Cümə axşamı, 21 Fevral 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Politoloq: "Rusiya İrəvanı cəzalandıra bilər"

RF Xİ nazirinin müavini Qriqori Karasin 2008-ci il avqust Gürcüstan olaylarına münasibət bildirərkən diqqət çəkən fikir də bildirdi: Dünyanın digər paytaxtları da nəticə çıxarmalıdır ki, təcavüzə qarşı cəza qarşısı alınmazdır

2008-ci il və sonralar çox ciddi mübahisə gedirdi və erməni tərəfi Azərbaycanı qorxutmağa çalışırdı.

2008-ci ilin avqust hadisələrindən sonra baş verən proseslər dünya dövlətləri içərisində hansı paytaxtın təcavüzkar olduğunu da aydınaşdırdı. 2009-cu il həmsədr ölkə prezidentləri tərəfindən qəbul olunmuş Yenilənmiş Madrid Prinsipləri qəbul edildikdən sonra ATƏT MQ bir neçə dəfə Ermənistanı işğalçı dövlət adlandırdı. Bu həm rəsmi bəyanatlarda var, həm ATƏT-in Minsk Qrupu həmsədrlərinin, xüsusilə amerikalı həmsədr Ceyms Uorlikin verdiyi bəyanatlarda da özünü göstərir. Beləliklə, təcavüzkar paytaxt bəllidir və bu İrəvandır.

Rusiya aydın şəkildə bildirdi ki, təcavüzünü davam etdirəcəyi təqdirdə İrəvan cəzalana bilər.

Ermənistan-Rusiya münasibətlərinin indiki vəziyyətində Rusiyanın köhnə mövzunu yada salmasını da təsadüfi hesab etmirik.

Ermənistan normal münasibətlər sisteminə qarşı qayıdarsa, beynəlxalq hüquqa riayət edərsə bu ilk növbədə onun özü üçün faydalıdır. (aznews.az)

Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq

pia.az

Şərh yazın.

loading...