Cümə, 26 Aprel 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Sumqayıtda yol qəzası: 3 yaralı

Sumqayıt şəhərində sərnişin avtobusunun zəncirvari qəzası 3 nəfəri xəstəxanalıq edib

Reportun yerli bürosunun verdiyi məlumata görə, hadisə 2-ci məhəllə ərazisində baş verib.

Belə ki, Sumqayıtda sərnişin daşıma ilə məşğul olan 7 nömrəli marşurut, idarəetməni itirərək, KİA və Hundai markalı minik avtomobillərinə dəyərək, zəncirvari qəza törədib. Nəticədə minik avtomobillərində olan şərnişinlər 1980-ci il təvəllüdlü Məmmədov Anar Zahid oğlu, 1993-cü il təvəllüdlü Həsənova Nigar Əmirəhməd qızı və 1993-cü il təvəllüdlü Həsənova Zərifə Cəbrayıl qızı xəsarət alaraq xəstəxanaya çatdırılıblar.

Məlumata görə, hər üç yaralının vəziyyəti qənaətbəxşdir. Faktla bağlı araşdırma aparılır.

pia.az

Şərh yazın.

loading...