Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramin Musayev: “O, futbol oynamaqdansa, getsin özünə sənət tapsın”  

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev I Divizionun 2018/2019 mövsümünün püşkatma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb

Həmin müsahibəni təqdim edir:

- Hakimlər bu dəfə yay fasiləsi zamanı ölkə xaricində təlim-məşq toplanışı keçmədilər. Bu, onlar üçün problem olmayacaq?

- Əgər hakimlər təlim-məşq toplanışında 5-10 oyun idarə edirlərsə, ölkə xaricinə getməyin nə mənası var? Bu yay ölkə xaricində yoldaşlıq oyunlarının az olmasına görə toplanışa yollanmadılar. Bu, maliyyə məsələsi ilə bağlı deyil.

- Gürcüstanda 4 futbol liqası var. Bəs, bizdə niyə bu qədər yoxdur?

- Bizdə də aşağı yaş qrupları üzrə liqalar var. Onlar kasıb itinin adını "gümüş" qoyan kimi, hər yarışı liqa hesab edirlər. Həvəskarlardan ibarət liqa yarada bilərik, amma mənası yoxdur. AFFA nə vaxta qədər klubları maliyyələşdirməlidir? Kənardan heç bir maliyyə dəstəyi ala bilmirik.

- Limitlə bağlı dəyişiklik bəzi futbolçuları kənarda qoyacaq. Bunu necə qiymətləndirirsiniz?

- Gənc futbolçu Premyer Liqada 1500-2000 manat maaş alır. 25 yaşlı futbolçu divizionda 500 manata oynayacaqsa, onun gələcəyi necə olacaq? O, futbol oynamaqdansa, getsin özünə sənət tapsın.

- Son illər I Divizionda çempion olan komanda Premyer Liqaya vəsiqə qazana bilmir. Bu, neçə il davam edəcək?

- Bu, bizdən asılı deyil. Ümid edək ki, iş adamlarının vəziyyəti yaxşılaşacaq, futbola yatırım edəcəklər.

- Son 2 mövsümdə çıxış edən klublardan 10-u yeni mövsümdə təmsil olunmayacaqlar. Onlardan neçəsi danışılmış oyunlara görə kənarda qalıblar?

  • Hansı klub sənədini gətirməyibsə, onu çempionata buraxmamışıq (gülür). Məndən söz almaq istəyirsiniz, amma ad çəkməyəcəm.(report)
  • pia.az


Etiket: Ramin Musayev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar