Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub
Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, müsabiqənin nəticələri bu gün saat 17:10-dan etibarən internet səhifəsində yerləşdirilib.
Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
pia.az