Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

47 dövlət əmlakı özəlləşdirilir

Əmlak Məsələləri Dövlət Komitəsi sentyabrın 11-i növbəti hərrac keçirəcək.

Komitədən verilən məlumata görə, hərraca ümumilikdə 47 dövlət əmlakı çıxarılıb. Onlardan 20-si səhmdar cəmiyyəti, 11-i kiçik dövlət müəssisə və obyekti, 11-i qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir.

Hərraca Bərdə, Oğuz, Salyan, Şəki kimi rayonlarda yerləşən müxtəlif iqtisadi sahələrdə fəaliyyət göstərən səhmdar cəmiyyətləri çıxarılıb. Onlara Lerik Kəndkimya, Kürdəmir Quşçuluq, Şəki Tikinti Quraşdırma kimi dövlət əmlakları aiddir.

Özəlləşməyə çıxarılan kiçik dövlət müəssisə və obyektləri Bakı, Salyan, Astara, Lənkəran kimi şəhər və rayonlarda yerləşir. Dövlət əmlaklarının ümumi faydalı sahəsi 14.8 kv.m ilə 3 min 763 kv.m aralığındadır.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklardan biri də Salyan rayonu, Peyk kəndində yerləşən Yardımçı kənd təsərrüfatıdır. Torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılan bu dövlət əmlakının ümumi faydalı sahəsi 66.7 kv.m-dir.

Qeyri-yaşayış sahələrinə gəldikdə isə onlardan 9-u Bakıda, digər 2-si Gəncə və Mingəçevirdə yerləşir. Bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 18 kv.m ilə 446 kv.m intervalındadır. Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən obyekt kiçik sahibkarlıq fəaliyyəti üçün uğurlu seçim ola bilər. Bu dövlət əmlakının ümumi faydalı sahəsi 35.5 kv.m, təyin olunan ilkin hərrac qiyməti isə 12 min 750 manatdır.

Budəfəki hərraca Mercedes, BMW, Vaz və Fiat markalı nəqliyyat vasitələri də çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 1996-2007-ci illəri əhatə edir.(trend)

pia.az


Etiket: Hərrac

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar