Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qadınların beyni kişilərdən daha aktivdir

Alimlər bu günə qədər ən böyük beyin görüntüləmə tədqiqatında doqquz klinikanın 46 mindən çox beynin vahid foton emissiyalı kompüter tomoqrafiyasının (SPECT) təsvirlərini müqayisə ediblər

Bununla elm adamları qadın və kişilərin beyinləri arasında fərqi qiymətləndiriblər.

Tədqiqatçılar 119 könüllü və 27 minə yaxın beyin travması, şizofreniya, bipolyar affektiv pozuntu, duyğu və qavrama pozuntuları və diqqət əskikliyi kimi xəstəliklərdən əziyyət çəkən pasiyentlər üzərində araşdırma aparıblar. Ümumilikdə, 128 beyin bölgəsi təhlil edilib. Araşdırma zamanı qadınların beyninin bir çox hissəsinin, xüsusilə fokus və impuls nəzarətlə bağlı prefrontal qabığının və əhvali-ruhiyyə və narahatlıq hissi ilə əlaqəli beynin limbik və ya emosiya sahələrinin kişilərdən daha aktiv olduğu məlum olub.

Beynin koordinasiya və vizual mərkəzlərinin isə kişilərdə qadınlardan daha fəal olduğu müşahidə edilib. Həmin müxtəlifliklər qadın və kişilərə fərqli təsir edir. Zərif cinsin nümayəndələrində alzeymer xəstəliyi riski, depressiya, narahatlıq hissi yüksək olduğu halda, kişilərdə davranış problemləri, diqqət əskikliyi və hiperaktivlik riski daha çoxdur. (AzərTAc)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar