Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azercell"in Barama mərkəzi yeni inkubasiya proqramını elan edib

“Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi öz innovativ ideyalarını biznesə çevirmək istəyənlər üçün xüsusi hazırlanmış növbəti, 3-cü inkubasiya proqramını elan edir

“Barama İnkubasiya Proqramı 2018” Barama mərkəzi və PAŞA Bank tərəfindən həyata keçirilir, innovativ ideyaların startaplara, mövcud startapların uğurlu şirkətlərə çevrilməsinə şərait yaradır.Layihə ölkədə startap mühitinin və rəqəmsal ekosistemin inkişafını hədəfləyərək bu istiqamətdə rezident startaplara 6 ay ərzində ödənişsiz ofis dəstəyi, peşəkar konsultasiya xidmətləri, təlim proqramları, peşəkar biznes şəbəkəsi ilə sıx işgüzar əlaqələr qurmaq imkanı yaradır.

“Barama İnkubasiya Proqramı 2018”də iştirak etmək üçün www.bit.ly/incubation3 linkinə daxil olaraq5 sentyabr tarixinə qədər onlayn qaydadamüraciət formunu doldurmaqla qeydiyyatdan keçmək lazımdır. İnkubasiya proqramına seçim 2 mərhələdən ibarət olacaq. Birinci mərhələdə qeydiyyatdan keçmiş layihələr Barama mərkəzi tərəfindən dəyərləndiriləcək və seçilmiş komandalar ikinci mərhələyə dəvət olunacaq. İkinci mərhələdə isə komandalar öz layihələrini biznes planları ilə birgə əyani şəkildə təqdim edəcəklər. Sonda seçim prosesini uğurla başa vurmuş 5 komanda Barama İnnovasiya və Sahibkarlıq mərkəzində öz layihələrini reallaşdırmaq şansını əldə edəcək. 6 aylıq inkubasiya proqramının sonunda isə ən uğurlu startap 5000 AZN-ə qədər məbləğdə məhsul və ya xidmətin korporativ müştəri olaraq Azercell tərəfindən rəsmi qaydada alınması şansı və növbəti ilin May ayında Niderlandın paytaxtı Amsterdamda keçiriləcək dünyanın texnologiya sahəsində ən nüfuzlukonfranslarından biri olan “The Next Web Conference”-da bütün xərclər qarşılanmaqla iştirak haqqı qazanacaq. Tələblər və qaydalarla www.barama.az saytında ətraflı tanış ola bilərsiniz.

pia.az


Etiket: Barama Azercell

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar