Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş nazir Novruz Məmmədov Tacikistan Prezidenti ilə görüşüb

Bu gün Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov ölkəmizdə rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonla görüşüb

Azərbaycan ilə Tacikistan arasında ənənəvi dostluq münasibətlərini xatırladan Baş nazir Novruz Məmmədov hazırda əlaqələrimizin yüksək səviyyədə davam etdiyindən məmnunluğunu bildirdi. Tacikistan Prezidentinin ölkəmizə rəsmi səfərinin siyasi-iqtisadi və humanitar əməkdaşlığımızın daha da dərinləşməsi baxımından əhəmiyyətli olacağını vurğulayan Baş nazir qeyd etdi ki, səfər çərçivəsində hər iki ölkənin prezidentləri arasında keçirilən yüksək səviyyəli görüşlər, aparılan danışıqlar və imzalanan sənədlər çoxşaxəli münasibətlərimiz üçün yeni perspektivlər açacaq, qarşılıqlı sərmayə qoyuluşuna şərait yaradacaq.

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, ilk növbədə, Novruz Məmmədovu Baş nazir təyin olunması münasibətilə təbrik etdi və ona fəaliyyətində uğurlar dilədi. Prezident regionun ən inkişaf etmiş ölkələrindən biri olan dost Azərbaycana səfərindən məmnunluq ifadə edərək, bu səfərin çox məhsuldar və səmərəli keçdiyini vurğuladı. Azərbaycan ilə Tacikistan arasında ikitərəfli münasibətlərin bundan sonra da dostluq və tərəfdaşlıq zəminində inkişaf edəcəyinə əminlik bildirən Emoməli Rəhmon iqtisadi-ticari, dağ-mədən sənayesi, kənd təsərrüfatı, nəqliyyat, təhsil, mədəniyyət və digər sahələrdə daim genişlənən qarşılıqlı faydalı əməkdaşlığın xalqlarımızın mənafeyinə uyğun olduğunu diqqətə çatdırdı.

Görüşdə Baş nazir Novruz Məmmədov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ali qonağa ətraflı məlumat verdi. Baş nazir Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə münaqişənin həllinin yubadılmasının bütün regionda sülhə və əmin-amanlığa təhlükə yaratdığını diqqətə çatdırdı.

Səmimi söhbət zamanı Azərbaycan ilə Tacikistan arasında regional əməkdaşlığın qarşılıqlı maraq doğuran sahələr üzrə inkişaf etdirilməsinə, təcrübə mübadiləsinə dair geniş fikir mübadiləsi aparıldı. (report.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar