Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Sepah" generalları İran siyasətçilərinin önünə keçir

Əziz Rzazadə

“Strateq”

ABŞ prezidenti Donald Trampın rəsmi Tehran əleyhinə yeni sanksiyalar tətbiq etməsi 2015-ci ilin nüvə sazişini İran xalqı üçün böyük bir uğur kimi təsvir edən mötədillər və islahatçıları səhnədən endirmək üçün mühafizəkarlara fürsət yaradıb.

“Rajanews” xəbər saytında ABŞ-ın sanksiyaları “qərbpərəst” siyasətçilərə “final zərbəsi” olaraq səciyyələndirilib. Siyasi spektrin əks tərəfindəki mötədillər və islahatçılar isə Ruhaninin xarici siyasətinin qalib gəlməsi inancına sahibdirlər.

İran KİV-lərinə ötəri baxış belə sanksiyaların ana mövzuya çevrildiyini əyani göstərir. Hər gün müxtəlif səviyyələrdə fərqli açıqlamalar verilir. Sosial şəbəkələrdə də heç kim “dinc durmur”. Yaranmış vəziyyətin şərhi və qadağalardan yayınma reseptləri göz deşir. Rəylər bir ifratdan digərinə doğru dəyişir: Trampla masa arxasına oturmaq və ABŞ-la istənilən formatda danışıqlardan tam imtina.

Tanınmış islahatçı Mustafa Taczadə avqustun 7-də “Twitter”də yazıb: “Tramp, Obama administrasiyası kimi, eyni sanksiyalar tətbiq etdiyini elan edərkən, CNN mütəxəssisləri ABŞ-ın dünyada yalqız qaldığını etiraf ediblər”.

İran prezidenti Həsən Ruhani dövlət televiziyasının kameraları qarşısında oturub, ictimaiyyəti xatircəm etməyə çalışarkən də təxminən eyni sözləri demişdi: “İnsanlar əmin ola bilərlər ki, hökumət digər sahələrlə yanaşı, iqtisadiyyatı idarə etmək üçün bütün səylərini cəmləşdirib. Biz dünyada yalqız deyilik, yəni bir neçə ölkəsi istisna olmaqla, bütün ölkələr İranı dəstəkləyir və İranı etibarlı dövlət hesab edirlər”.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Mötədil və islahatçı cinah ABŞ-la dialoqa meylli təəssürat bağışlayır, ritorika əksini desə də. Açıq görünən ehtiyatlanma, hətta qorxu var.

Hələ sanksiyaların bərpasından əvvəl ABŞ-İran dialoqu kəskinləşdikdə, Ruhaninin sərt mövqeyindən təsirlənmiş general Qasim Süleymani ona təqdiredici məktub yazaraq bildirmişdi: “Bu, tanıdığımız və görmək istədiyimiz Həsən Ruhanidir”.

İndi, vəziyyətin getdikcə böhranlı hal aldığı məqamda da, daha çox danışan “Süpah” komandanlarıdır. Məsələn, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandiri müavini Hüseyn Səlami “Sepah”ın ABŞ ilə danışıqlara müxalif olduğunu bildirib. Səlaminin sözlərinə görə, “düşmən İran xalqının zehinlərində İslam Respublikasının zəifləməsi qəlibi yaratmaq istəyir”.

Bir neçə gün öncə tanınmış siyasətçi Əli Mütəhhəri “Sepah” komandanını xəbərdar etmişdi: “Sərdar, siyasətbazlıq etmə!” Lakin İnqilab Keşikçiləri səhnədən kənara çəkilməyi ağıllarından belə keçirmir. Keçən həftə Fars körfəzində təlimlər keçirməklə, əslində, İİKK ABŞ-a da, danışıqlar masası arxasında oturmaq istəyində olan siyasətçilərə də ismarışını çatdırıb. ABŞ ordusunun Yaxın Şərq bölməsinin komandanı Cozef Votel də bu rəyi bölüşür.

Siyasi meyllərə görə bölünmüş KİV-lərə də nəzarət gücləndirilib. Avqustun 7-də “Fars” Xəbər Agentliyi Kirman əyaləti valisinin ölkədən qaçarkən həbs edilməsi və korrupsiya ittihamlaması barədə məlumat yayıb. Amma qısa müddət sonra məlumat saytdan çıxarılıb. İranın tanınmış mədəni fəallarından birinin qaçışına isə Ayətullah Xamnəi rəy bildirib: “Heç bir qələt edə bilməzlər”.

Nəzərlərin ən çox yönəldiyi iqtisadiyyat və milli valyuta fırtına qabağı çalxalanma keçirir. Avqustun 7-də son bir neçə ay ərzində dəyərinin yarısını itirilməsinə baxmayaraq, İran rialı iyulun 30-da 1 $=110,500 rekordundan sonra 90 minə satılıb. Əllamə Təbatəbai Universitetinin iqtisadçı professoru Mehdi Təqəvi “Middle East Eye” internet nəşrinə deyib ki, “gələcəkdə bu lütf yoxdur və biz onu düzgün proqnozlaşdıra bilmərik. Rialın dəyəri isə, əlbəttə, insanların əsas marağıdır”.

Rialın kiçik dəyər artımına baxmayaraq, bir çox iranlı qiymətlərin daha sürətlə artması, işsizlik təhlükəsi ilə bağlı narahat olur və əsas ehtiyacların təminatına görə qeyri-müəyyənlik olduğunu vurğulayırlar. Ruhani bir məsələdə tam haqlıdır: sanksiyalar, ilk növbədə, yoxsul təbəqə və xəstələrə yönələcək.

Trampın 7 müsəlman ölkəsinə 90 günlük giriş qadağası ilə 5 yaşlı iranlı qızcığazın hekayəti hələ də yaddaşlarda təzədir. İndi bu hekayət toplusuna yeniləri əlavə oluna bilər.

İranda yaşayan xəstələr cansıxıcı dərman çatışmazlığı səbəbindən sağalmaz xəstəliklərdən ölürlər. Ötən il İranın səhiyyə sektoru üçün fəlakət dövrü olub: 2012-ci ildə Amerika və Avropa istehsalçılarının dərman ixracı 2011-ci illə müqayisədə təminən 30 faiz azalıb və eniş davam edir.

Son üç ay ərzində problemi qiymətləndirmək üçün İranda iş təcrübəsi olan müstəqil biznes məsləhətçiləri qrupuna rəhbərlik etmişəm. Tehran və Dubayda idxalçılar, dərman və tibb avadanlıqları istehsalçıları və onların Qərb tərəfdaşları ilə geniş müsahibələrlə aydın oldu ki, Birləşmiş Ştatlar və Avropa İttifaqının tətbiq etdiyi sanksiyalar rejiminin humanitar ticarətə imkan versə də, əslində, İrana dərman və tibbi avadanlıqların çatdırılmasına maneə yaradır.

İran hökuməti böhranı həll etməkdə qeyri-kafilik, xarici valyuta ehtiyatlarının zəif bölüşdürülməsi və korrupsion praktikaya görə ciddi tənqidə layiq olsa da, əsas təqsirkar İran ilə maliyyə əməliyyatlarını tənzimləyən ABŞAvropa sanksiyalarıdır”.

2015-ci ildən əvvəl “The New York Times” üçün qələmə alınmış (1 mart 2013-cü il) bu sətirlərin müəllifi Vudro Vilson Mərkəzinin sabiq əməkdaşı Siyamək Namazidir. Hazırda İranda həbsdə olan və insan hüquqlarının pozulması hallarından söhbət düşərkən, ABŞ administrasiyasının əsas gətirdiyi dəlillər və tələblərdən birinin səbəbkarı.

Yada salım, 2017-ci ilin dekabr-2018-ci ilin yanvar etiraz aksiyaları barədə konspiroloji hesabatlarda məhz Siyamək Namazinin adı keçir və nümayişləri maliyyələşdirməsi qeyd olunurdu.

İndi İrandan kənarda yaşayan mühacirlər “Twitter”-də “köhnə yaralar”ın qaysağını qoparır. Donald Tramp administrasiyasına sanksiyaların doğuracağı nəticələri ən etibarlı mənbə ilə göstərirlər.

Tərcümə: Strateq.az

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar