Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ekspert: “Elektrik sayğaclarına müdaxilə mümkündür”

“Ağıllı sayğac”larla bağlı qısa bir araşdırma aparandan sonra qənaətim budur ki, son aylarda “Azərişıq”ın göndərdiyi bildirişlərdəki məbləğin real enerji sərfiyyatına uyğunluğundan şübhələnmək üçün müəyyən əsaslar var”

Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Facebook” hesabında qeyd edib. Onun sözlərinə görə, şübhələr problemin elektronika, billing, insan amili və ya kənar müdaxilə ilə əlaqəli ola biləcəyini göstərir:

“Yəni mediada müzakirə mövzusuna çevrilən çoxsaylı şikayətlər şübhələnmək üçün əsas verir ki, əslində evlərdəki elektrik avadanlıqları az enerji sərf edib, “ağıllı sayğac” bunu çox göstərib. Daha doğrusu, sayğac texniki səbəbdən və ya məqsədyönlü olaraq da sərfiyyatı düz hesablamayıb. İlk olaraq təəssüf edirəm ki, bu qədər narazılıqlardan sonra indiyədək sahə üzrə heç bir ekspert, ictimai qurum normal bir araşdırma apararaq mediayla bunu paylaşmayıb. Əvvəllər peşəkar jurnalist araşdırmaları da olurdu. Bilmirəm, bəlkə də olub, o da mənə rast gəlməyib. “Azərişıq” isə hələlik problemi riyaziyyat üzərinə gətirməklə izah etməyə üstünlük verir. Şübhələr isə problemin riyaziyyatla deyil, elektronika, billing, insan amili və ya kənar müdaxilə ilə əlaqəli ola biləcəyini deyir. Ümumiyyətlə qısa araşdırmadan görmək olar ki, belə bir problem çox yerlərdə olubmuş. “Ağıllı sayğac” lara qarşı ciddi ittihamlar kifayət qədər olub. Hətta bəzi ölkələrdə geriyə, köhnə sayğaclara keçid təklif olunub. Köhnə sayğaclardan “ağıllı sayğac”-ın əsas fərqi odur ki, onun sadəcə yaddaşı var və ekranda olan məlumatlar gündəlik sərfiyyat hər gün mərkəzi serverə, yəni “Azərişıq”-a ötürülür. Sistem elə qurulub ki “Azərişıq” uzaqdan sayğaca müdaxilə edə və onu dayandıra bilər. Ötürülmə kanalı da elə özlərinin elektrik xətləri və ya mobil şəbəkə üzərindən də ola bilir”.

O.Gündüz problemə səbəb ola biləcək mümkün variantları açıqlayıb:

“Buradan belə qənaətə gəlmək olar ki, sayğacların düz işləməmisi və sərfiyyatın çox yazılması ilə bağlı problem aşağıdakı səbəblərdən yarana bilər :

1. “Ağıllı sayğac ”ların özündə problem var və standarta uyğun deyil, ehtimal ola bilər ki, hansısa səbəbdən iş prinsipi pozulub. Yəni, sərfiyyatı sadəcə düz hesablamır.

2. “Azərişıq”-ın informasiya sisteminə, şəbəkəsinə kənardan qeyri-qanuni müdaxilə olub. Sayğaclardan ötürülən məlumatlar ola bilər ki, başqa alternativ bir billing sistemə yönləndirilib və başqa hesablama aparılıb. (Vaxtilə ölkənin beynəlxalq telefon trafikində belə kənar yönləndirmə ilə milyonlar qazananlar oldu)

3. İnsan amili rol oynayıb. Yəni manual olaraq sayğaclara kənar müdaxilə olunub. Amma problem kütləvi olduğundan özümə də bu inandırıcı gəlmir.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

4. Ola bilər ki, “Azərişıq”-ın real billing sistemində və ya ötürmə kanallarında problem yaşanıb. Güman ki, hansısa səbəbdən məlumatların ötürülməsində kəsinti olub. Və rəsmilər də manual olaraq ortalama hesablaşma aparıblar. Bu ortalama hesablamalar üzrə olan bildirişlərdə də əvvəlkilərlə müqayisədə ciddi fərqlər olub. Mənə daha çox bu variant inandırıcı gəlir.

5. Sosial mediada bəzən səslənir ki, bu, “Azərişıq” tərəfindən məqsədyönlü olaraq, investisya xərclərini qarşılamaq üçün edilib. Dərhal qeyd edim ki, bu hədsiz, çox böyük risk olardı, bu baxımdan inandırıcı deyil. Amma texniki-texnoloji cəhətdən reallaşdırmaq mümkündür.

Bir daha qeyd etmək istərdim ki, yuxarıdakılar mənim versiyalarımdır. Sahə üzrə peşəkarlar, aidiyyatı dövlət qurumları daha dəqiq diaqnoz qoya bilər. Düşünürəm ki “Ağıllı sayğac”ın düz işləməsini Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi müstəqil ekspertləri də cəlb etməklə qısa bir zamanda yoxlaya bilər. “Azərişıq”-ın billing sistemi, ötürmə kanalları və kənar müdaxilələrlə bağlı vəziyyəti isə fikrimcə, Xüsusi Dövlət Mühafizə Xidməti, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və digər aidiyyatı dövlət qurumlarının müstəqil ekspertlərlə birgə audit etməsi daha doğru yanaşma olardı. Məhz bu formada araşdrıma nəticəsində əldə olunan informasiya güvənli hesab oluna bilər”.

Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) SMS sayğaclar şöbəsinin rəisi Araz Məmmədzadə isə bildirdi ki, sayğacın sərfiyyat göstəricisini nə dəyişmək, nə də ki, silmək olur:

“Kiminsə subyektiv fikri sosial şəbəkələrdə yayılır və yoxlanmadan, araşdırılmadan bu fikrə yanaşma olur. Biz sayğaca kənardan müdaxilənin mümkün olmadığını demək yox, əyani, əsaslandırılmış şəkildə göstərmək istəyirik. Bizə bu barədə edilən şikayətlər araşdırıldı və məlum oldu ki, bu, sadəcə olaraq abonentin öz sərfiyyatıdır. Sayğacın sərfiyyat göstəricisini nə dəyişmək, nə də ki, silmək olur. Müdaxilə formasını sayğac istehsalçıları bilirlər və tərəfimizdən bunun üçün onlara müraciət olunmayıb. Ona görə də biz İnformasiya Texnologiyaları Departamentindən nümayəndələr dəvət etmişik ki, vətəndaşların ünvanladığı suallara birlikdə cavab verək”. (strateq.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar