Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiyalı tərəfdarlarımız Ermənistandakı yeni şəraitə uyğunlaşmalıdır” – Paşinyan

“Bu, yeni şəraitdir və hamımız, o cümlədən rusiyalı tərəfdarlarımız vəziyyətə uyğunlaşmalıdır”

Bunu ölkənin baş naziri Nikol Paşinyan Berd rayonunda jurnalistlərin Rusiya xarici işlər naziri Sergey Lavrovun bəyanatı ilə bağlı sualına cavabında deyib.

“Odur ki, bütün işlər qaydasındadır”, – o vurğulayıb.

Qeyd edək ki, 2008-ci il martın 1-də baş vermiş hadisə ilə bağlı başlanılan cinayət işi üzrə Ermənistanın keçmiş prezidenti Robert Koçaryan barəsində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) baş katibinin istintaqa cəlb edilməsinə Rusiyanın xarici işlər naziri Sergey Lavrov münasibət bildirmişdi. O, hadisədən narahat olduqlarını bəyan edərək hazırkı hökuməti siyasi sələflərini təqib etməkdən çəkinməyə çağırmışdı: “Rusiya Yerevanın müttəfiqi olaraq erməni dövlətində sabitliyin olmasında maraqlıdır. Ermənistanın iştirakçısı olduğu MDB məkanındakı təşkilatların normal fəaliyyət göstərməsi baxımından baş verənlər bizi narahat etməyə bilməz. Son günlər biz narahatlığımızı bir neçə dəfə erməni rəhbərliyinə çatdırmışıq. Hesab edirik ki, bütün hallarda vəziyyət konstruktiv istiqamətdə gedəcək”.(Report)

pia.az


Etiket: Paşinyan Rusiya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar