da dərinləşəcək. Paşinyan artıq Köçəryanı həbs etdirib, Sərkisyanın isə ətrafını həbs etdirir. Bunlar da illərcə hakimiyyətdə olublar, mafiya kimi kök atıblar və müqavimət göstərirlər. Paşinyan isə küçədən gəlmiş bir adamdır və heç bir təcrübəsi yoxdur. O bilməyəcək ki, Qərbə yoxsa Rusiyaya üz tutsun. Erməni diasporası qərbyönlü siyasət istəyir, amma hakimiyyət bunu apara bilmir.

“Ordu dövlətdir, ordu hamımızındır. Hər birimiz silahlı qüvvələrimizin güclü olması üçün çalışmalıyıq, ordumuzla fəxr etməliyik. Ordumuzu iqtidar-müxalifət maraqlarına bölməməliyik. Çünki bu ordu hamımızı qoruyur”

Azərbaycan bütün bunların qarşılığında nə edir?

Ölkəmiz bütün bunların qarşılığında çox doğru bir siyasət aparır. Xəzərin statusu artıq öz həllini tapdı. Qonşu ölkələrimizlə çox normal münasibətlərimiz var. İqtisadiyyatımız durmadan möhkəmlənir. Ordumuzun büdcəsi isə durmadan artır. Bütün bunlar onu deməyə əsas verir ki, işğal olunmuş torpaqlarımız tezliklə geri qaytarılacaq.

Ermənistanda son aylarda baş verən inqilabi proseslərin fonunda Azərbaycanın tutduğu xətt doğrudurmu?

Azərbaycan yaranan bütün şanslardan istifadə edir. İlk növbədə, ölkəmiz Ermənistana yaxın olan bütün ölkələrlə çox yaxın münasibətlər qurub. Düşmən ölkənin mümkün və ardıcıl müttəfiqlərinin sayını minimuma endirmişik.Ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərin sayı durmadan çoxalır; Bakı həm də qarşıduran nəhəng blokların danışıq məntəqəsinə çevrilir. Ermənistanda isə proseslər tərsinə gedir - bu ölkə “izqoy” duruma düşüb, oradan heç bir tranzit xətti keçmir, beynəlxalq əhəmiyyət sıfırdı. Beynəlxalq proseslərin və hətta turizmin mərkəzinə çevrilən Azərbaycanın qarşısında bütün meqa-layihələrdən təcrid olunmuş Ermənistan dayanır... Bu ölkənin özü-özünü bu formaya salıb. Ermənistanla Azərbaycanın dövlət büdcəsi müqayisə olunmazdır. Müttəfiqlər dünyada tez-tez dəyişir. Amma Azərbaycan bütün tərəflərlə münasibətlərini qoruyur. Ölkəmiz müstəqil siyasət aparır və heç kəs deyə bilməz ki, İsrail yaxud İranla münasibətlərini dayandır. Dünyanın bütün dövlətləri bu cür siyasəti arzu edirlər. Ölkəmiz bütün şanslardan istifadə edir. Baş verə biləcək mənfi tendensiyalardan özünü qoruyur. Səhəri gün baş verə biləcək bütün xoşagəlməz hadisələrin qarşısını almağa hazırdır. Dünya yaxşı bilir ki, Azərbaycan tərəfi kiçik bir əməliyyatla torpaqlarını azad etməyə qadirdir.

- Hazırda ordu quruculuğu necə gedir?

Bu gün günün tələblərinə uyğun peşəkar bir ordu var. Avqustun 10-da Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətində prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Fərmanının icrasının nəticələrinə həsr olunmuş xidməti müşavirə keçirdi.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Sevindirici haldır ki, gənclərin həqiqi hərbi xidmətə çağırış prosesi yüksək səviyyədə təşkil edilir. Görülən işlər hərtərəfli təhlil olunur. Aparılan islahatlar nəticəsində günün tələbinə cavab verməyən, öz işində dönüş yaratmayan, ciddi nöqsanlara və qanun pozuntularına yol verən şəxslər vəzifələrindən azad edilərək məsuliyyətə cəlb edilir. Bu gün Mətbuat , QHT , ziyalılar , ehtiyatda olan zabitlər , Qarabağ əlilləri , şəhid ailələri və veteranlar görülən işləri, aparılan islahatları dəstəkləyirlər və keçirilən tədbirlərdə fəal iştirak edirlər. Hətta bir faktı da deyim ki, qardaş Türkiyə bəzi şeyləri bizdən götürüb. Biz elə bir ənənələr formalaşdırmışıq ki, bir çox dünya ölkələri bundan istifadə edirlər. Gənclərimizin orduya hazırlanması da çox önəmlidir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 6 ildir yaranıb və gəncləri orduya hazırlayır. Bu qurumda şəffaflıq hissləri təmin olunub. Təlimlər oldu və bir günün içərisində 10 mindən çox gənc təlimlərə cəlb olundu. Bu Azərbaycan gəncinin ilk növbədə, nə qədər cəsur olduğunun göstəricisidir. Aprel hadisələri zatən gənclərimizin nə qədər döyüşkən ruhda olduğunu göstərdi. Ən ideal qurumlarda belə çatışmazlıqlar var. Çalışmaq lazımdır ki, bu qüsurları aradan qaldıraq. Ordu dövlətdir, ordu hamımızındır. Hər birimiz silahlı qüvvələrimizin güclü olması üçün çalışmalıyıq, ordumuzla fəxr etməliyik. Ordumuzu iqtidar-müxalifət maraqlarına bölməməliyik. Çünki bu ordu hamımızı qoruyur. Düşmən gələndə fərq qoymur. Bizim elə bir düşmənimiz var ki, onun üçün heç bir dəyər yoxdur. Orduda qulluq edənlərə çox həssas yanaşmalıyıq. Mətbuat da bu məsələyə həssas yanaşmalı, verilən yazılara diqqət etməlidir. Son olaraq, onu deyim ki, bu gün çox yüksək səviyyədə vətənpərvərlik ruhu var. Bu çox sevindirici haldır. Gənclərimiz çox sevinə-sevinə orduya gedir. Valideynlərimiz övladlarının andiçmələrinə sevinə-sevinə gedirlər. Çox sevinirlər ki, övladları orduya gedirlər. Bu gün Azərbaycanda elə bir gənclik yetişib ki, onun torpaqları işğalda qalmayacaq. Qələbə bizimdir, alternativ yoxdur. Biz torpaqlarımızı mütləq azad edəcəyik.

Bu qədər üstün olduğumuz şəraitdə sizcə gözləmə mövqeyindəyik yoxsa yaxın gələcəkdə hərəkətə keçəcəyik?

Hər an hərəkətə keçməyimiz baş verə bilər. Bir faktı deyim, kimsə 2016-cı il aprel ayının birində bilmirdi ki, nə baş verəcək. Amma bir gün sonra düşmənə sarsıdıcı zərbələr vurduq. O vaxt beynəlxalq şərtlər imkan vermədi ki, bütün torpaqlarımızı azad edək. Bu gün Çin kimi böyük dövlət problemlərini həll edə bilmir. Azərbaycan dövləti hər şeyi edir. Sadəcə çalışır ki, az itki olsun. Xəzərin statusu barədə heç kim 20 il əvvəl bilmirdi ki, nələr olacaq... Gürcüstan və Ukrayna hadisələri göstərdi ki, vaxtsız qərar vermək olmaz. O dövlətlərin nüfuzuna nə qədər zərbə dəydiyi göz önündədir. 2016-ci ilin hadisələri ölçülü-biçili olmasaydı, görün nələr olacaqdı. Biz bu gün Mübariz İbrahimov, Ramil Səfərov, Raquf Orucov kimi qəhrəmanlardan danışırıq. Silahlı qüvvələrimizdə nə qədər belə qəhrəmanlarımız var. Bütün Ermənistana bərabər olan hərbiçilərimiz var. Ordu hər şeyə hazırdır. İstənilən vaxt torpaqlarımızı azad etmək üçün hazırdır. Ali baş komandanın əmrini gözləyir. Zaman sübut edib ki, İlham Əliyev cənabları nə qədər ölçülü-biçili, müdrik, dövlətimizin maraqlarını necə qoruyan bir siyasətçidir. Onun apardığı siyasət mütləq öz bəhrəsini verəcək.

 

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar