Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerika-Türkiyə ticarət savaşı başlandı – Təhlil

Moskva və Tehran Ankaranı bəla içində tək qoymayacağını bəyan edib

Stanislav Tarasov

regnum.ru, 11.08.2018

ABŞ prezidenti Donald Tramp Türkiyə alüminiumuna 20% və poladına 50% rüsum tətbiqini elan edəndən sonra “türk lirəsinin bizim çox güclü dollarımıza qarşı üzüaşağı sürüşəcəyini” bilrirəndə aydın olub: Türkiyənin Vaşinqtonla pərdəarxası, yaxud aşkar uzlaşma ümidləri puça çıxıb. Yada salaq ki, hələ bu yaxınlarda Sinqapurda ABŞ dövlət katibi Mayk Pompeonun Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğluyla görüşü baş tutub. Dövlət Departamenti bundan sonra “ikitərəfli münasibətlərdəki problemləri tənzimləmək cəhdlərinin davam etdirməyə hazır olduğu”nu bildirib, Çavuşoğlu isə bu görüşü “konstruktiv” adlandıraraq “fikir ayrılıqlarının tənzimlənməsi üçün iki tərəfin tədbirlər görmək səylərini” ifadə edib.

CNN Turk telekanalının xəbər verdiyi kimi, sonra türklərin “NATO-nun iki üzvünün – Türkiyə və ABŞ-ın qarşılıqlı münasibətlərində meydana çıxmış” problemələrin müzakirəsinədək “ən geniş səlahiyyətlər verilmiş”rəsmi nümayəndə heyəti Vaşinqtona səfər edib. Bu zaman qoyulan məsələlərin sırası sıradakı kimi müəyyən edilib: İzmirdə Amerika pastoru Əndryu Branson üzərində məhkəmə prosesi, Suriya üzrə fikir ayrılıqları və ticari mübahisə. Ankara Bransonu Birləşmiş Ştatlarda yaşayan ilahiyyatçı, 2016-cı il dövlət çevrilişinə cəhd hazırlığında ittiham edilən Fətullah Gülənə “dəyişmək” istəyərdi. Amerikalılar öz variantlarını təklif ediblər: onlar Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın rəğbət bəslədiyi HƏMAS hərəkatına dəstəkdə şübhəli bilinən Türkiyə vətəndaşı Əbru Özkanın İsraildə azad edilməsinə nail olub və bu yöndə öz missiyalarını yerinə yetirilmiş sayırlar.

Suriya üzrə fikir ayrılıqlarına gəlincə, burada məsələ xeyli qəlizdir. Türkiyənin “Yeni Çağ” nəşrinin xəbər verdiyi kimi, NATO-nun iyulda baş tutan sammitində Ankaraya Türkiyənin terrorçu saydığı Suriya kürdlərinin bölmələrini deyil, Rusiyaİranı özü və alyans üzrə müttəfiqləri üçün “təhlükə” kimi göstərmək təkif olunub. Yəni Türkiyə tərəfini bölgədəki siyasətini radikal şəkildə dəyişməyə məcbur etmək istəyiblər. Ankara nümayəndə heyətinin təmsilçiləri Vaşinqtondakı danışıqların yekunları üzrə “bəzi məsələlər üzrə ilkin uzlaşmaya nail olduqlarını” bildirsələr də, aydın olub ki, bu missiya sınıq çıxıb. Bundan sonra Türkiyə mallarının Amerika bazarına rüsumsuz çıxışının yenidən nəzərdən keçirilməsi imkanı haqda Trampın bəyanatı gəlib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Ankara Amerika məhsullarına cavab rüsumları tətbiq edir, amma türk ekspertlərin hesabladıqları kimi, bu addım ölkə ixracatına 1,7 milyard dollar təsir edəcək. Hətta lirə kəskin şəkildə düşməyə başlayıb. Ərdoğan bununla bağlı bildirib ki, Türkiyəyə qarşı “iqtisadi savaş başlanıb” və qeyd edib ki, “İrandan Rusiyaya, Çinə qədər və bəzi Avropa ölkələrilə iqtisadi əlaqələri daha fəal inkişaf etdirmək” niyyətindədir.

Həmçinin Rusiya prezidenti Vladimir Putinlə telefon söhbəti olub. Bu gedişatda, əlbəttə, yaranmış durum müzakirə olunub.

İndi isə hələlik aralıq xarakter daşıyan əsas nəticələr haqda. Birincisi. Vaşinqton Ankaraya münasibətdə tələblər səviyyəsini kəskin artıraraq onu diplomatik yollarla güzəştli həll imkanından edib. Ərdoğan deyir: “Türkiyəni ölkənin suverenliyinə ziyan vurmaqla güzəştlərə getməyə məcbur edirlərsə, durum dəyişiləcək. Türkiyə geri bir addım da çəkilməyəcək”.

İkincisi. Bəlkə də, amerikalılar 1975-ci il Kipr böhranından sonra NATO üzrə ən önəmli müttəfiqlərdən birinə qarşı sərt sanksiya tədbirləri görüblər və bu, potensialca ölkədə daxili-siyasi durumun gərginləşməsinə səbəb ola bilər.

Üçüncüsü. Türkiyə həm də bundan sonra hara – Qərbə, ya Şərqə getmək, NATO-damı qalmaq və AB-yə inteqrasiya haqda xülyanı saxlamaq – hərəkətlənəcəyi haqda ilk dəfə gerçək seçim qarşısında qalıb. Lakin bölgədə hərbi təhlükəsizliyin təminiylə bağlı qeyri-müəyyən problemlər Ankaranı Vaşinqtondan tam qopmaqdan çəkindirir.

Dördüncüsü. Türkiyənin Yaxın Şərq siyasətində faktiki olaraq qərbli müttəfiqi yoxdur və Rusiyaİranla, habelə Pekinlə alyansa söykənməyə məcburdur. Bütün əlamətlərə əsasən, bu ölkələr arasındakı uzlaşmalar tranzaksiya xarakterinə malik olacaq.

Ekspertlərin dəyərləndirdiyinə görə, sanksiyalar böhranı həm ABŞ və Türkiyə arasındakı qarşılıqlı münasibətlərdə, habelə onların təkcə Yaxın Şərq deyil, həm də Cənubi Qafqaz siyasətində bir neçə önəmli tendensiyanı üzə çıxartmalıdır. Çoxlarının ən mühüm qərar almaq lazım gəldiyi müəyyən böhranlı an yaxınlaşır. Moskva və Tehrandan Ankaranı bəla içində tək buraxmayaxaqları haqda eyhamlar daha çox bəlağətlə səslənir.

Mənbə: strateq.az

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar