Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə və ABŞ heyətləri arasında danışıqlar nəticəsiz qalıb

Vaşinqton keşiş Bransonun şərtsiz azad olunmasını tələb edir

Amerikalı rahib Endryu Bransonun Türkiyədəki həbs ilə bağlı iki ölkə arasında gərginləşən münasibətlərin normallaşması üçün ABŞ-a gedən Türkiyə heyəti müzakirələrin ardından geri dönüb.

Xarici işlər nazirinin müavini Sedat Önerin başçılıq etdiyi heyət öncə ABŞ dövlət katibinin müavini Con Sallivanla görüşüb, daha sonra isə Maliyyə Nazirliyində müzakirələr aparıb.

Xəbərdə danışıqlaırn axşam saatlarına qədər sürdüyü bildirilir. Hətta Türkiyə heyətinin görüşmələrin davam etməsi üçün bir gün daha Vaşinqtonda ləngiməsi gündəmə gəlib. Lakin nədənsə çərşənbə günü axşam Ankaraya yola çıxmaq qərarı alınıb.

Qəzetin yazdığına görə, tərəflər əslində uzlaşmaya çox yaxın olublar. Türkiyə tərəfi razılaşmanın fundamental parametrlərini yazılı bir sənəddə əks olunmasını istəyib. Ankara rahib Branson mövzusunun digər məsələlərlə bilrikdə paket halında çözülməsində israr edib. Lakin Türkiyə heyəti öz tələblərini Vaşinqtonda masa üzərinə qoyduqda ABŞ diplomatları israrla deyiblər: “Öncə Bransonu azad edin, gerisini sonra danışarıq”.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Hizer Nauer dünənki mətbuat konfransında Türkiyə heyətinin ziyarəti ilə bağlı verilən suallara dəqiq cavablar verməkdən boyun qaçırıb. O, keşiş Endryu Bransonun azad olunması tələbini bir daha türk diplomatlarının qarşısında irəli sürdüklərini, görüşün detallarının isə ictimaiyyətə açıqlaya blməyəcəklərini deməklə kifayətlənib.(musavat.com)

pia.az


Etiket: Türkiyə ABŞ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar