Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qəbələ" "Səbail"i böyük hesabla məğlub edib

Topaz Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib

 Qəbələ şəhər stadionunda eyniadlı komanda "Səbail"i qəbul edib. Oyun meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Hesabı 21-ci dəqiqədə Asif Məmmədov açıb. Daha 2 qol fasilədən sonra vurulub. 63-cü dəqiqədə kapitan Ürfan Abbasov, 81-ci dəqiqədə isə yeni transfer Ceyms Adeniyi fərqlənib.
Bununla da "Qəbələ" Premyer Liqada ilk böyük hesablı qələbənin müəllifi olub. Yay fasiləsində məşqçilər heyəti və bir çox futbolçusunu yeniləyən "Səbail" isə ağır məğlubiyyətlə üzləşib.
Qeyd edək ki, turun açılış oyununda "Neftçi" səfərdə "Sumqayıt"ı yenib - 2:0.


*** 
 Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun növbəti görüşü Qəbələ şəhər stadionunda eyniadlı komanda ilə "Səbail" arasında keçirilir.
"Report"un oyuna ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, qarşılaşmanı çox az sayda azarkeş izləyir. Onların arasında qonaq tərəfdarlar da var.


Matçdan əvvəl komandaların kapitanları Ürfan Abbasovla Rahid Əmirquliyev dövlət himninin sədaları altında Azərbaycan bayrağını qaldırmağa yollanıblar. Bu zaman Əmirquliyev bayrağı ucaltmağı gənc Abbasova həvalə edib. Daha sonra o, himni oxumaması ilə diqqət çəkib. Təcrübəli yarımmüdafiəçi daha əvvəl Azərbaycan millisinin oyunu zamanı da himni oxumadığı üçün tənqidlərlə qarşılaşmışdı.


Komandaları heyətləri: "Qəbələ": 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 4. Elvin Camalov, 11. Asif Məmmədov, 17. Ceyms Adeniyi, 18. İlqar Qurbanov, 21. Atakora Lalavele, 27. Bəhlul Mustafazadə, 33. Təmkin Xəlilzadə, 34. Ürfan Abbasov (K), 88. Sabien Lilay
Ehtiyat oyunçular: 35. Murad Popov, 5. Rasim Ramaldanov, 7. Roman Hüseynov, 8. Qismət Alıyev, 10. Rauf Əliyev, 26. Faiq Hacıyev, 32. Amin Seydiyev, 99. Abbas Ağazadə, 25. Əmrah Zülfüqarlı
Baş məşqçi: Sənan Qurbanov
"Səbail": 1. Emil Balayev, 4. Enrike Mura, 7. Fəhmin Muradbəyli, 11. Ruslan Qurbanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (K), 16. İqor Korotetski, 22. Edqar Paşeko, 28. Kevin Kubemba, 33. Tone Kitanovski, 99. Maudo Jarjue
Ehtiyat oyunçular: 30. Fərhad Vəliyev, 25. Elxan Əhmədov, 27. Emil Martinov, 26. Kamal Qurbanov, 21. Murtuz Abakarov, 17. Elçin Rəhimli, 18. Aqşin Qurbanlı, 5. Vüqar Bəybalayev, 88. Orxan Qurbanlı, 70. Ürfan İsmayılov
Baş məşqçi: Aftandil Hacıyev
Qeyd edək ki, hazırda "Qəbələ" öndədir - 1:0. Yeganə topu 21-ci dəqiqədə Asif Məmmədov vurub.(report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar