Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saakaşvili: 2008-ci ildə Rusiya heç nə qazanmadı - Video

Rusiya 2008-ci ildə böyük insan itkiləri bahasına onlarla gürcü kəndini ələ keçirməkdən başqa heç nə qazanmayıb

Bu fikirləri “Novoy qazeta”ya müsahibəsində Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib.

10 il əvvəl beşgünlük müharibədə kimin qələbə qazandığı ilə bağlı sualı cavablandırarkən Saakaşvili deyib:

“Bütün bunlar inkişaf edən vəziyyətdir. Ancaq Rusiya 2008-ci ildə böyük insan itkiləri bahasına onlarla gürcü kəndini ələ keçirməkdən başqa heç nə qazanmayıb. O zaman Moskva mənim hakimiyyətimin və kursun dəyişdirilməsinə nail ola bilmədi. Onlar bu məqsədlərinə 2012-ci ildə çatdılar”.

Gürcüstanlı siyasətçinin sözlərinə görə, “rusiyalı oliqarx İvanaşvilinin köməyilə o, Tbilisidə gündəmi dəyişdi” və “bu, Putinin həmin müharibədəki ilk qələbəsi idi”.

“Ancaq 2012-ci ildə o, uğurlarını davam etdirə bilmədi və Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin dünya arenasında tanınmasına çalışdı. Gürcüstan avroatlantik inteqrasiyaya doğru yavaş-yavaş irəliləməkdə davam edir. Düşünürəm ki, Putin Gürcüstanla bağlı məqsədlərinin 2/3-nə çata bilməyib”, - Saakaşvili qeyd edib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Həmin hadisələrə görə məsuliyyət hiss etməsi və hansı hərəkətlərinə görə peşman olması ilə bağlı suala Gürcüstanın sabiq prezidenti cavab verib ki, onun üçün bu, “çox ağrılı təcrübədir”.

“Mən bütün məsuliyyəti dərk edirəm. Və əlbəttə ki, mənim üçün bu, çox ağrılı təcrübədir, həyati faciədir. Digər tərəfdən isə, o zaman iki çıxış yolu vardı – təslim olmaq, ya mübarizə aparmaq.

Mübarizə aparmaya bilməzdim. Müharibəyə nifrət edirəm. Orduya rəhbərlik edəndə hər əsgər ölümünü öz faciəm kimi qəbul edirdim.

Təəssüf edirəm ki, vaxtında İraqdakı ən döyüşkən briqadamızı geri çağırmadım. Bundan başqa, müharibə başlanan gecə mən Pekinə uçmağa hazırlaşırdım. Ancaq aeroporta getdiyim yoldan geri qayıtdım”, - Saakaşvili qeyd edib. (oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar