Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Hər gəlib-gedəni komandaya cəlb etməyimiz mümkün deyil"

"Komandadan daha yaxşı, məzmunlu oyun gözləyirəm"

"Mərkəz müdafiəçisi almaq niyyətimiz var və bu istiqamətdə iş gedir. Lakin hər gəlib-gedəni komandaya cəlb etməyimiz mümkün deyil".

Bunu səfərdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının ilk tur matçından sonra "Neftçi"nin prezidenti Kamran Quliyevin "Report"a müsahibəsi deyib.

Komandanızdan istədiyiniz oyunu görə bildiniz?

- Xeyr, görmədim. Oyun məni qane etmədi. Düzdür, nəticə daha vacib idi. Amma çempionatdakı 28 görüşün hamısından qalib ayrılsaq, belə oynamağa razıyam. Rəqibimiz demək olar ki, hücumçusuz oynayırdı. Ön xətdə gənc forvard yer almışdı.

Sizcə, belə çıxış nə ilə bağlıdır?

- Ola bilsin, ilk görüş olduğundan, "Neftçi" belə təsir bağışladı. Macarıstan "Uypeşt"ini keçə bilmədiyi üçün "Neftçi"yə bir qədər təzyiq var idi. Amma komandadan daha yaxşı, məzmunlu oyun gözləyirəm. Çünki buna müxtəlif mövqelərə aldığımız futbolçuların qabiliyyətləri imkan verir. Biz bunu Macarıstan komandasını Bakıda 3:1 hesabı ilə yendiyimiz oyunda görmüşük.

Roberto Bordinin start heyəti sizi təəccübləndirmədi?

Bu, baş məşqçiyə aid məsələdir. Amma onu deyə bilərəm ki, həm "Sumqayıt"a qarşı əsas heyətdə çıxış edənlər, həm də ehtiyatda qalanlar komandanı gücləndirə biləcək səviyyədədirlər. Ona görə də ilk "11-lik"dəkilərlə sonradan meydana çıxanlar arasında elə də fərq yox idi.

Ruslan Abışovun uzun müddətə sıradan çıxması ilə əlaqədar mərkəz müdafiəçisi axtarışlarınız davam edir?

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

- Bəziləri ilə danışıqlar aparılır. Nə vaxt bütün şərtlər uyğun gəlsə, həmin oyunçunu transfer edəcəyik.

Bütün hallarda belə bir oyunçu alınacaq?

- Mən bunu deyə bilmərəm. Niyyətimiz var və bu istiqamətdə iş gedir. Lakin hər gəlib-gedəni komandaya cəlb etməyimiz mümkün deyil.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar