Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Malayziya məhkəməsi sabiq Baş naziri ittiham edir

Malayziya məhkəməsi avqustun 8-də ölkənin sabiq Baş naziri Nacib Razaka qarşı çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi haqqında qanunun tələblərinin pozulması, həmçinin qeyri-qanuni yolla mənfəət əldə edilməsi ittihamlarını irəli sürüb

Bu barədə “The Star” qəzeti məlumat yayıb.

“The Straits Times” qəzeti isə bildirir ki, həmin ittihamların öz təsdiqini tapacağı halda N.Razakı 45 il həbs cəzası gözləyir. Bununla yanaşı, sabiq Baş nazir vurulmuş zərərin beş qatı miqdarında cərimə oluna bilər.

Bildirilir ki, ittiham tərəfi “SRC International” fondundan 42 milyon rinqit (təqribən 10,2 milyon dollar) vəsaitin mənimsənildiyini elan edib. Həmin vəsait N.Razakın şəxsi hesablarına köçürülüb. Bununla bağlı N.Razak heç bir bəyanat verməyib. Eyni zamanda, məhkəmə dövlət ittihamçısının işini Ali Məhkəməyə verilməsi barədə xahişini qəbul edib.

Bu, son vaxtlar N.Razakın ikinci dəfə məhkəməyə çağırılması halıdır. İyulun əvvəllərində hüquq-mühafizə orqanları onu hakimiyyətdən sui-istifadəyə görə saxlamışdılar. Lakin məhkəmə müdafiə tərəfinin xahişini nəzərə alaraq, 250 min dollar girov müqabilində sabiq Baş naziri azadlığa buraxmışdı. (azərtac)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar