Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Düzgün ixtisas seçimi uğurlu gələcəyin təminatıdır” layihəsi

“Düzgün ixtisas seçimi uğurlu gələcəyin təminatıdır” layihəsi Zəngilan rayonu 6 nömrəli tam orta məktəbi tərəfindən bu ilin bu ilin iyul ayından etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində həyata keçirilməyə başlayıb

Layihənin məqsədi yeniyetmə və gənclər arasında düzgün ixtisas seçmə və eləcə də, onların gələcəkdə məşğulluq vəziyyətinin yaxşılaşdırması və əmək bazarına çıxışa hazır olması istiqmətində baza biliklərinə yiyələnməsinə nail olmaq üçün effektiv yerli və xarici təcrübələrin tətbiqi edilməsidir.

Sözügedən layihə 7 ay ərzində həyata keçiriləcək və sentyabr-oktyabr aylarında layihə çərçivəsində yuxarı sinif şagirdlərinə dərs deyən müəllimlər üçün seminarlar, valideynlər üçünsə “dəyirmi masa”lar təşkil ediləcək. Orada buraxılış siniflərində tədris alan şagirdlərin düzgün ixtisas seçimində istiqamətləndirmə üçün istifadə edilən uğurlu “alət”lər, ölkəmizdə və xaricdə bu sahədəki praktika müzakirə ediləcək, ekspertlər öz tövsiyələrini verəcəklər. Əsas diskussiya məktəb-valideyn əməkdaşlığı ilə şagirdin uğurlu gələcəyini təmini modelini müzakirə etmək, hər bir yer, icma, məktəb, sinif və hətta şagirdə individual yanaşılmasını müəyyənləşdirməkdən ibarət olacaq.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?


Layihənin sonrakı aylarında şagirdlər üçün təlimlərin təşkil edilməsi nəzərdə tutulub. Təlimlərdə “Peşə seçimində vacib bacarıqlar”, “İxtisas seçinində effektiv təcrübə”, “Müəllimlər və valideynlərlə düzgün münasibətlərin qurulması”, “Komanda işi” və “Liderlik bacarıqları” kimi mövzular ətrafında məlumatlar veriləcək, bu istiqamətdə dinləyicilərin bilik və bacarıqları artırılacaqdır.

Təlimlərdə iştirak etmiş və fəal olanların ibarət qrup formalaşdırılacaq. Həmin qrupun Bakıda yerləşən yerli təşkilatlarına, biznes qurumlarına, tədris mərkəzlərinə və s. səfərləri və həmin qurumlarının iş fəaliyyəti ilə yaxından tanış olmaq imkanı əldə ediləcək. Belə səfərlər nəticəsində təlimə cəlb edilmiş fəal dinləyicilərin praktiki bilikləri artacaq, təlimdə nəzəri olaraq əldə etdikləri biliklərin əyani görmək imkanı qazanacaqlar.

Həyata keçirilmiş fəaliyyətlərin sonunda ictimaiyyəti, valideynləri, müəllimləri, şagirdləri və KİV-ləri layihənin yekunu haqqında məlumatlandırmaq üçün yekun prezentasiya təşkil ediləcəkdir. Burada layihənin məqsəd və vəzifələri, gedişi, fəaliyyət zamanı ortaya çıxan problemlər və onları həlli, uğurlar, nəticələr, eləcə də statistik məlumatlar bölüşəcək, qaldırılan məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Layihə gələn ilin yenvarında yekunlaşacaq.

“Düzgün ixtisas seçimi uğurlu gələcəyin təminatıdır” layihəsinin işçi qrupu

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar