Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ATV və ARB günorta pivə reklam edir: Foto/MTRŞ-dan açıqlama

Son bir neçə aydır ki, ATV və ARB telekanallarında günün istənilən saatında spirtli içki reklam olunur

Hər iki telekanalın efirində günün müxtəlif saatlarında pivə reklamı gedir.

“Televiziya və Radio Yayımı Haqqında” Qanunun 35.10-cu maddəsinə görə, istənilən teleradio yayımçısı saat 23:00-dan, 07:00-dək spirtli içki yayımlamaq hüququna malikdir.

Amma ATV və ARB efirlərində günorta saatlarında, axşam saatlarında, yəni 23:00-dan tez olan vaxtlarda “Xırdalan” pivəsinin reklamı gedir.

Bunu gün ərzində hər iki telekanalın kiçik monitorinqini aparmaqla görmək mümkündür.

Qeyd edək ki, qanuna düzəlişə qədər spirtli içkilərin reklamı ümumiyyətlə yolverilməz idi.

2005-ci ildə qanuna düzəliş edilib və istənilən teleradio yayımçısı saat 23:00-dan, 07:00-dək spirtli içki yayımlamaq hüququna malikdir.

Milli Televiziya və Radio Şurasının Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov isə AzEuroNews.com-a bildirib ki, hazırda yayımlanan pivə reklamında onların 5%-dək alkoqollu olduğu qeyd edildiyinə görə qanun pozuntusu deyil:

“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun Alkoqollu içkilərin reklamı ilə bağlı tələblərinə görə:

27.1. Alkoqollu içkilərin reklamında aşağıdakılar qadağandır: 27.1.9. Teleradio proqramlarında (verilişlərində) tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamının saat 7.00-dan 23.00-dək yayımlanması.

Hazırda yayımlanan pivə reklamında isə onların 5%-dək alkoqollu olduğu qeyd edildiyinə görə qanun pozuntusu deyil”.

pia.az


Etiket: Pivə reklamı

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar