Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kondaliza Rays qeyri-rəsmi söhbətlərində...”

“Beşgünlük müharibə”nin gizlinləri açıldı

“2008-ci ildə rəsmi Vaşinqton Dövlət Departamentinin sabiq başçısı Kondoliza Raysın diliylə dəfələrlə Rusiyanı inandırırdı ki, Gürcüstan prezidenti Mixail Saakaşvili Cənubi Osetiyada hərbi münaqişəyə başlamaq barədə qərar verməyəcək. 2008-ci ilin avqustundan sonra etiraf etdilər ki, o bütün vədləri pozdu”.

PİA.az publika.az-a istinadla xəbər verir ki, bunu nəqliyyat, ekologiya və təbiəti mühafizə məsələləri üzrə Rusiya prezidentinin xüsusi nümayəndəsi, 2008-ci ilin avqustunda Gürcüstan və Rusiya arasındakı “beşgünlük müharibə” zamanı baş nazirin müdafiə-sənaye kompleksi üzrə müavini, daha əvvəl müdafiə naziri vəzifəsini tutan Sergey İvanov “Kommersant” qəzetinə bildirib.

“İndi açıq deyə bilərəm ki, Kondoliza Rays ABŞ-ın dövlət katibi olaraq, bütün qeyri-rəsmi söhbətlər zamanı mənə deyirdi: “Sergey, narahat olmayın, o, “qırmızı xətt”i keçməyəcək”, - İvanov nəşrə danışıb.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?


Onun sözlərinə görə, Qərb ölkələri müharibənin başlanmasında Saakaşvilinin gunahkar olduğunu anlayırdılar.

Rusiya prezidentinin xüsusi nümayəndəsi bildirib ki, Kondoliza Rays bu məsələdə amerikalıların günahsız olduğunu bildirirdi. Onun sözlərinə görə, dövlət katibi şəxsi söhbətlərdə bildirdi ki, bu, Saakaşvilinin təşəbbüsü idi və o müharibənin gunahkarı oldu.

O həmçinin vurğulayıb ki, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin Rusiya tərəfindən tanınması heç vaxt Gürcüstanı NATO-ya buraxmamaq arzusuyla bağlı deyildi.

“Əgər ABŞ və onun NATO üzrə müttəfiqləri, hətta Gürcüstanı Abxaziya və Cənubi Osetiyasız NATO-ya qəbul etməyi mümkün saysaydılar, mən sizi inandırıram ki, onlar bunu asanlıqla edərdilər”, - o deyib.

İvanov vurğulayıb ki, NATO Gürcüstanı qəbul edərsə, onda ittifaq Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanınmalı olacaq.

Xatırladaq ki, keçmiş Sovetlər Birliyi dağılandan az sonra Cənubi Osetiya Abxaziya ilə birgə Gürcüstandan ayrılaraq müstəqilliyini elan edib. 2008-ci ilin avqustunda Gürcüstanın Cənubi Osetiyanı geri almaq üçün başlatdığı hərbi müdaxilə Rusiya ilə Gürcüstan arasında müharibəyə səbəb olub.

Müharibədən qalib ayrılan Rusiya dərhal sonra Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdığını açıqlayıb. Ancaq rəsmi Moskvanın bu qərarı beynəlxalq birlik tərəfindən dəstəklənməyib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Akif Çovdarov yenidən hakim qarşısında: 30 milyonluq əmlakın taleyi necə olacaq?

Ən çox oxunanalar