Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“… Allah belə qurbanı istəməz” – İlahiyyatçı 

Bu ay ölkəmizdə və bütün İslam dünyasında əsas iki əlamətdar gündən biri olan Qurban bayramı qeyd ediləcək

Qurban bayramında müsəlmanların öhdəliklərini və bu günlərdə hansı dini göstərişlərə əməl etməli olduqlarını araşdırdıq. Bu məqsədlə ilahiyyatçı Fazil Əhmədliyə müarciət edərək sullarımızı cavablandırmasını xahiş etdik.

– Qurban bayramının mahiyyəti nədir?

– “Qurban” sözünün ərəbcədən tərcüməsi “yaxınlaşmaq” deməkdir. Burada söhbət “yaxınlaşmaq” məsafə baxımından deyil, mənəvi anlamda nəzərdə tutulur. Bir növ insanın xoş əməlləri ilə Allaha yaxınlaşması deməkdir.

– Bütün müsəlmanlar qurban kəsməyə məcburdurlarmı?

– Bu hər kəsi düşündürən bir sualdır. Müsəlmanlar bilməlidirlər ki, qurban kəsmək iki yerə bölünür. Həcc ziyarətində və vətəndə kəsilən qurban. Həcc ziyarətində kəsilən qurban islamda vacib buyrulub. Bu, ziyarətin tərkib hissəsidir. Əgər buna əməl olunmasa, şəriətə görə, həmin ziyarət qəbul edilmir. Amma kənarda kəsilən, yəni bizim öz vətənimizdəki müstəhəb əməldir. Müstəhəb əməl də o deməkdir ki, bu işi görəndə Allah bu əmələ böyük savab yazır. Sözügedən dini ritualı yerinə yetirmədikdə isə insan heç bir öhdəlik daşımır. Qiyamət günündə də soruşulmayacaq ki, “sən niyə qurban kəsməmisən?”. Lakin burada bir istisna da var. Əgər insan nə zamansa əhd etsə, bu bayramda qurban kəsməyi nəzir desə onun bu işi görməyi atrıq vacibdir. Çünki artıq o, Allahla arasında bunu nəzir edib.

– Kimlər qurban kəsə bilər?

-İmkanı çatan, həddi-büluğa çatmış hər kəs qurban kəsə bilər. Bir insanın borcu olduğu halda Allah onun qurban kəsməsini istəməz. Çünki başqasının həmin insanın üstündə haqqı var. İmkansız insanlar olur ki, qurban kəsmək istəyirlər, bunun üçün borca girirlər. Həmin insanlar başa düşməlidir ki, Qurban bayramı elə onun üçündür ki, imkanlılar imkansızlara kömək etsin.

– Bir nəçə nəfər birləşib ortaq qurban kəsə bilərmi?

– Həcc ziyarətində buna icazə yoxdur. Hamı fərdi qaydada öz qurbanını kəsməlidir. Həcc ziyarətin xaricində, yəni vətəndə isə bəli, buna icazə var. Şəriət baxımından bunun heç bir problemi yoxdur.

– Kəsilən qurban əti necə paylanmalıdır?

– Qurban kəsməyə imkanı çatan şəxslər qurbanı 3 bərabər yerə bölməlidir. Özünün, qohumların və yoxsulların arasında paylanmalıdır. Təbii ki, bu müstəhəbdir. İnsan istəsə kəsdiyi qurbanın hamısını kasıblara paylaya bilər.

Qeyd edək ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə və Nazirlər Kabinetinin “2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2017-ci il 6 dekabr tarixli 40 nömrəli qərarına əsasən avqustun 22-si və 23-ü qeyri-iş günüdür.

Bayram həftənin çərşənbə və cümə axşamı günlərinə təsadüf edir.(Minval.İnfo)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar