Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arzu Nağıyev: “Paşinyan Ermənistanın Saakaşvilisi ola bilməyəcək”

“Onun dövləti idarə edə biləcəyi sual altındadır”

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Ermənistan baş naziri Paşinyanla bağlı dedikləri işğalçı ölkədə birmənalı qarşılanmayıb. Qeyd edək ki, Saakaşvili Paşinyana bəzi məsləhətlərini verib və onun sözləri Ermənistan mətbuatında qalmaqala və geniş müzakirələrə səbəb olub.

M.Saakaşvili “Exo Moskva” radiosunda çıxışı zamanı Putinin Ermənistanı Paşinyana elə-belə verməyəcəyi və payızda ona qarşı mitinqlər təşkil ediləcəyi xəbərdarlığını edib. O, Ermənistan baş nazirinə bunun olmaması üçün ilk olaraq sistemi dəyişdirməli olduğunu bildirib. Saakaşvilinin sözlərinə görə, Paşinyanın əmrləri hələ də hüquq-mühafizə orqanlarının köhnə rəhbərləri tərəfindən icra olunur. Və onların baş nazirə qarşı üsyan etməyəcəyinə heç kim zəmanət verə bilməz.

O, öz bəyanatında Rusiya prezidenti Vladimir Putinin Paşinyandan qurtulmaq haqda planlarından da danışıb.

Eks-prezidentin sözlərinə görə, Putin payızda Paşinyanın qarşısına oliqarxlardan ibarət bir ordu yığacaq və mitinqlər təşkil edəcək. “Mən tamamilə əminəm ki, Rusiya prezidenti yaxın zamanlarda Paşinyanı baş nazir postundan devirməyə hazırlaşır” - Saakaşvili sonda bəyan edib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Modern.az xəbər verir ki, Saakaşvilinin bəyanatları Ermənistan mətbuatını iki cəbhəyə bölüb. Bir cəbhə bu bəyanatlara ciddi yanaşmağı və ehtiyat tədbirləri görməyi məsləhət verir. Digər cəbhə isə Saakaşvilinin bu bəyanatlarını qınayıb və onu Rusiya-Ermənistan münasibətlərinə zərbə vurmaqda ittiham edib. Onlar eks-prezidentin Putinlə keçmiş haqq-hesablarına diqqət çəkirlər və onu iki ölkə arasındakı münasibətləri anlamadığı halda qeyri-obyektiv fikir yürütməkdə günahlandırıblar. Həmçinin bu qrup bildirir ki, Rusiya Ermənistandakı inqilaba qarşı olsaydı, onun elə “beşikdəcə” boğardı.

Görünən budur ki, Ermənistanın yeni hökuməti həbslər həyata keçirsə də, bəzi korrupsioner-cinayətkar ünsürləri cəzalandırsa da, ümumilikdə sistem dəyişikliyinə nail ola bilmir. Bunun bir səbəbi də sistemin arxasında Rusiya amilinin dayanmasıdır.

Politoloq Arzu Nağıyev qəzetimizə dedi ki, Paşinyanın hakimiyyətə gəlməsindən artıq 3 ay ötür və avqustun 17-də bununla bağlı mitinq-hesabat gözlənilir:

“Bu üç ayda Ermənistan vətəndaşı nə əldə etdi? Məlumdur ki, vətəndaşlar onun Sərkisyanı devirdiyinə sevindilər. Lakin söz verdiyi kimi, Ermənistanı Avroasiya İqtisadi Birliyindən çıxarmadı, bazalari ləğv etmədi, sadəcə olaraq, bunlarla bağlı imitasiyalar etdi. Paşinyan hakimiyyətin dəyişilə biləcəyini göstərdi. Ölkə elə bir günə düşmüşdü ki, Sərkisyanla bağlı hər bir proses lənətlənirdi və Paşinyan bundan ancaq təşəkkürlər alırdı. Buna baxmayaraq, ölkədən miqrant axını davam edir, bunun əsasında tək iqtisadi deyil, həm də inamsızlıq durur. Türkiyə ilə münasibətlər gərgin olaraq qalır, xarici diaspora Sərkisyandan aralansa da, Paşinyanla da yaxınlaşmadı. Kilsəyə qarşı olan nifrət daha da artdı. Təbii ki, üç ay az müddətdir, təsəvvür edin ki, parlamentdə çoxluq təşkil edən partiya bu gün müxalifətdədir. Yəni absurd bir vəziyyətdir. Belə bir vəziyyətdə Paşinyanın dövləti idarə edə biləcəyi sual altındadır. Çünki Qarabağ klanı sona qədər məhv edilməyib, Moskva ilə münasibətlər tam aydınlıq gəlməyib.

Ölkədən miqrant axını davam edir, bunun əsasında tək iqtisadi deyil, həm də inamsızlıq durur. Türkiyə ilə münasibətlər gərgin olaraq qalır, xarici diaspora Sərkisyandan aralansa da, Paşinyanla da yaxınlaşmadı. Kilsəyə qarşı olan nifrət daha da artdı.

Müəyyən qədər Rusiya ilə əlaqəsi olan korrupsioner məmurlara qarşı aparılan mübarizə, 102 saylı hərbi baza və sərhədçilərlə bağlı baş verənlər Rusiyaya xoş gəlmədi. Ölkədə amnistiya və ya əfv prosesi başlasa da, effekt vermədi. Müəyyən istefalar oldu. Lakin proses tam şəkildə aparılmadı, Robert Köçəryanın və Xaçaturovun həbsi məsələsi Paşinyana qarşı rəğbət və ya nifrət arasında bölündü. Paşinyan Ter-Petrosyanın tapşırıqlarına əsasən 2008-ci ildə baş verən ölüm hadisələrinə yenidən qayıtdı. Bununla yanaşı, ölkədə Qərbə meyllilik artmaqdadır, Qarabağ məsələsinin həll olunmamasının səbəbi Rusiyada görünür, Paşinyan cidd-cəhdlə Trampla görüşə can atır. Bundan başqa, yaranmış vəziyyətdə İranla da əlaqələr vacibdir. Buna görə də hazırda İrana qarşı ABŞ tərəfindən tətbiq olunan sanksiyalar bu münasibətlərə də mənfi təsir edə, hətta deyərdim ki, Ermənistanın onsuz da çökən iqtisadiyyatını tam şəkildə iflic edə bilər. Bu, ilk növbədə İran - Ermənistan qaz kəməri vasitəsilə alınan qazın kəsilməsi ola bilər. Əgər Ermənistan ABŞ sanksiyalarının əleyhinə olaraq həmin qazı alarsa və əvəzinə müqavilədə olduğu kimi elektrik enerjisi verərsə, bunu ABŞ heç cürə qəbul etməyəcək. Təbii ki, buna görə də Ermənistan bu risklərdən çəkinmək üçün Paşinyanın İran rəhbərliyi ilə görüşməsini təşkil edir. Yəni bütün bunlar göstərir ki, parlament seçkilərinə Paşinyan tək Sərkisyanı devirməklə gedə bilməyəcək, onu ciddi sınaqlar gözləyir”.

Yeri gəlmişkən, N.Paşinyan XİN başçısı Sergey Lavrovun İrəvana xəbərdarlığına, nəhayət, ehtiyatlı reaksiya verib. Lakin onun reaksiyası daha çox qorxunun əlaməti kimi yozula bilər. N.Paşinyan deyib ki, indi Ermənistanda yeni situasiya mövcuddur və biz hamımız buna uyğunlaşmalıyıq, o cümlədən də rusiyalı həmkarlarımız. S.Lavrov İrəvanda həyata keçirilən həbslərə reaksiyasında demişdi: “Ermənistanda baş verənlər ölkənin yeni rəhbərliyinin sələflərinin təqib edilməyəcəyinə dair vədlərinə ziddir”. Rusiyalı diplomat vəziyyətdən narahatlığını da ifadə etmişdi. N.Paşinyan “hər şey qaydasındadır” deməklə canını qurtarmağa çalışıb. Çünki o, Saakaşvilinin dediklərini ciddiyə almamış deyil və Rusiyanı qəzəbləndirməsinin qarşılığında devriləcəyindən çox ehtiyatlanır. Elə avqustun 10-dan etibarən ölkə ərazisində əhali ilə görüşlərə başlaması da bundan xəbər verir. Paşinyan hakimiyyətinin 90 günlüyündə belə çox narahatdır. Parlament seçkilərinə isə hələ 9 ay qalıb...(musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar