Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Final zərbəsi, yaxud danışıqlar masası - Təhlil

“Sepah” generalları İran siyasətçilərinin önünə keçir

ABŞ prezidenti Donald Trampın rəsmi Tehran əleyhinə yeni sanksiyalar tətbiq etməsi 2015-ci ilin nüvə sazişini İran xalqı üçün böyük uğur kimi təsvir edən mötədillər və islahatçıları səhnədən endirmək üçün mühafizəkarlara fürsət yaradıb.

“Rajanews” xəbər saytında ABŞ-ın sanksiyaları “qərbpərəst” siyasətçilərə “final zərbəsi” olaraq səciyyələndirilib. Siyasi spektrin əks tərəfindəki mötədillər və islahatçılar isə Ruhaninin xarici siyasətinin qalib gəlməsi inancına sahibdirlər.

İran KİV-lərinə ötəri baxış belə sanksiyaların ana mövzuya çevrildiyini əyani göstərir. Başlıqlarda üç sözün piramidası yaranır: “sanksiya”, “dollar”, “iqtisadiyyat”.

Hər gün müxtəlif səviyyələrdə fərqli açıqlamalar verilir. Sosial şəbəkələrdə də heç kimin əli “dinc durmur”. Yaranmış vəziyyətin şərhi və qadağalardan yayınma reseptləri paylaşılır.

Rəylər bir ifratdan digərinə doğru dəyişir: Trampla masa arxasına oturmaq və ABŞ-la istənilən formatda danışıqlardan tam imtina.

Tanınmış islahatçı Mustafa Taczadə avqustun 7-də “Twitter”də yazıb: “Tramp, Obama administrasiyası kimi, eyni sanksiyalar tətbiq etdiyini elan edərkən, CNN mütəxəssisləri ABŞ-ın dünyada yalqız qaldığını etiraf ediblər”.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

İran prezidenti Həsən Ruhani dövlət televiziyasının kameraları qarşısında oturub, ictimaiyyəti xatircəm etməyə çalışarkən də, təxminən eyni sözləri demişdi: “İnsanlar əmin ola bilərlər ki, hökumət digər sahələrlə yanaşı, iqtisadiyyatı idarə etmək üçün bütün səylərini cəmləşdirib. Biz dünyada yalqız deyilik, yəni bir neçə ölkə istisna olmaqla, bütün dövlətlər İranı dəstəkləyir və İranı etibarlı millət-dövlət hesab edirlər”.

Mötədil və islahatçı cinah ABŞ-la dialoqa meylli təəssürat bağışlayır, ritorika əksini desə də. Açıq görünən ehtiyatlanma, hətta qorxu var.

Hələ sanksiyaların bərpasından əvvəl ABŞ-İran ritorikası kəskinləşdikdə, Ruhaninin sərt mövqeyindən təsirlənmiş general Qasim Süleymani ona təqdiredici məktub yazaraq bildirmişdi: “Bu, tanıdığımız və görmək istədiyimiz Həsən Ruhanidir”.

İndi, vəziyyətin getdikcə böhranlı hal aldığı məqamda da, daha çox danışan “Sepah” komandanlarıdır. Məsələn, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandiri müavini Hüseyn Səlami “Sepah”ın ABŞ-la danışıqlara müxalif olduğunu bildirib. Səlaminin sözlərinə görə, “düşmən İran xalqının zehinlərində İslam Respublikasının zəifləməsi qəlibi yaratmaq istəyir”.

Bir neçə gün öncə tanınmış siyasətçi Əli Mütəhhəri “Sepah” komandanını xəbərdar etmişdi: “Sərdar, siyasətbazlıq etmə!”

Lakin İnqilab Keşikçiləri səhnədən kənara çəkilməyi ağıllarından belə keçirmir. Keçən həftə Fars körfəzində təlimlər keçirməklə, əslində, İİKK ABŞ-a da, danışıqlar masası arxasında oturmaq istəyində olan siyasətçilərə də ismarışını çatdırıb. ABŞ ordusunun Yaxın Şərq bölməsinin komandanı Cozef Votel də həmin rəyi bölüşür: “Təlimlər Vaşinqtona da mesajdır”.

Siyasi meyllərə görə bölünmüş KİV-lərə də nəzarət gücləndirilib. Həmçinin xarici medianı ittihamlama.

“Sepah”ın mətbuat katibi Ramazan Şərif BBC-ni İran əleyhinə informasiya müharibəsinin komandanı adlandırıb.

Avqustun 7-də “Fars” Xəbər Agentliyi Kirman əyaləti valisinin ölkədən qaçarkən həbs edilməsi və korrupsiya ittihamlaması barədə məlumat yayıb. Amma qısa müddət sonra məlumat saytdan çıxarılıb. İranın tanınmış mədəni fəallarından birinin qaçışına isə Ayətullah Xamnəi rəy bildirib: “Heç bir qələt edə bilməzlər!”

Nəzərlərin ən çox yönəldiyi iqtisadiyyat və milli valyuta fırtına qabağı çalxalanma keçirir. Son bir neçə ayda dəyərinin yarısını itirilməsinə baxmayaraq, İran rialı iyulun 30-dakı 1$=110,500 rekordundan sonra məzənnəsini azca artırıb – 1$=90 min.

Əllamə Təbatəbai Universitetinin iqtisadçı professoru Mehdi Təqəvi “Middle East Eye” internet nəşrinə deyib ki, “gələcəkdə bu lütf yoxdur və biz onu düzgün proqnozlaşdıra bilmərik. Rialın dəyəri isə, əlbəttə, insanların əsas marağıdır”.

Rialın kiçik dəyər artımına baxmayaraq, bir çox iranlı qiymətlərin daha sürətlə artması, işsizlik təhlükəsi ilə bağlı narahat olur və əsas ehtiyacların təminatında qeyri-müəyyənlik olduğunu vurğulayırlar. Ruhani bir məsələdə tam haqlıdır: sanksiyalar, ilk növbədə, yoxsul təbəqə və xəstələrə yönələcək.

Trampın 7 müsəlman ölkəsinə 90 günlük giriş qadağası ilə 5 yaşlı iranlı xəstə qızcığazın hekayəti hələ də yaddaşlarda təzədir. İndi bu hekayət toplusuna yeniləri əlavə oluna bilər.

İranda yaşayan xəstələr cansıxıcı dərman çatışmazlığı səbəbindən sağalmaz xəstəliklərdən ölürlər. Ötən il İranın səhiyyə sektoru üçün fəlakət dövrü olub: 2012-ci ildə Amerika və Avropa istehsalçılarının dərman ixracı, 2011-ci illə müqayisədə, təminən 30 faiz azalıb və eniş davam edir.

Son üç ay ərzində problemi qiymətləndirmək üçün İranda iş təcrübəsi olan müstəqil biznes məsləhətçiləri qrupuna rəhbərlik etmişəm. Tehran və Dubayda idxalçılar, dərman və tibb avadanlıqları istehsalçıları və onların Qərb tərəfdaşları ilə geniş müsahibələrdən aydın olub ki, Birləşmiş Ştatlar və Avropa İttifaqının tətbiq etdiyi sanksiyalar rejimi humanitar ticarətə imkan versə də, əslində, İrana dərman və tibbi avadanlıqların çatdırılmasında maneə yaradır.

İran hökuməti böhranı həll etməkdə qeyri-kafilik, xarici valyuta ehtiyatlarının zəif bölüşdürülməsi və korrupsion praktikaya görə ciddi tənqidə layiq olsa da, əsas təqsirkar – İranla maliyyə əməliyyatlarını tənzimləyən ABŞAvropa sanksiyalarıdır”.

2015-ci ilin nüvə sazişindən əvvəl “The New York Times” üçün qələmə alınmış (1 mart 2013-cü il) bu sətirlərin müəllifi Vudro Vilson Mərkəzinin sabiq əməkdaşı Siyamək Namazidir. Hazırda İranda həbsdə olan və insan hüquqlarının pozulması hallarından söhbət düşərkən, ABŞ administrasiyasının əsas gətirdiyi dəlillər və tələblərdən birinin səbəbkarı.

Yada salım, 2017-ci ilin dekabr-2018-ci ilin yanvar etiraz aksiyaları barədə konspiroloji hesabatlarda məhz Siyamək Namazinin adı keçir və nüfuzlu Namazi ailəsinin nümayişləri maliyyələşdirməsi (iddiaya görə, 50 milyon dollar) qeyd olunurdu.

İndi İrandan kənarda yaşayan vətənsevər mühacirlər “Twitter”-də “köhnə yaralar”ın qaysağını qoparır. Donald Tramp administrasiyasına sanksiyaların doğuracağı nəticələri etibar etdikləri ən mötəbər mənbə ilə göstərirlər.

Əziz Rzazadə. Strateq.az

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Ən çox oxunanalar