Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün bürcünüz nələr vəd edir?

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik:

Qoç - Hiperion və Arielin münasibətləri gəlir, təklif, rəğbət izharı, çoxdan gözlənilən məlumat vəd edir.
Bu gün sizdən əlahiddə aktivlik tələb olunmur.

Bir qədər aramla çalışın, çünki bəzi problemlər öz axarı ilə həllini tapacaq. İfrat yorğunluq olmadan mühüm işləri başa vura bilərsiniz.

Sabah sizi ağır və gərgin gün gözləyir.

Yaxın ətrafınızdakı insanlarla münasibətlərinizdə problemlər yaranmayacaq.
Axşam saatlarında rahatlanın, yaxşıca dincəlin.

Buğa - Sinope və Umbrielin münasibətləri sakit gün vəd edir. İşlərinizə diqqətlə yanaşın, problemlərin başdansovdu və tələsik həllinə can atmayın.

İmkan tapılarsa, alış-verişi günün ilk yarısında edin.
Hisslərinizi ayrıd etmək üçün əlverişli vaxtdır. Qəfil görüş, məktub, telefon zəngi ola bilər.
İşinizlə bağlı görüşmək istədiyiniz adamı arayın.

Şəraitin əlverişli olduğunu hiss etsəniz, təşəbbüskar olun. Mühüm məqamlarda ətalətlə davranmayın.

Əkizlər - Haron və Tritonun münasibətləri sakit, rahat gün vəd edir. Adi yaşam sevincləri və səmimi mühit yeni ideyaların yaranmasına, ətrafınızda sizə dost münasibəti bəsləyəcək insanların peyda olması ilə nəticələnə bilər. Yeni təkliflər və ideyalar səslənəcək.

Hadisələrin axarına kobud müdaxilə olmasa, yaranmış ziddiyyatləri ifrat səylər olmadan aradan qaldırmaq, tərəfdaşlarla münasibətləri möhkəmləndirmək olar.

Ətrafınızdakı insanların işinizə müdaxilə səviyyəsini göstərəcək nişanələri gözdən qaçırmayın. Hansısa bir mövzu və ya məsələnin diqqətinizi tam cəlb etməsinə imkan verməyin.

İntellektual məşğuliyyətlərə vaxt ayırın
Heç bir mühüm işi axşama saxlamayın.

Xərçəng - Ay və Merkurinin münasibətləri təcili işlərin hamısını başa vurmağı tələb edir. Yerdə qalan vaxtı evə və ailəyə sərf edin.

Özünüzü yaxşı hiss etmək üçün ətrafınızdakı mühitdə daha çox qayda olmalıdır. Kiçik təmirlə məşğul olmaq, əşyaları yerbəyer etmək olar.

Ağlınıza gələn ideyalar arasında ən dəyərlisini seçərək irəliyə doğru astaca irəliləyin. Can atdığınız məqsədə çatmaq üçün sizə yardım edə biləcək məlumat alacaqsınız.

Mühafizəkar mövqe, inad və işə təfərrüatlı yanaşma planlarda qətiyyətli mövqe tutmaq, etibarlı tərəfdaşlar əldə etməyə imkan verəcək.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Şir - Neptun və Kallistonun münasibətləri məramlarınızı asanlıqla reallaşırmağa imkan yaradacaq. Sadə, sevdiyiniz işlərlə məşğul olun.

İmkan varsa, alış-veriş ilə məşğul olun.

Sonradan praktiki nəticə verəcək ideya və fikirlərə laqeyd yanaşmayın. Uzaqda olan şəxslərdən biri maraqlı informasiya verə bilər.

Ailə ilə birlikdə olun, gəzintiyə çıxın. Nəqliyyatda ehtiyatlı olun.
İstənilən fiziki aktivlik faydalıdır. Əlavə, izafi gərginlikdən qurtulun.

Qız - Makemake və Himaliyanın münasibətləri sakit, hadisələrin ləng inkişaf fonuna malik bir gün vəd edir. İşlərdə təxirəsalma və ləngimələr ola bilər.

Xəbər və məlumatın gözləntisinin vaxtı uzanacaq. Daxili harmoniya hissi bir qədər nəfəs dərmək, daha xoşagələn işlə məşğul olmaq imkanı yaradacaq. Emosiyaları ətrafınızdakı insanlarla bölüşün.

İşdə konkret, praktiki, indi olmasa da, gələcəkdə mənfəət vəd edən məsələ işə məşğul olun.
Xarici görkəminizə fikir verin.
Məqsədinizin reallaşması üçün səylərinizi əsirgəməyin.

Tərəzi - Avropa və İonun münasibətləri xoş anlar vəd etsə də, işinizi dəqiq görün, səlis olun. Etibarlı tərəfdaşlar, yaxud da indi ortaq maraqlarınızın olduğu insanlarla çalışın. İşdə nizam yaradılması faydalı tapıntıya, planların yenilənməsinə səbəb ola bilər.

Yeni işə başlamaq, mühüm məsələni müzakirə etmək, perspektivə olan planı nəzərdən keçirmək üçün yaxşı vaxtdır.

Qarşılıqlı anlaşma üçün müzakirələr şərt deyil. Əsas məsələ sizə önəmli olan insanın qayğısına qalmaqdır.

Əqrəb - Serera və Haumea maraqlı gün vəd edir. Amma işlər uğurlu olsa belə, hadisələrin axarı göründüyü qədər sadə deyil.

Yaxın günlərdəki irəliləyişiniz, maddi durumunuz bu gün görülə biləcək işlərin həcmindən asılıdır.
Diqqəti yayındırmayın, fikrinizi cəmləyin, işlərinizi nəzarətdə saxlayın, yaxın ətrafınızdakı adamlara təzyiq göstərməyin. Ötən səhvləri inadla xatırlatmayın.

Maliyyə məsələlərini tələsmədən, aramla çözün. Bir neçə gün gözləyə biləcək hadisələri tələsdirməyin.
Axşam saatlarında ailə üzvlərinizin nə ilə məşğul olacağına onların özləri qərar verməlidir.

Sakitlik və stabillik hər şeydən üstündür. Bununla belə, problemin təcili həllini tələb edən məsələlərdə astagəllik etməyin.

Oxatan - Saturn və Uranın münasibətləri günü çətinləşdirməyəcək. Təzyiq, təsir yoxdur. Can atdığınız, yaxud da görməli olduğunuz işlə rahatlıqla məşğul ola bilərsiniz.

Cari maraqlar və həyati məqsədləri nəzərə alın. Tələsik, vacib olmayan işlərdə tələsməyin.
Ünsiyyətdə olun, xəbər və planları bölüşün.

Dostlarla təmaslar, yazışmalar informativ baxımdan məhsuldar ola bilər. Söhbət zamanı məcrası sizi maraqlandıran istiqamətə yönəldin. Nə istədiyinizi müəyyənləşdirin, yardım və dəstəyə ehtiyac yaranarsa, çəkinməyin.

Axşam saatları ilə bağlı proqnoz pis deyil.

Oğlaq - Merkuri və Eridanın münasibətləri hisslərlə emosiyaların qaydaya salına biləcəyi yaxşı gün vəd edir.
Sizə yaxın olan insanlara diqqət yetirin, onların qayğısını çəkin.

Həmişəkindən fərqli olaraq daha məntiqli, düşünülmüş şəkildə görəcəyiniz işlərdə uğur əldə edəcəksiniz. Can atdığınız effekti əldə etmək üçün daha bir gərəkli amil səxavətdir.

Sürəkli hərəkət və gərginlik tələb etməyən məşğuliyyəti seçin.
Axşam saatlarında rahat istirahət növünü seçin.
Yaxın günlərdə effektiv çalışmaq üçün güc toplayın.

Dolça - Titan və Oberonun münasibətləri bu gün çox iş planlamağın məsləhət olmadığını göstərir. Uzun-uzadı mübahisələrlə başınızı qatmayın.

Ciddi və cari işlər varsa, diskusssiyalardan yan keçin. Vaxtdan məhsuldar çalışmaq, ünsiyyət, yazışma üçün istifadə edin. Səfər və gəzinti varsa, sabaha qədər təxirə salın. Heç nəyi mürəkkəbləşldirməyin.

Sizin üçün önəmli insanlarla münasibətlərdə yaranan mühüm anlara laqeyd yanaşmamaq şərtilə danışıqlar aparın.

Abstrakt maraqlar və istəklərdən əl çəkərək daha praktik işlərlə məşğul olun.
Ailə üzvlərinizə daha çox diqqət ayırın.

Axşam dostları evə qonaq çağırmaq olar.
Alış-verişdə məntiqli davranın.

Balıqlar - Deymos və Fobosun münasibətləri çox uzaq perspektivdə nəticələrə malik dəyişikliklər vəd edir.

İş yerini dəyişmək, köç, yaxın gələcəyinizi dəyişə biləcək söhbət üçün əlverişli gündür.
Mühüm heç nəyi təxirə salmayın. İmkan varsa, bütün önəmli işləri bu gün görün, vacib tədbirlərə qatılın.

Yorğunluq hiss etsəniz, mütləq dincəlin.
Sevdiyiniz insanlarla münasibətlərdə yaranmış problemləri axşam saatlarında həll etmiək olar. Ünsiyyət sizə həzz verəcək. (milli.az)

pia.az


Etiket: Bürclər

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar