Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərt eniş edən Mi-8 helikopterinin ekipajı həlak olub - Tacikistanda

Şərqi Tacikistan dağlarında 13 alpinisti Fortambek buzlağındakı baza düşərgəsindən çıxararkən sərt eniş edən helikopterin ekipajı həlak olub

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, həlak olanların arasında alpinistlər də var, lakin onların dəqiq sayı məlum deyil.

Tacikistan hökuməti hələlik bu informasiyanı təsdiq etməyib.

Son məlumata əsasən, respublikanın Fövqəladə Vəziyyətlər Komitəsinin mətbuat katibi Umeda Yusufi helikopterin göyərtəsindəki alpinistlərlə əlaqənin bərpa edildiyini, onların dəqiq yerinin müəyyən olunduğunu bildirib. Onun sözlərinə görə, yaxın zamanlarda qəzanın baş verdiyi rayona Müdafiə Nazirliyinin 3 helikopteri göndəriləcək.

Tacikistan Milli Qvardiyasına məxsus Mi-8 helikopteri 4,2 min metr yüksəklikdə yerləşən düşərgədən havaya qalxan zaman sərt eniş edib. Alpinistlər İsmoili Somoni zirvəsinə qalxdıqdan sonra Fortambek buzlağının yamacında yerləşən baza düşərgəsinə qayıdırmış. Onların arasında Rusiya, Belorus və İspaniya vətəndaşları da olub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

NATO Baş katibi: Azərbaycan çox yaxşı təlim keçmiş və təchiz olunmuş hərbi qüvvələrə malikdir

“Qarabağ”ın səkkiz futbolçusu milli komandaların heyətinə çağırılıb

Ən çox oxunanalar