Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Güzəştli mənzil” sisteminin sınaq versiyası istifadəyə verilib

Bu barədə MİDA-nın mətbuat xidmətindən məlumat verib.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) “Güzəştli mənzil” sisteminin istifadəçilərinin mənzil seçimi prosesinin bütün mərhələləri ilə yaxından tanış olmasına, elektron imza sertifikatları və ya texniki avadanlıqlardan istifadə bacarıqlarının formalaşdırılmasına nail olmaq məqsədilə avqustun 4-də satış modulunun sınaq (demo) versiyasını istifadəyə verib.


Bu barədə "Report"a MİDA-nın mətbuat xidmətindən məlumat verib.
“Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən Elektron İmza (www.e-imza.az) və ya "Asan İmza" (www.asanimza.az) ilə öz elektron kabinetlərinə daxil olub, onlara təqdim edilmiş xüsusi keçid vasitəsilə satış modulunun sınaq versiyasından istifadə edə bilərlər.


Sınaq versiyasının təlim məqsədli olmasına baxmayaraq, bütün əməliyyatlar “Elektron hökumət” portalı üzərində real vaxt rejimində aparılır və mənzil seçimi prosesi - satışı 5 sentyabr 2018-ci il tarixində başlanacaq Yasamal Yaşayış Kompleksinin 324 mənzilin seçimi ilə identikdir. Elektron kabinetə sahib olan vətəndaşların 9377 nəfər olduğunu nəzərə alaraq, sistem vasitəsilə aparılan əməliyyatlar hər gün müvafiq saatlarda yenilənərək sıfırlanır və seçim üçün təkrarən aktivləşdirilir.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?


“Güzəştli mənzil” sistemində elektron kabinetə yeni sahib olmuş vətəndaşlar kabinetin yaradılması ilə bağlı qərarın verildiyi tarixin növbəti günündən etibarən satış modulunun sınaq versiyasından istifadə edə bilərlər.
04.08.2018-ci il saat 16.00-dan etibarən 13.08.2018-ci il saat 00.00-dək “Güzəştli mənzil” sistemininin satış modulunun sınaq versiyasından 12 679 dəfə istifadə olunub. Sınaq versiyası vasitəsilə mənzil seçimini həyata keçirən vətəndaşların suallarını cavablandırmaq və istifadə zamanı onların üzləşdiyi texniki çətinliklərə dair müraciətləri ilə bağlı köməklik göstərmək məqsədilə MİDA tərəfindən xüsusi işçi qrup yaradılmışdır. Mənzil seçimi prosesində vətəndaşların Elektron İmza və Asan İmzadan istifadəsi, onlayn imzalayıcı proqramının kompüterlərə yüklənməməsi və digər suallar ilə bağlı 04.08.2018-ci il tarixindən etibarən MIDA-ya və 108 Çağrı Mərkəzinə daxil olan bu müraciətlər işçi qrup tərəfindən emal olunaraq qısa zaman ərzində cavablandırılır və yaranan texniki çətinliklərin aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirilir.


Qeyd edək ki, Satış modulunun sınaq versiyasının istifadəsi və bununla bağlı göstərilən dəstək xidməti 31 avqust 2018-ci il tarixinədək davam edəcək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Akif Çovdarov yenidən hakim qarşısında: 30 milyonluq əmlakın taleyi necə olacaq?

Ən çox oxunanalar