Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa avtomobil sənayesinin liderlərinə nə olub?  

Almaniyanın avtomobil sənayesi çalxalanır

Almaniyada avtomobil həvəskarları öz gözünə inanmır. Dünyanın ən iri avtomobil istehsalçısı “Volkswagen” konserni avqustun əvvəlində elan edib ki, bəzi modellərin satışı üçün sifarişlərin qəbulunu dayandırır.

Azərtac xəbər verir ki, konsern hibrid avtomobillər və qazla işləyən maşınlar üçün 2018-ci ilin sonuna qədər alıcılardan sifarişlər qəbul etməyəcək. Elektromobillər sifariş edilə bilər, amma gözləmə müddəti təqribən 7 aydır.

Bir neçə məşhur avtomobil brendini birləşdirən “Volkswagen” konserni bütövlükdə deyil, ayrı-ayrı törəmə şirkətləri nəzərdən keçirilsə, daha təsirli mənzərə yaranar. “Audi” və “Porshe”də hibrid maşınların böyük əksəriyyətini sifariş etmək mümkün deyil. Belə ki, VW markalı maşınları zəruri texniki yeniliklərlə təchiz etməyə macal tapmırlar. Odur ki, yeni avtomobilləri avtosalonlara və alıcılara göndərmək yerinə uzun müddət dayanacaqlarda saxlayırlar.

Belə dayanacaqlar isə çatışmır. Konsern bütün Almaniya ərazisində, o cümlədən Berlindəki tikintisi başa çatmamış BER aeroportu ərazisində parketmə yerləri icarəyə götürməyə məcbur olub. Şirkət VW markalı maşınların model sırasını da ciddi nəzərdən keçirməli və Almaniya mətbuatının yazdığına görə, bəzi modifikasiyalarla, o cümlədən VW Golf GTI kimi populyar modifikasiyalarla vidalaşmalı olacaq.

Almaniyanın “Daimler” şirkəti də avqustun 7-də elan edib ki, “Mersedes” avtomobillərini bütün sifarişçilərə vaxtında çatdıra bilməyəcək. Bu ilin iyul ayında 167 518 maşının satılmasının şirkətin tarixində ikinci ən yaxşı nəticə olmasına baxmayaraq, satışların ötən ilin iyul ayı ilə müqayisədə təqribən 8 faiz azaldığını göstərib. BVW-nin vəziyyəti bir qədər yaxşıdır. Amma bavariyalılar da konsernin model sırasındakı maşınların bir sıra modifikasiyalarından imtina etməli olublar. Bütün bunlar bütövlükdə Almaniyanın avtomobil bazarının dayanıqlı inkişafı şəraitində baş verib.

Bəs Avropanın avtomobil sənayesinin liderlərinə nə olub? Nə üçün dünya şöhrətli istehsalçılar bütün arzu edənləri öz maşınları ilə təmin edə bilmirlər? Səbəb avtomobillərin ekoloji parametrlərinin laboratoriya sınaqlarının yeni WLTP prosedurandadır. Bu standart Avropa İttifaqında 2018-ci il sentyabrın 1-dən tətbiq olunacaq və ciddi tənqid olunan NEFZ standartını əvəzləyəcək.

WLTP standartı mahiyyət etibarilə yanacaq xərcləri və atmosferə atılan zəhərli qazlarla bağlı avtomobil istehsalçılarının göstərdikləri göstəriciləri real istismar göstəricilərinə yaxınlaşdırır. Almaniyalı mütəxəssislər bildirirlər ki, əvvəlki standart qüvvədə olan dövrdə laboratoriya göstəriciləri ilə real göstəricilər arasında fərq bəzən 40 faizə çatırdı.

Xatırladaq ki, dizel yanacağı ilə işləyən avtomobillərin atmosferə buraxdığı işlənmiş qazlarla bağlı laboratoriya tədqiqatlarının nəticələri ilə manipulyasiyalar 2015-ci ildə Almaniyanın avtomobil sənayesi tarixində çox böyük qalmaqala – “dizelgeyt”ə gətirib çıxarıb. “Volkswagen” konserni bu qalmaqalın mərkəzində olub. Onun menecerləri barəsində hələ də çoxsaylı araşdırmalar aparılır. Ancaq maşınların istismarının real göstəricilərinin az miqyasda ört-basdır edilməsi barədə ittihamlar Almaniyanın digər avtomobil istehsalçılarının ünvanına səslənib.


pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar