Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Samsung Galaxy Note 9” təqdim edildi

Cənubi Koreyanın “Samsung” şirkəti Nyu-Yorkda keçirilən təqdimatda yeni qabaqcıl “Galaxy Note 9” smartfonunu nümayiş etdirib

Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, ekran diaqonalı 6,4 düym təşkil edən yeni model “Galaxy” istehsal xəttində ən güclü - 4 min milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.

Smartfon “microSD” kartlarını dəstəkləyir ki, bu da qurğunun yaddaşını 1 terabaytadək artırmağa imkan verir. Bundan əlavə, yeni “S Pen” stilusu “Bluetooth Low-Energy” (BLE) texnologiya dəstəyi ilə təchiz olunub. İlin sonunadək genişləndirilmiş “S Pen” funksiyaları ilə işləyən əlavələrin sayının artırılacağı gözlənilir.

Qabaqcıl smartfonun əsas kamerasının təsvir ölçüsü 12 meqapiksel, ön kamerasının isə 8,5 meqapiksel təşkil edir. Həmçinin qurğuya foto elementlərinin müəyyənləşdirilməsi üçün süni intellekt texnologiyaları quraşdırılıb.

Smartfon “S Pen” stilusu ilə birlikdə qara, bənövşəyi və mis rənglərində təklif edilir. 128 giqabaytlıq versiyanın pərakəndə satış qiyməti 999.99 dollar, 512 giqabaytlığın isə 1,249.99 dollar təşkil edəcək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar