Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında rüşvət "fırtınası"

Bu ünvanda da rüşvət tüğyan edirmiş...

Azərbaycanda korrupsiyada adı ən çox hallanan ali təhsil ocaqlarından biri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasıdır. Akademiyanın adını internetdə axtarışa verib yazılan məqalələrə baxmaq kifayət edir. Azerinfo.tv bildirir ki,rektor dəyişikliyi də vəziyyəti yaxşılığa doğru dəyişmədi. Əksinə vəziyyət pisləşdi.

Yeyinti

Azərbaycan Hesablama Palatasının kollegiyası 2016-2017-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası üzrə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrasına dair həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib.


Auditlə əhatə edilən dövrdə akademiyada bəzi hallarda zərurət olmadığı halda eyni funksiyaları yerinə yetirən inzibati vəzifələr üzrə paralel ştatlar, xidmət sahəsi olmayan, eləcə də tədris yükü olmayan və fəaliyyət göstərməyən kafedralar üzrə ştat vahidləri saxlanılıb, bəzi hallarda mühazirə saatları düzgün olmayaraq elmi dərəcəsi olmayan müəllimlər tərəfindən tədris edilib.

Maliyyə hesabatları tərtib edilərkən “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimat”ın bəzi tələbləri gözlənilməyərək maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri maliyyə hesabatlarında düzgün əks etdirilməyib.Bəzi hallarda artıq əmək haqqı, mükafat, məzuniyyət və ezamiyyə xərci ödənilib, mülki hüquqi müqavilələrə əsasən ödənilmiş vəsaitdən sosial sığorta haqqı az tutulub, tələbələrin götürdüyü kreditlərə görə alt qruplarda təkrar dinləmənin nəticələri nəzərə alınmadan təqaüd müəyyən edilib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Qeyd edək ki, Akademiyanın daxilolmaları 2016-cı ildə 98,4%, 2017-ci ildə 99,6%, xərclər smetası üzrə isə kassa xərci müvafiq olaraq 99,7% və 98,8% icra edilib. Auditlə ümumilikdə 11699,9 min manat, o cümlədən 2016-cı ildə 5829,7 min manat və 2017-ci ildə 5870,2 min manat məbləğində vəsait əhatə olunub.

Hesablama Palatasının Kollegiyası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən yol verilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırmaqla nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Gənclər və İdman Nazirliyinə və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına göndərilib.

Auditin nəticələri barədə Milli Məclisə məlumat təqdim edilib.

“Qabiliyət”ə görə rüşvət

Məlum olduğu kimi, ali təhsil və orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar sırasına xüsusi qabiliyyət tələb edən ixtisaslar da daxildir. Bu il ali təhsil müəssisələrinin Təsviri sənət, Musiqi sənəti, Teatr, kino, xoreoqrafiya sənətləri, Bədən tərbiyəsi və idman istiqamətli xüsusi qabiliyyət tələb edən ixtisasları V ixtisas qrupuna daxildir.

Məlumata görə, bu gün İdman Akademiyasında rüşvət gücünə həll oluna bilməyəcək heç bir məsələ yoxdur. Xüsusilə bu yaxınlarda İdman Akademiyasında keçirilmiş qəbul imtahanları ilə bağlı çoxsaylı narazılıqlar yaranıb.Qaydalara əsasən, V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün tam orta (11-illik) təhsil səviyyəsini əvvəlki illərdə bitirən abituriyentlər qəbul imtahanı verirlər və müsabiqədə bu imtahandan əldə etdikləri nəticələrinə əsasən iştirak edirlər.
Yəni burada bilik meyarı əsas rol oynamır,əsas qabiliyyət imtahanıdır. Tələbənin idmançı olması və s. Daha çox rol oynayır. Bu isə korrupsiyanın çiçəklənməsinə yol açır.

Məlumatlarda bildirilir ki, müəyyən edilmiş məbləğləri ödəmiş tələbələr hətta turnikdə bircə dəfə olsun belə çəkinmək qabiliyyətində olmasalar belə, "qabiliyyət” imtahanlarını müvəffəiyyətlə verə biliblər.

Bu rektorun və müəllimlərin işinə ikiqat yarayır. Axı bu gün adicə turnikdə çəkinə bilməyən tələbə qəbul edildildən sonra sınaq imtahanlarında yenə çətinliklə üzləşir. Yəni imtahan vaxtı 5 imtahandan 4-2 idmanla bağlı olur deyə təhsilini davam etdirmək üçün yenidən rüşvət verməyə məcbur olur.

Akademiyada təhsil alan tələbələr də təsdiq edirlər ki, onların əksəriyyəti əvvəlcədən müəllimə pul verir, sonra isə yazılı formada keçirilən imtahanlarda sadəcə vərəqi qaralamaqla məşğul olaurlar. İnsaf naminə tələbələr bunu da qeyd edirlər ki, burada "qiymətlər” digər universitetlərlə müqayisədə müəyyən qədər aşağıdır.

Məsələn bir semestrdə dörd imtahana görə 150 manat ödəmək kifayət edir. Mənbələr bildirir ki, akademiyada imtahanlar test üsulu ilə aparılmır. Bu da tələbənin imtahandan rüşvətlə keçməsinə imkan yaradır. Akademiyaya qəbul olmaq üçün 7-10 min manat, əgər tanışın varsa, daha az məbləğ verib qabiliyyət imtahanından keçə bilirsən. Tələbələrin sözlərinə görə, TQDK-nın test imtahanlarından keçmək mümkün olsa da, qabiliyyət imtahanında bu mümkün olmur".

Qarşı tərəfin mövqetini dərc etməyə hazırıq...

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar