Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tibb üçün yumşaq robot hörümçək yaradılıb

Harvard Universitetinin tədqiqatçılar qrupu 1 santimetr ölçüdə mikrometrik xüsusiyyətli yumşaq robotlar ərsəyə gətirməyə imkan verən kompleks proses hazırlayıblar

Yeni texnologiyanın imkanlarının nümayiş etdirilməsi üçün alimlər Avstraliyanın tovuzquşu hörümçəyidən (Maratus volans) ilhamlanaraq robotlaşdırılmış yumşaq hörümçək düzəldiblər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, tədqiqatçılar qrupu tərəfindən birlikdə yumşaq hörümçək materialının əsasını təşkil edən 12 qat elastik silikonun yaradılması üçün "MORPH" (Microfluidic Origami for Reconfigurable Pneumatic/Hydraulic) texnologiyasından istifadə edilib.

Məlumata görə, hər qat lazer mikroemal metodu ilə şablon üzrə kəsildikdən sonra hamısı üçölçülü yumşaq hörümçək strukturunda birləşdirilib. Bu aralıq strukturunun hazır konstruksiyaya çevrilməsi üçün açar qismində hər ayrı qata inteqrasiya edilən içiboş mikromaye kanallar şəbəkəsi çıxış edir. Kanallar şəbəkəsi elə işləyir ki, material bərkiyən zaman boşluqda qeydə alınan həm ayrı-ayrı qatlar, həm də onlarla birləşənlər lokal şəkildə son konfiqurasiyaya bükülürlər. Beləliklə, yumşaq hörümçəyin dəyirmi qarnı və onun ayaqlarının azalan bükülmələri daimi olur.

Mütəxəssislərin sözlərinə görə, "MORPH" tədqiqatçılar qarşısında tibb üçün nəzərdə tutulan yeni yumşaq robot texnikası sahəsi aça bilər. Bu robotların ölçüləri və elastikliyi endoskopiya və mikrocərrahiyyə üçün tapıntı olacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar